Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə16/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
web-derslik-1

11. SAYTN DİZAYNIN ÖZƏLLİKLƏRİ.
İnternet-saytın dizaynı arasında ortaq cəhətlər çoxdur. Səhifələyicilər kimi veb-dizayner də mətn və 
qrafik informasiya ilə işləyir. Bununla belə bəzi məqamlar vardır ki onlar internet-saytın dizaynı üçün vacibdir. 
Birincisi-istifadəçi səhifəni oxumur onu gözdən keçirir.Özü də bu zaman onun baxışları çox xaotik ola 
bilər. Bu o deməkdir ki elə bir maket qurmaq lazımdır ki istifadəçi bir baxışda ondan baş çixara bilsin özü 
üçün lazım olan açar sözleri görüntüleri tapsın. 
İkincisi-jurnalın yaradıcı heyəti həmişə üzərində işlədiyi vərəqin ölçülərini dəqiq bilir.Sayt isə müxtəlif 
ölçülü monitorlarda təxminən eyni cür görünməlidir.Bu tələbi yerinə yetirmək hecdə asan olmur. 
Üçüncüsü-yeni jurnalı əlinə götürən kəs bir baxışda informasiyanin həcmini müəyyənləşdirə bilər. 
Tanış olmadığımız sayta daxil olduqda isə biz orada neçə səhifənin olduğunu təxmini də olsa deyə bilmirik. 


Dördüncüsü-veb-saytın dizayneri həmişə ziddiyyətli vəziyyətlə qarşılaşır. Bir tərəfdən onun maketinin 
interfeysi başqa saytlara bənzəməlidir digər tərəfdən isə o orijinal olmalıdır. 
 Veb-dizayn
(en. Web Design) — veb-səhifələrin vizual tərtibatıdır. 
Ümumdünya şəbəkədə nəşr olunan hər hansı bir resurs - gün ərzində on minlərlə istifadəçilər daxil olan 
qlobal informasiya portalından tutmuş, ayda iki dəfə istifadəçilərin daxil olduğu şəxsi saytların hamısı bədii 
əsərdir. Bu mühəndis-dizayner həllinin mürəkkəb kompleksidir. Belə əsərlərin yaradılması veb-dizayn adlanır. 
Veb-dizayn mühitində siz bütün imkanlarınızı bütövlükdə göstərə bilərsininz və həm də burada əməyinizin 
nəticəsinin senzurası siz özünüz və sizin səhifəyə daxil olanlardır. Resursların ölçüsündə, onun məzmununda, 
kompanovkasında sitzin üçün heç kim məhdudiyyət və hər hansı bir qəti çərçivə qoymur. 
Nəticədə İnternet istifadəçilərinin çoxmilliyonlu auditoriyası tərəfindən sizin yaratdığınız layihə 
qiymətləndirilir. 
Yeni layihə yaradarkən Veb-masterin işini asanlaşdırmaq məqsədi ilə onu lazım olan proqram təminatı ilə 
təmin etmək vacibdir. Təcrübəsi az olan Veb-masterlərin qarşısında hal-hazırda mövcud olan saysız-
hesabsız proqramlar arasında özünə lazım olan proqramları seçmək və onlarla işləmək çox çətindir. Nəzərə 
almaq lazımdır ki, çox vaxt lazımi proqram və ya utilit haqqında məlumat olmur. Bunları nəzərə alaraq aşağıda 
Web-masterlər üçün lazım olan əsas proqram təminatlarının siyahısı göstərilmişdir. Bu proqramlar Microsoft 
Windows sistemi üçün nəzərdə tutulub. 
Əsas şərtlər-Veb-səhifə elə yaradılmalıdır ki, onun görünüşü mümkün qədər çox brauzerlərdə (məs., Microsoft 
Internet 
Explorer, FireFox, Opera, Safari və 
s.) 
eyni 
olsun. 
Bildiyimiz 
kimi 
istifadəçilərin 
çoxu İnternet şəbəkəsinə 
daxil 
olmaq 
üçün 
dial-up 
birləşməsindən 
istifadə 
edir, 
yəni modem vasitəsilə provayderə qoşulmuş 
"ləng" 
xətlərdə 
işləyirlər. 
Bu 
isə 

deməkdir 
ki, verilənlərin ötürülmə sürəti çox aşağıdır. Veb-sayt yaradarkən veb-masterçalışmalıdır ki, onun səhifəsi 
istifadəçinin brauzerinə tez yüklənsin. Bünün üçün isə bəzi şərtlər ödənilməlidir - qrafik təsvirlərin optimal 
yerləşdirilməsi, mətnlərin formatında hansı atributlardan istifadə edilməsi. 
Nəzərə almaq lazımdır ki, çoxlu sayda müxtəlif, böyük ölçülü qrafik şəkillərdən və parlaq rənglərdən istifadə 
etmək heç də veb-saytın yüksək səviyyədə hazırlığından xəbər vermir, əksinə zövqsüz məhsulun yaranmasına 
səbəb olur. Odur ki, veb-saytın bütün səhifələri və ona daxil olmuş qrafik və interaktiv elementlər mümkün 
qədər minimal ölçüyə 
malik olmalıdırlar. Bunun üçün sayt yaradarkən xüsusi qrafik 
kompressorlardan, HTML sənədlərindən artıq kodların silinməsini yerinə yetirən bir sıra üsullardan istifadə 
edilir. Sayt daxilində idarəni asanlaşdırmaq üçün, onun anlamlı naviqasiyaya malik olması vacibdir. Belə 
olduqda istifadəçi kopüterinin tipindən və bu kompüterdə qurulmuş proqram təminatından asılı olmayaraq 
sənəd daxilində bir bölmədən digər bölməyə keçərkən heç bir çətinliklə qarşılaşmayacaq. Veb saytların 
yaradılması zamanı HTML kodu ilə yanaşı CSS də vacibdir ki, yaradılmış mətnə istənilən funksiya verilə 
bilsin. 
Naviqasiya elementləri istifadəçinin maxsimal rahatlığı nəzərə alınaraq yerləşdirilməlidir. Əgər naviqasiya 
elementləri səhifənin yuxarı hissəsində yerləşdirilibsə və səhifənin skrollinq vasitəsilə sonuna gəldikdə bu 
elementlər görünməz olursa, bu halda naviqasiya elementlərinin dublikatını səhifənin sonunda da qoymaq 
məsləhətdir. Əgər qrafik və aktiv elementlərə istinad qoyulubsa onları mətn üzərində də qoymaq məsləhətdir, 
çünki bəzi istifadəçilərin brauzerləri qrafik təsvirləri işıqlandırmırlar və Java proqram elementlərini 
dəstəkləmirlər. 
Böyük ölçülü İnternet-layihə yaratmaq üçün artıq bir Veb-master kifayət deyil. Buraya böyük bir qrupun cəlb 
ediməsi vacibdir ki, müəyyən hissə dizayla məşğul olur, proqram və redaktə işləri isə qrupun digər üzvlərinə 
tapşirılır. Digər əsas məsələ isə veb-layihədə səhifələrin avtomatik yaradılmasıdır, yəni 
serverə FTP protokolları vasitəsilə 20 səhifədən ibarət saytı yükləmək olar. Sayt 200 və ya daha artıq səhifədən 
ibarət olarsa və səhifələrin gündəlik təzələnməsi vacibdirsə bu zaman şablonlaşdırma sistemindən istifadə 
edilir. 
Şablonlaşdırma hər hansı səhifənin və orada yerləşən verilənlərin maketinin yaradılması və qurulması 
qaydalarını qəbul edən texnoloqiyadır. Başqa sözlə şablonlaşdırma veb-səhifənin əsas tərkib hissələrə 
bölünməsini (dizayn, verilənlər və proqram hissələri) və bölünmüş hissələrinin bir yerə yığılmasını təyin edir. 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə