Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə15/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
web-derslik-1

10. WEB-SAYT LAYİHƏSİ...... 
Saytın hazırlanmasında müxtəlif ixtisaslı insanlar-dizaynerlər proqramçılar menecerlər iştirak edirlər.İri 
şirkətlərdə hər kəs öz işi ilə məşğul olur.İstənilən halda
internet-layihə bir neçə mərhələdən ibarətdir. 
1)Layihələndirmə. Bu mərhələni layihənin meneceri həyata keçirir.Burada layihə haqqında ətraflı 
məlumat toplanılır qarşıya müəyyən məqsədlər qoyulur və büdcə planlaşdırılır.Bütövlükdə layihənin uğurlu 
olması məhz bu işlərin nə dərəcədə bacarıqla görülməsindən asılı olur. Bu mərhələnin nəticəsində texnikn 
tapşırıq hazırlanır. 
2)Dizaynın hazırlanması. Dizayner texniki tapşırıqla irəli sürülmüş ideyaları səhifələrin eskizləri 
şəklində gerçəkləşdirir.Sifarişçiyə gələcək saytın bir neçə dizayn variantı təqdim olunur. 
3)Səhifələrin maketlərinin qurulması. Dizayn-maket əsasında HTML dilində şablon səhifələrin maketi 
yaradılır. 
4)Servislərin proqramlaşdırılması. Statik mətn və qrafik informasiya ilə yanaşı saytda müxtəlif 
interaktiv servisler-istifadəçilərin qeydiyyatı üçün formalar qonaq kitabları və.s ola bilər. Onların yaradılması 
ilə proqramçı məşğul olur. 
5)Saytın nəşri və onun informasiya ilə doldurulması. Bu mərhələdə yaradılmış karkas uzaq serverə 
köçürülür və sayta mətnlər daxil edilməyə başlanılır.Bunun üçün professional saytlar məzmunun idarəolunma 
sistemləri ilə təchiz olunur.Bu sistemlərin köməyilə HTML dilində heç nə bilməyənlər də sayta informasiya 
əlavə edə bilir. 
6)Layihənin müşayiət olunması. Hər bir sayt təbliğ olunmalıdır yəni onun populyarlığı 
yüksəldilməlidir. Bu birdəfəlik deyil planlı iş olmalıdır.Burada sayta daxil olanların sayı izlənilir sayt haqqında 
fikirləri toplanılır məzmuna dəyişikliklər edilir yeni informasiyalar daxil edilir. 
Sual oluna bilər: Ümumiyətlə sayt nəyə gərəkdir və o nə üçün yaradılır? Səbəblər müxtelif ola biler. 
1)Bəzi şirkətlər İnternetə qazanc mənbəyi kimi baxir.Bu gəlir malların xidmətlərin satışından və 
reklamlardan əldə oluna bilər. 
2)Bir çox şirkətlər internet-layihələrə öz mal və xidmətlərinin reklam olunmasının bir elementi kimi 
baxır. Onlar gəliri dolayısı ilə əldə etməyi planlaşdırırlar. Belə ki onlar hesab edirlər ki insanlar sayta daxil 
olmaqla zəruri informasiyanı alacaq bundan sonra birbaşa şirkətə müraciət edərək sifarişlərini verəcəklər. 
3)Bəzi internet-layihələrin yaradılmasında ümumiyyətlə heç bir gəlir qazanmaq məqsədi güdülmür. 
Məsələn hər hansı futbol klubunun fanatlarının saytı. 
Bəs layihə nə haqqında olacaq? Onun yaradılmasında məqsəd nədir? Bu mövzuda hansı saytlar 
fəaliyyət göstərir? Saytda hansı materialların yerləşdirilməsi planlaşdırılır? Sayt hansı bölmələrdən 
xidmətlərdən ibarət olacaq? 
Bu və digər suallara texniki tapşırıqda cavab verilir.Texniki tapşırıq layihənin ətraflı təsvir olunduğu 
sənəddir 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə