12
virus, bakteriya, göbələk və heyvanların insan orqanizmində törətdiyi
xəstəlikləri təsvir edir, dərman bitkilərini qruplaşdırır;
təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir;
canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə
olunan təbiət əraziləri fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Sagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından
istifadə qaydalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər
Sagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və
nəticələri ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Sagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların
əlamətləriini fərqləndirir.
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında
mülahizələrini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.
13
VIII sinif
VIII sinfin sonunda şagird:
insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir;
canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır;
canlıların nəsil ağacını tərtib edir;
insan orqanizmində gedən bioloji prosesləri şərh edir, buna dair riyazi
hesablamalar aparır;
canlılara xas psixoloji anlayışları fərqləndirir;
sağlamlığın qorunması qaydalarını izah edir, xəstəliklər və zədələnmələr
zamanı ilkin yardım göstərir;
mühit amillərinin insan orqnizminə təsirini izah edir;
ətraf aləm və onun təmizliyinin qorunmasına dair təqdimat hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena,
psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah
edir.
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir.
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi
hesablamalar aparır, nəticələrini ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir.
3.1.2. İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir.
14
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.
4.2.2.Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.
IX sınif
IX sinfın sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (sitologiya, histologiya, biokimya)
xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir
laboratoriya avadanlıqlardan istifadə qaydalarını izah edir;
bioloji prosesləri, orada baş verən dəyişiklikləri izah edir, riyazi üsullarla
əsaslandırır;
insanın formalaşmasında sosial amillərin rolunu və ali sinir fəaliyyətinin
mexanizmini şərh edir;
irsi xəstəlikləri, onların qarşısının alınması yollarını, sağlam həyat tərzi və
reproduktiv sağlamlığın əhəmiyyətini izah edir;
regional ekoloji problemlərl, ekoloji amillərin canlıların həyatında rolunu izah
edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, biokimya) barədə
məlumat toplayır və təqimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir
avadanlıqlardan istifadə qaydalarını izah edir.
1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini faktlarla izah edir və təqdimat-
lar hazırlayır.
Dostları ilə paylaş: |