Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti



Yüklə 36,57 Kb.
səhifə6/11
tarix31.12.2021
ölçüsü36,57 Kb.
#81907
1   2   3   4   5   6   7   8   9   10   11
referat 4713

Mövzu 5. Auditin növləri

Auditin aşağıdakı növləri vardır:

1.Məcburi və təşəbbüslə (könüllü) audit;

2.Daxili və kənar audit;

3.Təsərrüfat fəaliyyətinin auditi;

4.Uyğunluq auditi;

5.Maliyyə hesabatının auditi və xüsusi audit;

6.Əməliyyat auditi;

7.Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit;

8.Auditor xidmətinin başqa növləri.

Audit yoxlanması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərəd tutlmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarlarına əsasən (onların sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür. Məcburi audit yoxlanması bilavasitə qanunvericilikdə müəyyənləşdirilmiş hallarda və ya dövlət orqanlarının tapşırığı ilə keçirilir. Məcburi auditin həcmi və keçirilmə qaydası qanunvericilik normaları ilə tənzimlənir. Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, investisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir. Bundan əlavə AR Mülki Məcəlləsində göstərilir ki, yekun günədək on iki ay ərzində balans məbləği və dövriyyədən mədaxili müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi son məbləğdən yüksək olan hər bir hüquqi şəxs, qoşma da daxil olmaqla illik balansı auditor tərəfindən yoxlanılmalıdır.



Təşəbbüslə (könüllü) audit iqtisadi subyektin qərarı üzrə auditor (auditor firması) ilə müqavilə əsasında həyata keçirilir. Belə yoxlamanın xarakterini və miqyasını sifarişçi müəyyən edir.

Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat onunla əlaqədardır ki, rəhbərliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə sturukturların fəaliyyətinə gündəlik nəzarətlə məşğul olmur. Daxili audit bu fəaliyyət barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit başlıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaq üçün lazımdır.

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.

Daxili və kənar audit bir-birini tamamlayır və eyni zamanda bir-birindən ciddi surətdə fərqlənir.



Yüklə 36,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə