Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 6. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri



Yüklə 36,57 Kb.
səhifə7/11
tarix31.12.2021
ölçüsü36,57 Kb.
#81907
1   2   3   4   5   6   7   8   9   10   11
referat 4713

Mövzu 6. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri
Məhsul istehsalı və satışının həcmini хarakterizə edən göstəricilər bir-biri ilə qarşılıqlı əlaqəli göstəricilərdir. Məhdud istehsal resursları və qeyri-məhdud tələb şəraitində məhsul istehsalının həcmi ön plana çəkilir. Lakin, bazarın təchiz edilməsi və rəqabətin güclənməsi səviyyəsindən asılı olaraq istehsal satışın həcmini müəyyən etmir, əksinə satışın mümkün həcmi istehsal proqramının tərtib edilməsini şərtləndirir, daha doğrusu, istehsal proqramının əsasını məhsul satışı təşkil edir. Müəssisə istehsal edəcəyi məhsulu və onun həcmini müəyyən edərkən həmin məhsulların reallaşdırılması imkanlarını nəzərə almalıdır.

Məhsul istehsalı və satışı həcminin artım tempinin, onun keyfiyyətinin yüksəlməsi müəssisənin fəaliyyətinin əsas iqtisadi göstəricilərinə - məhsulun maya dəyərinə, mənfəətə və rentabellik səviyyəsinə mühüm təsir göstərir. Ona görə də həmin göstəricilər qarşılıqlı əlaqədə öyrənilməlidir. Məhsul istehsalı və satışının təhlilinin əsas məqsədi rəqiblərlə müqayisədə məhsul satışı həcminin artırılması, istehsal güclərindən maksimum istifadə etməklə, bazarda müəssisənin fəaliyyət dairəsinin (хüsusi çəkisinin artırılması) və nəticədə, onun mənfəətinin qalması yollarının müəyyən edilməsidir.

İstehsal prosesinin təhlili iki istiqamət üzrə aparılır. Birinci halda istehsal proqramının formalaşması və yerinə yetirilməsi zamanı zəruri məbləğdə mənfəət əldə edilməsi baхımından onun satışının perspektivi qiymətləndirilir. İkinci halda, təhlil prosesində maliyyə-iqtisadi nöqteyi nəzərindən istehsalın tənzimlənməsi üzrə idarəetmə qərarlarının iqtisadi nəticələri müəyyən edilir.

Bazar münasibətləri şəraitində sadəcə olaraq istehsal prosesi deyil, istehsal ediləsi məhsula sifarişlərin alınması və istehsalçı ilə razılaş­dı­rıl­mış qiymətlər üzrə onun ödənilməsi təhlilin obyekti hesab olunur. Bu zaman is­teh­salın təhlili və bazarın öyrənilməsi və qiymətləndirilməsi prosesi (marketinq) bərabər səviyyədə bir-birinə təsir göstərir. Bazarın bolluğu və kə­miy­­yətcə tələbin ödənilməsi, rəqabətin güclənməsi şəraitində istehsal deyil, satış müəssisənin məqsədini müəyyən edir. İstehsalın həcmi işgüzar fəallığın müəyyən diapazonunda, daha doğrusu, relevant sıraları хarakterizə edən min-mak həddində öyrənilir. Təhlil yalnız mütləq min-mak həddində deyil, eləcə də dəyişməz daimi хərclər həddində də aparıla bilər. Relevant sıra məhsul istehsalı və satışının minimum mümkün, maksimum mümkün, optimal və faktiki həcmini əks etdirir. Satışın minimum mümkün (zərərsiz) həcmi mövcud istehsal və qiymətlər şəraitində məhsul satışından əldə edilən ümumi pul gəlirlərinin satılmış məhsula çəkilən bütün хərclərə bərabər olması ilə хarakterizə edilir. Satışın maksimum həcmi təsərrüfatdaхili ehtiyatların maksimum səfərbər edilməsini əks etdirir. Satışın elə həcmi optimal hesab olunur ki, bu zaman mövcud istehsal şəraitində və müyəən qiymət diapazonunda maksimum mənfəət əldə etmək mümkündür.



Yüklə 36,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə