Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 2. İqtisadi təhlildə istifadə olunan üsullar



Yüklə 36,57 Kb.
səhifə2/11
tarix31.12.2021
ölçüsü36,57 Kb.
#81907
1   2   3   4   5   6   7   8   9   10   11
referat 4713

Mövzu 2. İqtisadi təhlildə istifadə olunan üsullar.

İqtisadi təhlil sintetik idarəetmə elmi olub, iqtisadi, ictimai, riyazi, texniki və digər qarşılıqlı və əlaqəli surətdə inkişaf etdiyinə görə analitik işlərdə, yəni onun obyektlərinin öyrənilməsində həm özünəməxsus və həm də başqa elmlərə məxsus tədqiqat üsullarından istifadə edir. Bunları müəyyən ardıcıllıqla nəzərdən keçirək:



Müqayisə üsulu: iqtisadi proses və hadisələr, onları xarakterizə edən göstəriciləri müqayisə etməklə dərk edilir. Müqayisə aparmaq üçün iqtisadi göstəriciləri müqayisəyə gələn şəklə salmaq lazımdır. İqtisadi təhlil demək olar ki, müqayisədən başlayır. Müqayisə son mərhələni belə təşkil edir: məsələn, planlaşdırılan tədbirlərin optimal variantını müəyyən etmək üçün müqayisənin son mərhələsindən istifadə edilir. Kənarlaşmanın böyüklüyü barədə ilk təsəvvürü müqayisə üsulu yaradır. Müqayisə üsulu bir tərəfdən potensial imkanın nə dsərəcədə səfərbər edilməsi barədə təsəvvür yaradırsa, digər tərəfdən potensialın səfərbər edilməsi üçün şəraitin hansı səviyyədə yaradılmasının zəruriliyi haqqında məlumat verir.

İqtisadi tədqiqatlarda müqayisə üsulundan daha çox istifadə olunur. Porses və ya hadisəni xarakterizə edən hər bir göstəriciyə, onların nəticələrinə qiymət vermək, gedişatına nəzarət yetirmək, gələcək dövrləri üçün proqnozlaşdırmaq məqsədilə bir-birilə, plan, normativ və i.a. göstəricilərlə müqayisə edilir. Müqayisə üsulunun köməyi ilə ümumi və ya spesifik hadisə və proseslər təyin edilir, tədqiq olunan obyektlər əmələ gələn dəyişikliklər, onların inkişafı tendensiyaları, istiqamətləri və qanunauyğunluqları öyrənilir. Müqayisə təkcə iki təsrrüfat, yaxud eyni təsərrüfat daxilindəki iki sex, briqada arasında deyil, eyni briqadada, hətta eyni şəxsin iş nəticələri üzrə də aparılmalıdır. Təcrübə göstərir ki, briqadaya daxil olan üzvlər bir-birindən fərqli iş nəticələri göstərə bilərlər. Bir halda ki, təcrübədə belə faktlara rast gəlirik, deməli fərqi yüksək nəticəyə nailolma səbəbini də müvafiq göstəricilərlə müqayisə etməklə öyrənmək lazımdır. Təcrübə göstərir ki, heç bir iş təcrübəsinə malik olmayan iki fəhlə eyni iş gördükdə, onların işinin nəticələri müxtəlif olur. Deməli, burada da müqayisə yolu ilə öyrənilməsi məsələlər mövcuddur. Məlumdur ki, fəhlənin gün ərzində gördüyü işin həcmi müəyyən mənada, iş qabiliyyətinin səmərəliliyindən, iş yerinin təşkilindən və digər amillərdən asılıdır. Fəhlə müxtəlif saatlarda gördüyü işin nəticəsinin fərqini, onun əmələgəlmə səbəbini müqayisə üsulu ilə müəyyən edə bilər. Bu isə fəhləyə daha səmərəli, yaxud optimal iş üsulu seçməklə müsbət nəticəyə nail olmaq imkanı verər. Müqayisə üsulu itkilər barəsində aydın təsəvvür yaradır.



Yüklə 36,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə