15
L
ənkəran-Astara iqtisadi rayonu
Sahəsi 6,07 min km
2
, əhalisinin sayı 959,4 min nəfərdir (2022).
Tərkibinə Astara, Cəlilabad, Lerik,
Lənkəran,
Masallı, Yardımlı inzibati rayonları və Lənkəran şəhəri daxildir. İqtisadi rayon ölkənin cənubunda, Xəzər dənizinin
sahillərində yerləşir. Azərbaycanı İranla birləşdirən avtomobil yolu buradan keçir. Ona görə də iqtisadi rayonun
İCM-i əlverişlidir (
şəkil 15
).
Şəkil 15. Lənkəran-Astara iqtisadi rayonu
Burada yeraltı sərvətlər azdır, tikinti materialları, meşələrdə tədarük üçün ağac ehtiyatları vardır.
Xəzərsahili
düzən liklər, meşələr, mineral bulaqlar istirahət, müalicə və turizm məqsədləri üçün istifadə edilir.
Lənkəran ovalığı Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biridir.
Astara və Lerik rayonlarında Modul İES-lər fəaliyyət göstərir. Yeyinti sənayesi müəssisələrində meyvə-tərəvəz
konservləri, şərab, çay, ət, süd məhsulları istehsal olunur. Lənkəran və Masallıda meyvə-tərəvəz konservi zavodları
fəaliyyət göstərir. Cəlilabadda şərab istehsal olunur.
Faraş tərəvəzçilik, sitrus meyvəçiliyi və çayçılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Burada,
həmçinin
çəltik, taxıl, üzüm becərilir. Xəzər dənizindən balıq tutulur və emal olunur.
Lənkəran və Cəlilabad şəhərləri iqtisadi rayonun sənaye potensialının cəmləşdiyi əsas mərkəzlərdir.
Dostları ilə paylaş: