Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə186/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   182   183   184   185   186   187   188   189   190

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin 

məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik 

zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 

Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an 

Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ 

vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər 

vərəsələr birgə borclu kimi çıxış edirlər. (

12



Maddə 1195. Məcburi payın həcminin müəyyənləşdirilməsi 

Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər 

hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün 

mirasdan müəyyənləşdirilir. 



Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi 

Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə 

olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə 

alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 



Maddə 1197. Alınmış əmlakın məcburi paya daxil edilməsi 

Məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil 

edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. 

Maddə 1198. Vəsiyyət tapşırığından imtinanın nəticələri 

Məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs 

vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət 

tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri 

həddində itirir. 

Maddə 1199. Vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan məcburi payın ayrılması 

Əgər vəsiyyətnamədə miras əmlakının heç də hamısı nəzərdə tutulmamışdırsa, məcburi 

pay birinci növbədə vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan ayrılır, bu, yetərli 

olmadıqda isə vəsiyyətnamədə nəzərdə tutulan əmlakın hesabına tamamlanır. (

12



Maddə 1200. Məcburi payın bağışlanmış əşya hesabına artırılması 



Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər 

bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə 

məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək 

hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 




Maddə 1201. Payın tamamlanmasını tələb etmək hüququ 

Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala 

biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın 

qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə 

bilər. 

Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina 

1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, 

lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı 

vəsiyyət üzrə vərəsələrə keçir. 

1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul 

edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata 

keçirilməlidir. 

Maddə 1203. Məcburi pay almaq hüququndan məhrumetmə 

1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik 

hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 

1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında 

məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 

1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı 

qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə 

müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə 

baş verir. 

Maddə 1204. Məcburi payın vəsiyyət üzrə vərəsələrə keçməsi 

Məcburi pay almaq hüququndan məhrum edilmiş vərəsənin payı vəsiyyət üzrə vərəsələrə 

keçir. (

12



67-ci f

ə

sil. V

ə

siyy

ət tapşırığı (leqat)

 

Maddə 1205. Vəsiyyət tapşırığı anlayışı 

Vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra 

olunmasını vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı—leqat). 

Maddə 1206. Vəsiyyət tapşırığının predmeti 

Vəsiyyət tapşırığının predmeti miras əmlaka daxil olan əşyaların vəsiyyət tapşırığını 

alanın (leqatarinin) mülkiyyətinə, istifadəsinə və ya digər əşya hüququ ilə verilməsi, 



mirasa daxil olmayan əmlakın əldə edilməsi və ona verilməsi, müəyyən işin görülməsi, 

xidmətlərin göstərilməsi və i.a. ola bilər. 



Maddə 1207. Vəsiyyət tapşırığına əsasən yaşayış otağından istifadə 

Vəsiyyət edən yaşayış evinin, mənzilin və ya digər yaşayış otağının keçdiyi vərəsənin 

üzərinə miras açılanadək bir ildən az olmayan müddətdə miras qoyanla birlikdə yaşamış 

şəxsə otaqdan və ya onun müəyyən hissəsindən ömürlük istifadə hüququ vermək 

vəzifəsini qoya bilər. Yaşayış otağına mülkiyyət hüququ sonradan başqasına keçdikdə 

ömürlük istifadə hüququ qüvvədə qalır. 



Maddə 1208. Yaşayış otağından ömürlük istifadə hüququnun özgəninkiləşdirilməməsi 

1208.1. Yaşayış otağından ömürlük istifadə hüququ özgəninkiləşdirilmir və vəsiyyət 

tapşırığını alanın vərəsələrinə keçmir. 

1208.2. Əgər vəsiyyətnamədə ayrı hal nəzərdə tutulmayıbsa, yaşayış otağından ömürlük 

istifadə hüququ vəsiyyət tapşırığını alanın ailə üzvlərinin həmin otaqda yaşamasına əsas 

vermir. 


Maddə 1209. Vəsiyyət tapşırığının icra hədləri 

Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vərəsə həmin tapşırığı, miras qoyanın 

borclarından ödəməli olduğu hissəni çıxmaqla, vəsiyyət edilmiş mirasın həqiqi dəyəri 

hədlərində icra etməlidir. 



Maddə 1210. Vəsiyyət tapşırığının başqa vərəsələr tərəfindən icrası 

Əgər vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsə miras açılanadək ölərsə və ya 

mirasdan imtina edərsə, vəsiyyət tapşırığını icra etmək vəzifəsi onun payını almış digər 

vərəsələrə keçir, bu şərtlə ki, vəsiyyətdən ayrı hal irəli gəlməsin. 



Maddə 1211. Vəsiyyət tapşırığının icrasına xitam verilməsi 

Vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsənin öldüyü halda, əgər vəsiyyət 

tapşırığının icrası onun iştirakı olmadan mümkün deyildirsə, vəsiyyət tapşırığını icra 

etmək öhdəliyinə xitam verilir. 



Maddə 1212. Vəsiyyət tapşırığının mirasdakı paya mütənasib surətdə icrası 

Vəsiyyət tapşırığının icrası bir neçə vərəsəyə həvalə olunduqda, əgər vəsiyyətnamədə 

ayrı qayda nəzərdə tutulmayıbsa, onlardan hər biri vəsiyyət tapşırığını mirasdakı payına 

mütənasib surətdə icra edir. 



Maddə 1213. Vəsiyyət tapşırığının icrası müddəti 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə