Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

89 
 
102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında 
protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam 
verilməsi barədə qərar qəbul edilir. 
 
Maddə 103. Protokolun (prokurorun qərarının) baxılması üçün 
 
 
     göndərilməsi 
 
103.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) 
tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli 
orqana (vəzifəli şəxsə) göndərilir. 
103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında 
protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra 
baxılması üçün hakimə göndərilir.   
 
Maddə 104. İnzibati xəta haqqında iş üzrə icraatın 
dayandırılması 
 
104.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda 
dayandırılır: 
104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin 
olduğu yer müəyyən edilmədikdə; 
104.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta 
haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; 
104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. 


90 
 
104.2. İnzibati xətalar haqqında iş üzrə icraatın 
dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati 
xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata 
keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, bu 
Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə tutulmuş 
və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb 
olmuş halların aradan qaldırılması üçün bütün tədbirləri görməlidir. 
104.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli 
şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın 
dayandırılması haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində 
qeyd edilən məlumatlar göstərilir. 
104.4. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 
haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində 
həmin qərarın surətini müvafiq prokurora göndərməlidir. 
104.5. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın 
dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində 
həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci 
maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin 
yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən 
səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın 
materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora 
təqdim edilməlidir.  
104.6. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın 
dayandırılması haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi 
pozulmaqla qəbul edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv 
edilməsi barədə qərar qəbul edir və onun surətini qərarı qəbul etmiş 
səlahiyyətli vəzifəli şəxsə göndərir. Bu halda prokuror həmçinin 
səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.2-ci 


91 
 
maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə 
icraatın başlanması haqqında qərar qəbul edir. 
104.7. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 
haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya 
bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar 
aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati 
xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində 
müvafiq prokurora yazılı məlumat verilir. 
104.8. Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 
müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış 
icraata xitam verilir.  
Qeyd: Bu Məcəllənin 104.4 – 104.7-ci və 596-cı maddələrində 
“səlahiyyətli vəzifəli şəxs” dedikdə hakim nəzərdə tutulmur. 
 
Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam 
verilməsi 
 
105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş 
hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş 
olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta 
haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 
105.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi 
haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə 
və zərər çəkmiş şəxsə göndərilir.  
 
FƏSİL 15 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞLƏRƏ BAXILMASI 


92 
 
 
Maddə  106. İnzibati xəta haqqında işin baxılmağa 
hazırlanması 
 
106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar 
haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 
106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 
106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs 
tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu
106.0.3. inzibati xəta haqqında protokol və işin digər 
materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib 
edilmişdirmi; 
106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 
106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər 
sübutlar toplanmışdırmı; 
106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən 
şəxslər məlumatlandırılıbmı;  
106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 
 
Maddə 107. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs 
tərəfindən  işin baxılmasını istisna edən hallar 
 
107.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş 
hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə 
baxa bilməz: 
107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni 
nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa; 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə