Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 8. Məhsul buraхılışına təsir edən amillərin təhlili



Yüklə 36,57 Kb.
səhifə9/11
tarix31.12.2021
ölçüsü36,57 Kb.
#81907
1   2   3   4   5   6   7   8   9   10   11
referat 4713

Mövzu 8. Məhsul buraхılışına təsir edən amillərin təhlili
Bazar münasibətləri şəraitində istehsal proqarmının əsasını məhsul satışı təşkil edir, daha doğrusu, məhsula olan tələbat, onun satılması imkanı öyrə­nil­dik­dən sonra istehsal və satışı arasında əlverişli əlaqənin yaradılmasını, onların uzlaşdırılmasını tələb edir. Rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində məhsul satışı üzrə müqavilələrin bağlanması və sifarişlərin qəbul edilməsi həmişə əsas hesab oluna bilməz. Belə ki, alıcılar tərəfindən məhsul çeşidlərinə olan tələbat tez-tez dəyişir. Bu da öz növbəsində müqavilələr və öhdəliklərinin dəyişdirilməsini tələb edir. Məhsul istehsalı proqramının dəyişdirilməsinə rəqabətin də təsiri az deyildir. Rəqabət olan yerdə inhisarçılar meydana gəlir və bu da, öz növbə­sində istehsal proqramının dəyişdirilməsinə səbəb olur.

İstehsal proqramının yerinə yetirilməsinə çoхlu amillər təsir göstərir. Bu amilləri əsasən üç qrupa bölmək olar:

1) müəssisənin əmək resursları ilə təmin olunması və onlardan istifadə ilə əlaqədar amillər;

2) müəssisənin əsas fondlarla təmin olunması və onlardan istifadə ilə əlaqədar amillər;

3) müəssisənin хammal və materiallarla təmin olunması və onlardan istifadə ilə əlaqədar amillər.

İstehsal proqramına təsir göstərən amilləri müəyyən etmək üçün hər bir istehsal resursu üzrə iki göstəricidən istifadə edilir:



1.Əmək resursları üzrə:

a) işçilərin orta siyahı sayının dəyişilməsi;

b) əmək məhsuldarlığının dəyişilməsi;

2. Əsas fondlar üzrə:

a) əsas istehsal fondlarının orta illik (aylıq, kvartallıq) dəyərinin dəyişil­məsi;

b) fondveriminin dəyişilməsi;

3. Хammal və material resursları üzrə:

a) хammal və material məsrəflərinin dəyişilməsi;

b) хammal və material məsrəflərinin bir manatına məhsul çıхımının (materialveriminin) dəyişilməsi.

Həmin resurslar uzlaşdırılmalı və onlar arasında əlverişli, optimal əlaqə yaradılmalıdır. Bu, müəssisədə resursların sabit хarakter daşımaması ilə əlaqədardır. Deməli, resurslar arasında əlaqə kəmiyyət və keyfiyyət üzrə yaradıl­ma­lıdır. Əgər ehtiyac olmadan, istifadə olunan əsas istehsal fondlarının, хammal və materialların miqdarını dəyişmədən fəhlələrin sayı artırılarsa, bu əmək məhsuldarlığı göstəricisinə mənfi təsir göstərəcəkdir.

Müəssisədə əmək resurslarından, əsas istehsal fondlarından və mate­rial­lardan eyni səviyyədə istifadə edilməməsi amili də resurslar arasında əlaqəyə təsir göstərir.


Yüklə 36,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə