12
Arximed turbini tipli SES qurulmuşdur, onun köməyi ilə Ağalı kəndi elektrik enerjisi ilə təmin edilir.
Kəlbəcərdə
“Kəlbəcər-1”, “Çıraq 1”, “Çıraq 2” kiçik SES-ləri tikilmişdir. Araz çayı üzərində İran ilə birgə “Xudafərin” və “Qız
Qalası” su anbarları tikilmiş, onların üzərində SES-lərin qurulması davam edir. Kəlbəcər rayonunda yerləşən İstisu
mineral bulağı əsasında sanatoriyanın və Mineral su doldurma zavodunun tikintisinə başlanılmışdır.
İqtisadi rayon ərazisində Zəngilan Hava Limanı istifadəyə verilmişdir. Laçın rayonunda daha bir hava limanının
tikintisi davam etdirilir. Horadiz ‒ Ağbənd dəmir yolu xətlərinin çəkilişi həyata keçirilir.
Kəlbəcər və Laçın rayonlarının yay otlaqlarına heyvanların dislokasiya edilməsi üçün portal modulu yaradılmışdır.
Portaldan 300000 xırdabuynuzlu və 60000 arı ailəsi qeydiyyatdan keçirilmişdir. Həmin təsərrüfatların köç etməsi üçün
müvafiq tədbirlər görülmüşdür.
Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işləri icra olunur.
İqtisadi rayonun təbii şəraitini yaxşılaşdırmaq məqsədilə Bəsitçay qoruğunun
fəaliyyəti bərpa olunmuşdur,
Cəbrayıl rayonunun ərazisinə isə Şirvan Milli parkından ceyranlar gətirilmişdir.
Dostları ilə paylaş: