7
kombinatı fəaliyyət göstərir. Şəkidə Modul tipli İES fəaliyyət göstərir. Yüngül sənaye Şəki İpək Kombinatı ilə təmsil
edilir. Burada ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar toxunur.
İqtisadi
rayonda tütün, qərzəkli meyvələr, taxıl, xüsusən də yazlıq taxıl becərilir. Burada, həmçinin çayçılıq,
gülçülük, çəltikçilik sahələri vardır. Maldarlıq və baramaçılıq kimi heyvandarlıq sahələrinin əhəmiyyəti böyükdür.
Qoyunçuluğun inkişafı üçün həm yay, həm də qış otlaqlarının imkanları genişdir.
Yevlax-Balakən dəmir və avtomobil yolları iqtisadi rayonu digər ərazilərlə əlaqələndirir.
Şəki şəhəri iqtisadi
rayonun əsas sənaye, elm və mədəniyyət mərkəzidir.
Dağlıq Şirvan iqtisadi rayonu
Sahəsi 6,13 min km
2
, əhalisinin sayı 326,8 min nəfərdir (2022). Tərkibinə Şamaxı, İsmayıllı,
Ağsu və Qobustan
inzibati rayonları daxildir. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərq ətəklərində yerləşir. Onun düzən əraziləri
Şirvan düzündədir. İqtisadi rayonun İCM-i az əlverişlidir. Dağlıq ərazilərdə yerləşməsi ilə əlaqədar ilin qış aylarında
avtomobil yollarının istifadəsində çətinliklər yaranır (
şəkil 7
).
Şəkil 7. Dağlıq Şirvan iqtisadi rayonu
Yanar şist, tikinti materialları, mineral sular, iqlim-balneoloji ehtiyatlar, meşələr iqtisadi rayonun əsas sərvətləridir.
8
İqtisadi rayon üzümçülük, taxılçılıq, heyvandarlıq məhsullarının istehsalı və onları emal edən sənaye sahələrinin
inkişafına görə fərqlənir. İsmayıllıda və Şamaxıda yazlıq taxıl, üzüm, Ağsuda pambıq əkilir.
Əhalinin yerli
tələbatının ödənilməsi üçün bostan-tərəvəz məhsulları, kartof, meyvə yetişdirilir, barama, arı saxlanılır.
Üzümün ilkin emalı və şərab zavodları Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərir. Qədim
sənətkarlıq sahələri kimi Şamaxıda xalça, Şamaxı və Basqalda ipək yaylıqlar, kəlağayılar toxunur, Lahıcda mis
qablar hazırlanır. Bakı-Şamaxı-İsmayıllı-Balakən avtomobil yolunun əhəmiyyəti böyükdür. Şamaxı Dağlıq Şirvanın
əsas
iqtisadi, sosial- mədəni mərkəzidir.
Dostları ilə paylaş: