Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Fransanın "astriUM"



Yüklə 205,47 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix25.06.2018
ölçüsü205,47 Kb.
#51097
1   2   3   4

2

Zərifə xanımın həyat yolu işıqlı bir ailədən

–  böyük  ziyalı  və  dövlət  xadimi  Əziz

Əliyevin  ailəsindən  və  işıqlı  bir  kənddən,

ustad Cəlil Məmmədquluzadənin “Sahib –

mənsəb  ziyalıların  məskəni”  adlandırdığı

Şahtaxtı kəndindən başlanmışdır. İstər dün-

yaya göz açdığı ailənin, istərsə də doğulduğu

kəndin  maarifçi  mühitinin  ənənələrindən

faydalanan  Zərifə  xanım  öz  həyat  yolunu

insanlara işıq bəxş etmək kimi ali keyfiyyətlər

üzərində qurmuşdur. 1942-ci ildə orta mək-

təbdə  təhsilini  başa  vurduqdan  sonra  bu

arzu onu Azərbaycan Dövlət Tibb İnstitutuna

gətirmiş, 1947-ci ildə həmin institutu bitirib,

Moskvada  Mərkəzi  Həkimləri  Təkmilləş-

dirmə İnstitutunda oftalmologiya üzrə ixti-

saslaşma kursu keçmişdir”.

    “Zərifə xanımın oftalmologiya ixtisasını

seçməsinin  bir  neçə  səbəbi  var.  Onlardan

birincisi, bu xeyirxah insanın həyatının fəl-

səfəsindən – insanlara işıq, nur bəxş etmək

missiyasından irəli gəlirdisə, ikincisi, həmin

dövrdə Azərbaycanda oftalmologiyanın az

inkişaf etməsindən qaynaqlanırdı. Nəhayət,

ən ciddi səbəblərdən biri də İkinci Dünya

müharibəsindən sonra keçmiş SSRİ-də, o

cümlədən Azərbaycanda traxoma göz xəs-

təliyinin geniş yayılması idi”, – deyən Ali

Məclisin  Sədri  bildirmişdir  ki,  o  zaman

Azərbaycanda “Traxoma ilə mübarizə haq-

qında” qərar qəbul edilsə də, nəticə görün-

mürdü.  Çünki  bu  xəstəliyə  qarşı  təsirli

müalicə  üsulları  yox  idi.  Oftalmoloq  hə-

kimlər çatışmırdı. Belə bir şəraitdə kəskin

gedişə malik xəstəlik kimi traxomaya qarşı

mübarizə  təkcə  oftalmologiya  elmi  üçün

yox, bütövlükdə dünya, o cümlədən Azər-

baycan səhiyyəsi üçün də həyati əhəmiyyətə

malik idi. Sənədlərdən məlum olur ki, ötən

əsrin ortalarında dünyada 40 milyona yaxın

insan traxoma tutmuş, onlardan 8 milyonu

kor  olmuşdu.  Azərbaycanda  da  xəstəlik

ocaqları genişlənir, ən çox uşaq müəssisə-

lərini, məktəbləri əhatə edirdi. 1948-ci ildə

Naxçıvan  Muxtar  Respublikasında  7  min

nəfər  traxomaya  yoluxmuşdu.  Onlardan

2  mindən  çoxu  uşaqlar  idi.  Yaşlıları,  o

cümlədən uşaqları görmə qabiliyyətinin iti-

rilməsi kimi əzablı xəstəlik gözləyirdi. Belə

bir acınacaqlı vəziyyət tək Naxçıvan Muxtar

Respublikasında yox, bütün Azərbaycanda

ciddi həyəcan siqnalının çalınmasına əsas

yaratmışdı.

    Qeyd olunmuşdur ki, Moskva Mərkəzi

Həkimləri Təkmilləşdirmə İnstitutunda təh-

silini başa vuran gənc Zərifə xanım 1949-cu

ildə Naxçıvanda traxomaya qarşı mübari-

zəyə  həsr  edilmiş  səyyar  seminarlarda

iştirak  etmiş,  bu  sahədə  əldə  etdiyi  elmi

və praktik nailiyyətlərin tətbiqinə nail ol-

muşdu. Beləliklə, Zərifə xanım Əliyevanın

istər həkim kimi, istərsə də alim kimi elmi

fəaliyyətinin əsasını həyat özü müəyyən-

ləşdirmiş, o, traxomanın müalicəsi ilə bağlı

məsələlərə, bu xəstəliyin müalicəsində və

ağırlaşdırıcı hallarda daha təsirli vasitələrin

öyrənilməsinə  dair  geniş  elmi-tədqiqat

işləri  aparmışdı.  Gənc  alim  1960-cı  ildə

“Traxomanın  digər  terapiya  üsulları  ilə

birlikdə  sintomitsinlə  müalicəsi”  mövzu-

sunda  namizədlik  dissertasiyası  müdafiə

etmişdi. Həmin illərdə Oftalmologiya Elmi-

Tədqiqat İnstitutunda böyük elmi işçi və-

zifəsində çalışan Zərifə xanım 1967-ci ildə

Əziz Əliyev adına Azərbaycan Dövlət Hə-

kimləri Təkmilləşdirmə İnstitutunun Göz

xəstəlikləri kafedrasına dosent vəzifəsinə

dəvət  olunmuşdur.  Bu  dövrdə  onun  fəa-

liyyəti  bütün  oftalmologiya  təşkilatlarını

və şöbələrini əhatə edirdi. O, göz xəstəlikləri

üzrə  təkmilləşdirmə  kurslarının  dinləyici

həkimləri  ilə  pedaqoji  iş  aparır,  bununla

yanaşı, elmi-tədqiqat işlərini də davam et-

dirir,  oftalmologiyanın  elmi  cəhətdən  az

araşdırılmış sahəsi olan görmə orqanlarının

patologiyası  üzrə  tədqiqatlar  üzərində

işləyirdi.

    Bu sahədə çoxillik müşahidələrin, klinik

tədqiqatların və eksperimentlərin nəticələri

Zərifə  xanım  Əliyevanın  doktorluq  dis-

sertasiyasının  əsasını  təşkil  etmişdir.  O,

“Azərbaycanın bir sıra kimya müəssisələri

işçilərinin görmə orqanının vəziyyəti” möv-

zusunda yazdığı dissertasiya işini dünyanın

ən nüfuzlu oftalmologiya mərkəzlərindən

birində  – Moskva  Elmi-Tədqiqat  Göz

Xəstəlikləri İnstitutunda müdafiə etmişdi.

Alim-oftalmoloqların yüksək qiymətini al-

mış  dissertasiya  işi  oftalmologiyanın  bu

sahəsində o zamankı Sovetlər Birliyi mə-

kanında ilk işlərdən idi. 1977-ci ildə Zərifə

xanım Əliyevaya tibb elmləri doktoru elmi

dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət

Həkimləri Təkmilləşdirmə İnstitutunun Of-

talmologiya kafedrasının professoru seçil-

miş,  1983-cü  ildə  isə  həmin  kafedranın

müdiri  olmuşdur.  Elə  ilk  gündən  Zərifə

xanım ətrafına istedadlı gənc həmkarlarını

toplayaraq,  elmi-tədqiqat  işini,  kadrların

və elmi işçilərin hazırlanmasını müvəffə-

qiyyətlə  təşkil  edə  bilmişdi.  1977-ci  ildə

professor Zərifə xanım Əliyevanın təklifi

ilə Bakı şəhərində Ümumittifaq Oftalmo-

loqlar Cəmiyyəti İdarə Heyətinin plenumu

keçirilmişdi. Bakıda ilk dəfə keçirilən bu

tədbir həm Azərbaycanda, həm də keçmiş

ittifaqın ən yaxşı akademik müəssisələrində

oftalmologiya xidmətinin inkişafında, habelə

elmi-pedaqoji  kadrların  hazırlanmasında

müstəsna rol oynamışdır.

    Çətinliklərdən  qorxmayan,  hər  zaman

ən  mürəkkəb  problemlərin  həllinə  cəhd

göstərən görkəmli alim tədqiqatlarını rahat

kabinetlərdə  aparmırdı.  O,  Azərbaycanın

rayonlarını  kəndbəkənd  gəzir,  insanları

maarifləndirirdi.  O  vaxtlar  Zərifə  xanım

Əliyevaya dünya şöhrəti gətirən görmə or-

qanının fiziologiyası və peşə patologiyası

laboratoriyası  elmi-tədqiqat  institutunda

yox, məhz istehsalat müəssisəsində – Bakı

Məişət  Kondisionerləri  Zavodunda  yara-

dılmışdı. Bütün Sovetlər Birliyində “unikal

elmi müəssisə” adlandırılan bu laboratori-

yada müxtəlif kimyəvi amillərin təsiri şə-

raitində çalışanların klinik-fizioloji və mor-

fo-histokimyəvi xarakteristikasına dair ilk

tədqiqatlar  həyata  keçirilmiş,  ciddi  elmi

nəticələr alınmışdı. Peşə fəaliyyəti ilə bağlı

göz xəstəliklərinə həsr olunmuş bu cür təd-

qiqatlar Zərifə xanıma böyük elmi şöhrət

qazandırmışdır.  Bu  tədqiqatlar  ulu  öndər

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin

birinci dövründə, ölkənin tərəqqisi naminə

sənayenin  inkişaf  mərhələsinə  yüksəldiyi

bir vaxtda aparılmış, yeni istifadəyə verilmiş

zavod və fabriklərdə işləyən sadə əməkçi-

lərin tibbi müdafiəsinə, onların peşə xəstə-

likləri  probleminin  həllinə  yönəldilmişdi.

Bu, o zamankı elmi mühitdə tamamilə yeni

bir  istiqamət  idi.  Zərifə  xanım  Əliyeva

peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini

dünyada  ilk  araşdıran  alimlərdən  olmuş,

bu yolla gedərək Azərbaycan elmində yeni

bir  istiqamətin  –  peşə  oftalmologiyasının

əsasını qoymuşdur. O dövrdə ümumittifaq

mükafatları müttəfiq respublikalardan olan

alimlərə  tək-tək  hallarda  verilirdi. Amma

peşə patologiyası sahəsində apardığı elmi-

tədqiqat işlərinin uğurlu nəticələrinə görə,

Zərifə xanım Əliyeva keçmiş Sovetlər Bir-

liyinin oftalmologiya sahəsində ən yüksək

mükafatına  –  SSRİ  Tibb  Elmləri  Akade-

miyasının Averbax adına mükafatına layiq

görülmüşdü. Zərifə xanım Əliyeva bu nü-

fuzlu mükafatla təltif edilən ilk qadın alim

idi. Böyük xidmətlərinə, çox illik elmi-təd-

qiqat  işlərinə  görə  Zərifə  xanım  Əliyeva

1983-cü  ildə  Azərbaycan  Elmlər  Akade-

miyasının akademiki seçilmişdir.

    Ali  Məclisin  Sədri  demişdir:  “Peşə  of-

talmologiyası Zərifə xanımın yol açdığı ye-

ganə  elmi  istiqamət  deyildi.  O  həm  də  o

zaman  ölkədə  qəbul  edilməyən  alternativ

təbabət  sahəsi  olan  iridodiaqnostikanı  bir

elm kimi araşdıran ilk tədqiqatçı və “İrido-

diaqnostikanın  əsasları”  adlı  fundamental

elmi əsərin müəlliflərindən biri idi. Həmin

dövrdə  mövcud  olan  ideoloji  maneələrə

baxmayaraq, Zərifə xanımın səyi nəticəsində

nəşr olunmuş bu kitab bu gün də həkimlərin

iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.

Zərifə xanım yaşadığı dövrün ideoloji çər-

çivələrini aşan başqa bir maraqlı sahəni də

tədqiqat predmetinə çevirmiş, millətin sağ-

lamlığı üçün əsrlər boyu formalaşmış milli

dəyərlərin  yaşadılması  vacibliyinə  diqqəti

çəkərək demişdir: “Azərbaycan ədəbiyya-



tının qədim mənbələrindən olan, xalqımızın

müdrikliyini özündə əks etdirən “Dədə Qor-

qud” eposunda gələcək nəsillər üçün çox

xeyirli  məsləhətlər  toplanmışdır.  Oxucu

qarşısında hər səhifədə öz sağlamlığını necə

qorumaq, əxlaqi təmizliyin və mənəvi sağ-

lamlığın insan üçün nə qədər zəruri olması

kimi qiymətli faktlar xəzinəsi açılır”.

    Böyük  alimə  görə,  həkimin  borcu  yer

üzərində həyat uğrunda, insanın xoşbəxtliyi

və səadəti naminə çalışmaqdır. Bu missiyanı

əsas tutaraq o, tibb işçilərinin ətrafdakıların

tərbiyəsində mühüm rol oynadığını, cəmiy-

yətin  əxlaq  etalonu  ola  biləcəyini  qeyd

edirdi. Hörmətli akademikimiz haqlı olaraq

bildirirdi ki, həkimin həyati mövqeyi onun

xəstəyə münasibətini müəyyənləşdirən baş-

lıca  amildir.  Qeyd  olunanlar  göstərir  ki,

Zərifə xanım Əliyeva həkimlik praktikasını

onun  əxlaqi-fəlsəfi  mahiyyəti  ilə  yanaşı

tutur, Azərbaycanda yeni bir sahənin – hə-

kim-xəstə münasibətlərinin də əsasını yaradır,

həkim etikası və tibbi deontologiya məsə-

lələrini  ölkəmizdə  ilk  dəfə  olaraq  diqqət

mərkəzinə çəkir, ictimai fikri insanın sağ-

lamlığı ilə yanaşı, cəmiyyətin də sağlamlığı

problemlərinə yönəldirdi”.

    Ali Məclisin Sədri Hippokratın “Gözəl

davranış haqqında” əsərində yazdığı “insana

sevgi  olan  yerdə  sənətə  də  məhəbbət

vardır”  fikrini xatırladaraq qeyd etmişdir

ki, akademik Zərifə xanım Əliyeva həkim

kimi  təkcə  Hippokratın  andına  yox,  həm

də  onun  qoyduğu  əxlaqi  dəyərlərə  sadiq

qalmış,  bu  təlimi  yeni  bir  elmi  istiqamət

səviyyəsində davam etdirmişdir. Görkəmli

səhiyyə təşkilatçısı tibbi təcrübədə belə bir

əxlaqi  prinsipdən  çıxış  edirdi  ki,  xəstəliyi

müalicə etmək hələ son məqsəd deyil, hə-

kimin  başlıca  məramı  xəstəni  şəxsiyyət

kimi həyata qaytarmaqdır. Nümunəvi elmi

və  həkimlik  fəaliyyəti  ilə  öz  təcrübəsində

tibbi  deontologiyanın  əsaslarını  yaradan

Zərifə  xanım  Əliyeva  əsl  həkim  necə  ol-

malıdır sualını belə cavablandırmışdır: “Əsl



həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını

bilir və onun üçün sağalıb evinə qayıtmış

insanın təbəssümü ən yüksək mükafatdır.

Vicdan  əsas  hakimimizdir.  Ən  çətin  mə-

qamda və ən xoş saatımızda o, bizimlə üz-

bəüz durub soruşacaq: sənin ağ xalat gey-

məyə haqqın varmı?”

    Qeyd  olunmuşdur  ki,  akademik  Zərifə

xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə,

onların peşə fəaliyyəti ilə bağlı problemlə-

rinin öyrənilməsinə və həllinə xeyli zəhmət

sərf etmişdir. Onun çoxsaylı məqalələri və

çıxışları, məhz bu məsələyə həsr olunmuş

“Yüksək etimad” kitabı cəmiyyətdə həkimin

şəxsiyyət kimi formalaşması prosesinə də-

yərli töhfədir. Zərifə xanımın – bu böyük

alimin, həkimin, pedaqoqun, ictimai xadimin

bütün həyatı və fəaliyyəti mənsub olduğu

xalqa təmənnasız xidmət nümunəsidir. Onun

Azərbaycan səhiyyəsi qarşısındakı xidmət-

lərini  yüksək  qiymətləndirən  ümummilli

liderimiz Heydər Əliyev demişdir: “Zərifə



xanımın tibb elmi sahəsində xidmətlərindən

biri də göz müalicəsi tədqiqatı idi. Mənə

belə gəlir ki, onun iki dəyərli irsi vardır.

Birincisi, Azərbaycanda  ilk  dəfə  deonto-

logiyanı  bir  elm  kimi  meydana  atıbdır.

İkincisi, Zərifə xanım çalışıb ki, bizim gə-

ləcək  nəsilləri  irsi  xəstəliklərdən  xilas

etsin, sağlamlaşdırsın”.

    Ali Məclisin Sədri demişdir: “Zərifə xa-

nım  Əliyeva  Azərbaycanda  elə  bir  oftal-

mologiya məktəbi yaratmışdır ki, bu məktəb

bu  gün  də  öz  mövqeyini  və  əhəmiyyətini

itirməyən sahələrdən biri olaraq qalır. Zərifə

xanımın çoxistiqamətli elmi yaradıcılığı 12

monoqrafiya, dərslik və dərs vəsaitlərində,

160-dan çox elmi işdə, bir ixtira və 18 sə-

mərələşdirici  təklifdə  öz  əksini  tapmışdır.

Böyük alimin bütün mənalı ömrü boyu ya-

ratdığı, lakin heç yerdə çap olunmayan bir

kitabı  da  var:  bu,  heç  bir  dərsliyə,  yaxud

monoqrafiyaya  sığmayan  Zərifə  xanım

Əliyevanın həyat kitabıdır. Bu kitaba nəzər

saldıqda  gözlərimiz  önündə  əsl  İnsanın

obrazı  canlanır. Yüksək  səviyyəli  peşəkar

həkim  kimi  insanların  gözünə  nur  verib

zülmətdən işığa, həyata qaytaran akademik

Zərifə xanım Əliyeva həmişə himayəyə eh-

tiyacı olan tənha insanlara, kimsəsiz uşaqlara

xüsusi qayğı ilə yanaşmışdır. Onun xatirəsini

milyonlarla insanın yaddaşında böyük eh-

tiramla yaşadan cəhətlərdən biri də bu böyük

şəxsiyyətə məxsus insani məhəbbət və şəf-

qətdir.  Zərifə  xanımın  həyatda  əsas  amalı

həkimlərimizi bilikli və peşəkar, millətimizi

sağlam  və  gözü  nurlu  görmək  idi.  Onun

zəngin elmi irsi, tədqiqatları, qazandığı nai-

liyyətlər, fundamental əsərləri Azərbaycan

tibb  elminin  parlaq  səhifəsini  təşkil  edir.

Xalqımızın  yetişdirib  dünya  tibb  elminə

bəxş  etdiyi  görkəmli  alimin  və  istedadlı

həkimin şəxsiyyəti bu gün də – ölkəmizin

müstəqillik  şəraitində  yaşadığı  dövrdə  də

hər  bir  alimin  və  Hippokrat  andını  içmiş

hər bir həkimin cəmiyyətdə oynamalı olduğu

rola parlaq nümunədir”.

    “Zərifə xanım əsl ana, vəfalı ömür-gün

yoldaşı,  ailəsinə  qəlbdən  bağlı  olan  insan

idi. Ailə əsrlər boyu Azərbaycanda böyük

mənəvi dayaq rolunu oynamışdır. Dəyanətli

şəxsiyyət və dərin zəka sahibi olan Zərifə

xanım  ümummilli  lider  Heydər  Əliyevin

ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli

missiyanı  da  layiqincə  yerinə  yetirən,  ulu

öndərə etibarlı mənəvi dayaq olan Şəxsiyyət

və  Ana  idi.  Bir-birini  heyrətamiz  şəkildə

tamamlayan bu iki parlaq şəxsiyyətin ailə

həyatı müasir Azərbaycan cəmiyyəti üçün

bir nümunə, milli dəyərlərimizə sədaqətin

nadir örnəyidir”, – deyən Ali Məclisin Sədri

qeyd  etmişdir  ki,  akademik  Zərifə  xanım

Əliyeva Azərbaycana Heydər Əliyev siyasi

kursunun layiqli davamçısı, dünya siyasətində

öz nüfuzu və yeri olan İlham Əliyev kimi

milli lider bəxş edən Ana kimi də unudul-

mazdır. Azərbaycan Prezidentinin ölkə sə-

hiyyəsinə  və  elminə  qayğısı,  Azərbaycan

xalqının sağlamlığının qorunması yolunda

gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata

keçirilən sosialyönümlü siyasət ulu öndərin

müəyyən etdiyi siyasi xəttin uğurla davam

etdirilməsinin parlaq təzahürüdür.

    Ali Məclisin Sədri görkəmli alim, həkim,

nurlu  şəxsiyyət  Zərifə  xanım  Əliyevanın

işıqlı obrazının nəsillərin yaddaşında yüksək

vətənpərvərlik  və  humanizm  rəmzi  kimi

qalacağını  bildirmiş,  çıxışını  ulu  öndər

Heydər  Əliyevin  “Ömür  yoldaşım  kimi,



həyatımda  keçdiyim  yolda  mənə  həmişə

dayaq, arxa olduğuna görə Zərifə xanım

mənim üçün çox əzizdir. O, çox istedadlı,

çox  sadə  insan  idi.  Onun  xatirəsi  bizim

qəlbimizdə  əbədi  yaşayacaqdır” fikri  ilə

tamamlamışdır.

    Sonra  tədbirdə  akademik  Zərifə  xanım

Əliyevaya həsr olunmuş şeirlər bədii qiraət

olunmuş, Naxçıvan Dövlət Televiziyasının

hazırladığı “Zirvələrə yüksələn zərif insan

ömrü” televiziya filmi göstərilmişdir.

    Tədbir  iştirakçıları  görkəmli  oftalmo-

loq-alim Zərifə xanım Əliyevaya həsr olun-

muş  sərgiyə  baxmışlar.  Sərgidə  görkəmli

akademikin  əsərləri,  müxtəlif  dövrlərdə

onun haqqında yazılmış kitab, monoqrafiya

və  qəzet  məqalələri,  fotoşəkillər  və  rəsm

əsərləri nümayiş olunmuşdur.

    Yubiley tədbirinin sonunda Cəlil Məm-

mədquluzadə adına Naxçıvan Dövlət Musiqili

Dram Teatrında görkəmli şair-dramaturq İs-

lam Səfərlinin “Göz həkimi” pyesi əsasında

hazırlanmış tamaşa göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti



Yüklə 205,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə