Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

 
M
ərkəzi Aran iqtisadi rayonu 
Sahəsi 6,69 min km
2
, əhalisinin sayı 743,2 min nəfərdir (2022). İqtisadi rayonun tərkibinə Mingəçevir və 
Yevlax şəhərləri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab inzibati rayonları daxildir (
şəkil 12
). 
Şəkil 12. Mərkəzi Aran iqtisadi rayonu 
 
Mərkəzi Aran iqtisadi rayonunun ərazisi, əsasən, Kür-Araz ovalığının qərb hissəsini əhatə edir. Bu iqtisadi 
rayonun çox hissəsi Şirvan düzündə yerləşir, əlverişli İCM-ə malikdir. Onun ərazisindən beynəlxalq və ölkə 
əhəmiyyətli Bakı-Ağstafa dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri keçir. 
Yeraltı sərvətlərə neft, tikinti materialları (mişardaşı, qum-çınqıl və s.) aiddir. Kür çayı hidroenerji ehtiyatlarına 
malikdir. 
Neftçıxarma, elektroenergetika, tikinti materialları sənayesi ixtisaslaşmış sahələrdir. Mingəçevirdə Azərbaycan 
DRES, Mingəçevirdə və Varvarada SES-lər fəaliyyət göstərir. Pambığın ilkin emalını həyata keçirən 
pambıqtəmizləmə zavodları vardır. İqtisadi rayonda meyvə-tərəvəz konservləri, şərab, konyak, ət, süd, taxıl 
məhsulları istehsal edilir. 
Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və 
heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir, barama saxlanılır. Burada balıq 
yetişdirilməsi üzrə iri zavodlar yerləşir. 


13 
Mingəçevir-Yevlax sənaye qovşağı formalaşmışdır. Yevlax, Kürdəmir, Ləki nəqliyyat qovşaqlarıdır. Son illərdə 
Ləki-Qəbələ dəmir yolu xətti çəkilmişdir. 
 
Şirvan-Salyan iqtisadi rayonu 
Sahəsi 6,08 min km
2
, əhalisinin sayı 504,3 min nəfərdir (2022). Tərkibinə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, 
Neftçala və Salyan inzibati rayonları daxildir (
şəkil 13
). 
Şəkil 13. Şirvan-Salyan iqtisadi rayonu 
Şirvan-Salyan iqtisadi rayonunun ərazisi Kür-Araz ovalığının şərq hissələrini tutur, şərqdən Xəzər dənizinin 
suları ilə əhatə olunur. İqtisadi rayon əlverişli İCM-ə malikdir. Onun ərazisindən beynəlxalq və ölkə əhəmiyyətli 
Bakı-Ağstafa, Bakı-Astara dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri keçir. 
Təbii sərvətlərinə neft, təbii qaz, yodlu və bromlu mədən suları, tikinti materialları (mişardaşı, qum-çınqıl və s.) 
aiddir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir. 
Şirvanda Cənub DRES fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu fəaliyyət 
göstərir. Neftçala və Hacıqabulda maşınqayırma zavodları tikilmişdir. 
Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır (Salyan, Neftçala və s.). İqtisadi 
rayonda meyvə-tərəvəz konservləri (Biləsuvar), ət, süd, taxıl məhsulları istehsal edilir. 
Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və 
heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir. Neftçala rayonunun Xıllı qəsəbəsində 
balıq yetişdirilməsi üzrə iri zavod yerləşir. 


14 
Şirvan-Salyan iqtisadi rayonunun ərazisində mövcud olan Osmanlı-Astara dəmir yolu xəttindən Neftçala şəhərinə 
xətt çəkilmişdir. Burada, həmçinin Şirvan-Salyan sənaye qovşağı formalaşmışdır. Şirvan və Hacıqabul iqtisadi 
rayonun nəqliyyat qovşaqlarıdır. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə