Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   2   3   4   5   6   7   8   9   ...   27

 



 

canlıların  quruluşu,  müxtəlifliyi,  vahidliyi,  əhəmiyyəti  və  təşkili 

səviyyələrini  şərh edir; 

 



canlıların kimyəvi tərkibi barədə təcrübi biliklər nümayiş etdirir. 

 

2. Bioloji proseslər 



Şagird: 

 



canlılara xas olan bioloji proses və xüsusiyyətləri, onlarda gedən funksional 

dəyişiklikləri izah edir;  

 

canlılarda  baş  verən  həyati  proseslərin  fiziki  və  kimyəvi  mahiyyətini 



təcrübələr və hesablamalar yolu ilə müəyyənləşdirir. 

 

3.

 

İnsan və onun sağlamlığı 

Şagird: 

 



insanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir; 

 



sağlam həyat tərzini nümunələrlə şərh edir, təqdimatlar hazırlayır;  

 



xəstəliklər  və  zədələnmələr  zamanı  özünə  və  başqalarına  ilk  yardım 

göstərir. 



 

4. Canlılar və ətraf mühit 

Şagird: 

 



canlıların bir-birilə və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir, təqdimatlar 

hazırlayır;  

 

regional ekoloji problemlər, canlılar aləminin müxtəlifliyinin qorunması ilə 



bağlı faktlar toplayır, təqdimatlar hazırlayır. 

 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Canlıların quruluşu və müxtəlifliyi 

Şagird: 

 



bioloji varlıqların quruluşu, müxtəlifliyi və xüsusiyyətlərinə dair tədqiqatlar 

aparır və nəticələrini təqdim edir; 

 

canlıların  kimyəvi  tərkibi  və  orada  baş  verən  dəyişikliklərə  dair 



müşahidələr aparır, nəticələri barədə təqdimatlar hazırlayır.   

 

2. Bioloji proseslər 

Şagird: 

 



üzvi  aləmin  inkişafı  və  təkamülü  ilə  bağlı  prosesləri  şərh  edir,  materiallar 

toplayır, təqdimatlar edir; 

 

bioloji  proses  və onlarda baş  verən dəyişikliklərin   mexanizmini açıqlayır, 



buna  dair  riyazi  hesablamalar  aparır,  cədvəllər  tərtib  edir,  diaqramlar, 

qrafiklər qurur. 



 

3. İnsan və onun sağlamlığı 

Şagird: 

 



insanın fərdi və tarixi inkişafını əlaqələndirir; 


 

10 


 

insanın  psixi  xüsusiyyətləri  və  onlarda  baş  verən  dəyişikliklərin 



mexanizminə dair materiallar toplayır, təqdimatlar edir; 

 



ailənin formalaşmasında sağlam həyat tərzinin rolunu və əhəmiyyətini izah 

edir, məruzə və təqdimatlar hazırlayır; 

 

xəstəliklər,  onlardan  qorunma  yolları  haqqında  materallar  toplayır, 



təqdimatlar hazırlayır. 

 

4. Canlılar və ətraf mühit 

Şagird: 

 



təkamüldə  ekoloji  amillərin  rolunu  izah  edir,  məruzə  və  referatlar 

hazırlayır; 

 

regional  və  qlobal  ekoloji  problemləri  əlaqələndirir,  referat  və  təqdimatlar 



hazırlayır. 

 

 

1.4.  Fəaliyyət xətləri 

Fəaliyyət  xətti  məzmun  xətlərində  əks  olunan  biliklərin  əldə  edilməsində 

şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə 

əlaqəlilik əsasında tətbiq olunur.  

Biologiya fənninin tədrisində altı fəaliyyət xətti əsas götürülür.  

1.

 



Problemin həlli. 

2.

 



 Müqayisə, təhlil və tədqiq etmə. 

3.

 



Ümumiləşdirmə, təsnifetmə, mühakimə və tətbiq etmə. 

4.

 



Əməkdaşlıq və ünsiyyət. 

5.

 



Təşkil və təqdim etmə. 

6.

 



Eksperiment aparma (nəzəri biliklərin tətbiqi). 

 

1.5. Məzmun standartları 

 

VI sinif  

VI sinfin sonunda şagird: 

 



canlılar  aləmini  öyrənən  elm  sahələrini  fərqləndirir,  canlıların  quruluşunu, 

təsnifatını, rol və əhəmiyyətini izah edir; 

 

biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir; 



 

bioloji proseslər və onun pozulma hallarını izah edir, sadə hesablamalar aparır; 



 

canlıların  təsnifat  sistemində  insanın  yerini  müəyyənləşdirməklə  onu  digər 



canlılardan fərqləndirir; 

 



sağlamlığın  qorunmasında  bitki  və  heyvanların  rolunu  izah  edir,  dərman 

bitkilərinifərqləndirir; 

 

canlıların təbii mühitlə və bir-birilə əlaqəsini izah edir; 



 

bitki və heyvanlara qulluq qaydalarına əməl edir. 



 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

 



 

11 


1.Canlıların quruluşu və müxtəlifliyi 

Şagird: 

1.1.  Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu 

nümayiş etdirir. 

1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir. 

 

1.1.2. Canlıların quruluşunu təsvir edir. 



1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım  olan əsas laboratoriya 

avadanlıqlarını fərqləndirir. 

1.1.4.Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir. 

 

2. Bioloji proseslər    



Şagird: 

2.1.Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.  

2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 

2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 

2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır. 



 

3. İnsan və onun sağlamlığı 

Şagird: 

3.1.  İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 

3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir. 

3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir. 

3.2. Sağlamlığın qorunmasına dair  bacarıqlar nümayiş etdirir. 

3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 

3.2.2. Dərman bitkilərini fərqləndirir.  

 

4. Canlılar və ətraf mühit 

Şagird: 

4.1.  Canlıların  bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 

bacarıqlar  nümayiş etdirir. 

4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 



4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 

4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir. 

4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.  

 

 

 

VII sinif 

VII sinfin sonunda şagird: 

 



canlılar  aləmini  öyrənən  elm  sahələrini,onların  müxtəlifliyini  şərh  edir, 

sistematik kateqoriyaları fərqləndirir; 

 

laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir; 



 

canlılarda  gedən  həyati  prosesləri  fərqləndirir,  pozulma  səbəblərini  sadalayır, 



buna dair hesablamalar aparır; 

 



insanı digər məməlilərlə müqayisə edir,onun ali sinir fəaliyyətini izah edir; 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə