Mais fəNNİ(Movzu 1) avtomatlaşdilmiş İdarəetmə SİstemləRİ



Yüklə 19,17 Kb.
səhifə1/6
tarix08.01.2022
ölçüsü19,17 Kb.
#82721
  1   2   3   4   5   6
UNEC 1641327437


MAIS FƏNNİ(Movzu 1)

AVTOMATLAŞDILMIŞ İDARƏETMƏ SİSTEMLƏRİ.



  1. Kibernetika və onun xüsusiyyətləri

  2. Kibernetik sistemlerin təsnifatı

  3. İnformasiya haqqında anlayış

  4. Əks rabitə

1.

Canlı və cansız aləmdə idarəolunan proseslərin təhlili ilə dərindən məsğul olan məşhur alim H.Vinerin rəhbərliyi altında müxtəlif ixtisas nümayəndələrindən ibarət bir qrup mütəxəssis belə bir fikrə gəlmişdir ki, canlı orqanizmlərin fəaliyyətində, mürəkkəb avtomatik qurğularda gedən idarəetmə proseslərində nə isə bir oxşarlıq, uyğunluq vardır. H.Viner bu yeni elmi kibernetika adlandırdı. Kibernetika yunan sözü olub idarəetmə sənəti deməkdir.

Kibernetikanın müxtəlif tərifləri vardır. Akademik A.İ.Berqin kibernetikaya verdiyi tərif daha dolğundur. A.İ.Berqə görə kibernetika mürəkkəb dinamik sistemlərin idarəedilməsi haqqında elmdir.

Kibernetikanın predmeti- hər cür sistemlər deyil, yalnız idarə olunan sistemlərin tədqiqindən ibarətdir. Kibernetikanın əsas anlayışlarından biri sistemdir. Sistem- müəyyən vəhdət və bütövlük təşkil edən və bir-birilə qarşılıqlı əlaqədə olan nizamlı elementlər məcmusudur.

Hər bir sistemi sonlu sayda hissələrə (altsistemlərə) bölmək olar. Onların da hər birini daha kiçik alt sistemlərə, elementlərə bölmək mümkündür. Altsistemlərə sistem kimi baxmaq olar. Sistem müəyyən əlamətlərinə görə altsistemlərə parçalanır. Ona görə də eyni bir obyekti müxtəlif xassələrinə görə müxtəlif sistemlərə aid etmək olar .

2.

Mürəkkəblik dəəcəsinə görə sistemlər sadə ,mürəkkəb və şox mürəkkəb sistemlərə bölünür.



Sadə sistemlər qarşılıqlı əlaqədə fəaliyyət göstərən az sayda elementlərdən ibarət olub, şaxələnməyən quruluşa malikdir və sadə funksiyaları yerinə yetirir. Bu cür sistemlər və onlardaki dəyişikliklər asanlıqla təsvir oluna bilir.

Mürəkkəb sistemlər qarşılıqlı əlaqədə fəaliyyət göstərən cox sayda elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdir və daha mürəkkəb funksiyaları yerinə yetirir.Hər hansi bir elementin və ya əlaqənin dəyişilməsi sistemin bir çox elementlərinin dəyişilməsinə gətirib çıxarır. Mürəkkəb sistemlərin konkret vəziyyətini təsvir etmək mümkündür.

Çox mürəkkəb sistemlər elə bir sistemdir ki, onların vəziyyətini bu və ya başqa səbəblərə görə tam şərh etmək mümkün düyl.

3.

“İnformasiya” latın sozü olub əvvəllər “təqdimat” , “anlayış” sonralar isə “məlumat” , “xəbərlərin verilməsi” kimi başa düşülürdü. Son illərdə alimlər informasiyanı “məlumatda müəyyənlik ölçüsü” adlandirmışlar.




Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə