Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş
elan edilməsi barədə məhkəmə
qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Maddə 1147. Mirasın açıldığı yer
1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın
açıldığı yer sayılır.
1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya
onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və
ya onun əsas hissəsinin olduğu yer sayılır.
Maddə 1148. Xaricdə yaşayan şəxslərin mirasının açıldığı yer
Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının
ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan
Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas
hissəsinin olduğu yer sayılır.
Maddə 1149. Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer
Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın
açıldığı yer onun yaşadığı ölkə sayılır.
Maddə 1150. Xaricdə mirasın açılması
Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə
mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır.
Maddə 1151. Miras əmlak
1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak
hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi
mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi
Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o
halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi
Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və
vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və
borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam
verilən hüquq və vəzifələr
mirasın tərkibinə daxil deyildir.
Maddə 1154. Miras qoyanın qeyri-əmlak hüquqlarının müdafiəsi
Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə
tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər.
Maddə 1155. Mirasa daxil olmayan əmlak
1155.1. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin
predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu
predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri
mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.
1155.2. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi
əmlak kimi qalır.
Maddə 1156. Vəsiyyətnamədə nəzərdə tutulan əmlakın artırılmasının nəticələri
Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan
daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa,
vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam
verilmədikdə bu əmlak mirasa daxil olmur.
Maddə 1157. Miras şərikləri
Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak
şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras
qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı
verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın
dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin
edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
Maddə 1157-1. Miras şərikləri tərəfindən mirasın idarə edilməsi
1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər.
İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib
surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras
şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.
1157-1.3. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına
mütənasib surətdə çəkirlər. (
12
)
Maddə 1158. Mirasdan əşyanın tələb edilməsi hüququ
1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın
mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.
1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın
bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
63-cü f
ə
sil. Qanun üzr
ə
v
ə
r
ə
s
ə
lik
Maddə 1159. Qanun üzrə vərəsələr
1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr
sayılırlar:
1159.1.1. Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra
doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və
ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər
tutulurlar.
1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə
vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq
valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş
valideyninə çatası paydan bərabər miras alırlar.
1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri
mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun
övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan
qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları
öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə
digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha
mənsub olmur.
1159.2. İkinci növbədə—ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və
qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın
açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə
vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras
alırlar.
1159.3. Üçüncü növbədə—həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin
anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o
halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.