Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

18 


Şagird: 

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 

3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir. 

3.1.2.  Psixi  proseslər  və  orada  baş  verən  dəyişiklikləri  müqayisəli  şərh  edir  və 

referatlar hazırlayır. 



3.2. Sağlamlığın qorunmasına dair  bacarıqlar nümayiş etdirir. 

3.2.1.  İnsan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 

əsaslandırır, məruzə və təqdimatlar hazırlayır. 

3.2.2.  Sağlam  ailənin  qurulmasında  sağlam  həyat  tərzinin  rolunu  dəyərləndirir, 

məruzə və təqdimatlar hazırlayır. 

 

4. Canlılar və ətraf mühit 



Şagird: 

4.1.  Canlıların  bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 

bacarıqlar  nümayiş etdirir. 

4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, 

məruzə və referatlar hazırlayır. 

4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 

4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar 

hazırlayır. 

4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar 

hazırlayır. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

19 


 

 

 

 

 

 

 

 

 

 

1.6. Fəndaxili və fənlərarası inteqrasiya 

 

Respublikamızda yeni hazırlanan kurikulumun başlıca məqsədlərindən biri də 

dünyanı  və  özünü  dərk  edə  bilən  aydın  təfəkkürə,  geniş  dünyagörüşə  malik 

şəxsiyyətin  formalaşdırılmasıdir.  Elə  buna  görə  də  şagirdlərə  dünya  haqqında 

doğru, dürüst məlumatlar verilməlidir.  

Məlumdur ki, dünya tam və bütövdür. Yəni burada maddi və mənəvi nə varsa 

bir-biri  ilə  qarşılıqlı  əlaqədədir.  Belə  olduqda  canlılar  aləmindən  bəhs  edən 

biologiya  fənni  üzrə şagirdlərin əldə etdikləri bilik  və bacarıqlar da digər elmlərlə  

məntiqi əlaqəyə əsaslanmalıdır.  

Bu  baxımdan  biologiya  fənn  kurikulumunun  hazırlanması  zamanı  canlı 

orqanizmlərin  quruluşu,  bioloji  proseslər,  canlıların  bir-birilə  və  ətraf  aləmlə 

əlaqəsi  haqqında  bilik  və  bacarıqların,  fizika,  kimya,  coğrafiya  və  s.  elmlərlə 

əlaqəli şərhi diqqət mərkəzində saxlanılmışdır.  

Biologiya fənninin təlimində inteqrasiya iki istiqamətdə həyata keçirilir: 

 

Fəndaxili (üfüqi, şaquli) inteqrasiya 



 

Fənlərarası inteqrasiya  



Fənndaxili inteqrasiya 

Fənndaxili inteqrasiya ənənəvi təhsil sistemindən fərqli olaraq biologiya fənn 

kurikulumunda  canlılar  aləmi  barədə  bilik  və  bacarıqlar  biologiyanın  sahələrinin 

(botanika, zoologiya, insanın anatomiya, fiziologiya və gigiyenası, ekologiya və s.) 

ayrı-ayrılıqda təqdim edilməsi ilə deyil, canlıların quruluşunun, onlarda baş verən 

fiziki,  kimyəvi,  bioloji  proseslərin,  canlıların  bir-biri  ilə,  ətraf  mühitlə  qarşılıqlı 

əlaqəsinin  vəhdəti  kimi  təqdim  edilmişdir.  Bununla  da  canlılar  aləminin  və 

bütövlükdə  dünyanın  vahid  bir  sistem  kimi  qavranılmasına  nail  olmaq  mümkün 

hesab edilmişdir.  



 

20 


Bu  bilik  və  bacarıqlar  hər  bir  təhsil  səviyyəsində  şagirdin  yaşına  və  əvvəllər 

əldə  etdiyi  bilik  və  bacarıqlara  uyğun  olaraq  təqdim  edilir.  Hər  sinifdə  əvvəlki 

mərhələdə  verilən  biliklərin  genişləndirilməsi  və  dərinləşdirilməsinin  nəticəsi 

olaraq “spiralvari” prinsipə əməl edilir.  

Ümumi orta təhsil səviyyəsinin VI sinfində şagirdlər canlılara  xas əlamətlər, 

canlıların  quruluşu,  orqanizmlərin  təşkili  səviyyələri,  bioloji  proseslərin 

xüsusiyyətləri, bitki və heyvanların insan sağlamlığında rolu, onlara qulluq barədə 

sadə bilik və bacarıqlara yiyələnirlər.  

VII  sinifdə  artıq  konkret  olaraq  canlıların  müxtəlifliyi,  təsnifatı,  müxtəlif 

orqanizmlərdə  gedən  həyati  proseslər,  müxtəlif  canlıların  insan  orqanizmində 

törətdiyi  xəstəliklər,  dərman  bitkilərindən  təyinatına  görə  istifadə,  respublikanın 

flora və faunasının qorunma yolları ilə bağlı bilik və bacarıqların formalaşdırılması 

nəzərdə tutulur.  

VIII sinifdə insan orqanizminin bir vahid kimi qavranılması məqsədi ilə insan 

orqanizminin  hüceyrəvi  quruluşunun,  orqanizm  üçün  zərərli  olan  vərdişlərin, 

zədələnmələr və xəstəliklər zamanı ilkin yardım göstərilməsinin əhəmiyyəti nəzərə 

alınmaqla,  formalaşdırılacaq  bacarıqlar  insan  orqanizmi  barədə  verilən  digər 

məlumatlardan önə keçirilmişdir. Beləliklə, şagirdə ümumi orta təhsil səviyyəsində 

VI  -  VIII  siniflərdə  biologiya  fənni  üzrə  canlılar,  onların  quruluşu,  həyatı 

xüsusiyyətləri,  bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsi  o  cümlədən  insanın 

biososial  mahiyyəti  haqqında  zəruri  bilik  və  bacarıqlar  məntiqi  ardıcıllıqla  və 

inkişaf etdirilməklə təqdim edilir.  

IX  sinfin  sonunda  ümumi  orta  təhsil  səviyyəsi  başa  çatır.  Bunu  nəzərə  alaraq 

IX sinifdə bioloji bilik və bacarıqlar fənnin əhatə etdiyi bioloji qanunauyğunluqların 

tədrisi  ilə  yekunlaşdırılır.  Canlıları  öyrənən  digər  elm  sahələri-  sitologiya, 

histologiya, biokimya elmləri, canlıların kimyəvi tərkibi, irsi xəstəliklər, reproduktiv 

sağlamlıq,  insanın  ali  sinir  fəaliyyətinin  mexanizmləri,  regional  ekoloji  problemlər 

bu sinifdə bir qədər sadə, lakin əlaqələndirilmiş formada verilir. 

Nəticədə  ümumi  orta  təhsil  səviyyəsində  (VI–IX  siniflərdə)  canlıların 

quruluşu,  təsnifatı,  həyati  prosesləri,  insan  və  onun  sağlamlığı,  biologiyanın 

ümumi qanunauyğunluqları əlaqələndirilərək bir sistem halında tədris edilir.  

Ümumi orta təhsil səviyyəsində canlılar barədə sistemli biliklər tam orta təhsil 

səviyyəsinin X–XI siniflərində genişləndirilir və dərinləşdirilir.  

X  sinifdə  bakteriyalardan  başlayaraq  insana  qədər  canlıların  bütün  təsnifat 

səviyyələri  əhatə  olunmaqla  daxili  və  xarici  quruluşu,  qidalanması,  tənəffüsü, 

orqanizmlərdə  suyun  və  digər  maddələrin  daşınma  xüsusiyyətləri  və  s.  proseslər 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə