Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə85/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   89

331
 
 
qiymətləndirilməsi; 
10.
 
maliyyə planı; 
11.
 
təbiəti  mühafizə  obyektlərinin,  onların  rekon-
struksiyasının əsaslı tikinti və maliyyələşdirmə strategi-
yası planı. 
Ekomenecmentin əsas elementlərindən biri ekoloji 
marketinqdir.  Marketinqin  mərkəzində  istehlakçı  durur, 
onun tələblərinə uyğunlaşmaq lazımdır. Ekomarketinqin 
əsası ondan ibarətdir ki, onun bütün fazalarında məhsu-
lun  ekolojiliyi  (istehsalatdan  tutmuş  son  utiləşdirməyə 
qədər) durur. Deyilənlər satış zamanı ən əsas əhəmiyyət 
kəsb etməlidir. Ekoloji marketinq əsasən səmərəliləşdir-
mə  konsepsiyasına  istinad  edir.  Həmin  konsepsiyaya 
əsasən  materialların  və  enerjinin  az  dövr  etməsi  isteh-
lakçıya çox fayda gətirir. İstehsalçı haqqında informasi-
yaya  malik  olub  və  marketinq  strategiyasını  müəyyən 
etməklə  firmada  və  sahibkarlıqda  uğur  qazanmaq  üçün 
marketinq  vasitələri  toplumundan  səmərəli  istifadə  et-
məlidir. 
Ali  menecmentin  ekoloji  strateji  məqsədlərinin 
realizə edilməsi təbiəti  mühafizə prosesinə orta və  ope-
rativ menecmentin cəlbini nəzərdə tutur. Öz xüsusi (şəx-
si) bölməsinin yaradılmasının zərurəti meydana gəlir ki, 
bu  bölmə  ekoloji  məsələlərə  məsul  olmaqla,  müəyyən 
sərvətə sahib olmalı və səlahiyyətə malik olmalıdır. Orta 
menecmentin  səlahiyyətlərinə  ekoloji  məqsədlərin  pay-
lanması  (ayrıca  əməliyyat  proqramları  üzrə)  aiddir. 
Məhz  bu  zaman  ekoloji  menecment  sisteminin  təzələn-
məsi, artırılması və modifikasiya edilməsi üzrə yeni ide-
yaların  yaranması  mümkündür.  Menecmentin  inteqrasi-


332
 
 
ya  sistemi  bütün  əməliyyat  menecmentini,  müəssisənin 
fəaliyyət sistemini, məsuliyyətlərin səviyyəsini və məh-
dudlaşdırılmasını əhatə edir. 
Ekoloji  menecment  ekoloji  imic  yaratmaq  hesabı-
na,  nəinki  rəqabət  üstünlüklərini  təmin  edir,  eyni  za-
manda firmanın mikroiqliminə müsbət təsir göstərir: iş-
çilərin əməyə həvəsi artır, onlar işlərindən məmnun qa-
lırlar. Ekoloji imic əsasında firma hiss edilməyən kapital 
əldə edir ki, bu da dövlət hakimiyyəti rəhbərliyi ilə əmə-
li əlaqələrin yaradılmasını asanlaşdırır, həm də ekotəşki-
latların  etimadını  qazanır,  müştərilər  və  sakinlərin  mü-
qabilində  hörməti  artır.  Belə  müəssisə,  eyni  zamanda 
cəlbedici iş yerinə çevrilir. 
Ekomenecmentin müsbət tərəflərini qeyd etməklə, 
nəzərə  almaq  lazımdır  ki,  onun  nöqsanları  da  az  deyil-
dir. Ekoloji-iqtisadi  səmərə  yüksək investisiya və isteh-
salat xərcləri  ilə əlaqədardır. Prosesdə bazar  və innova-
siya riskləri yarana bilər. 
Ekoməhsullara  tələbatın  səviyyəsi,  axıra  qədər  iş-
lənməmişdir, təbiəti qoruyan texnologiyalar və s. istinad 
edilməsi tələbatdan geri qalır. Məhz ona görə də idarəet-
mədə həmin məsələlər diqqət mərkəzində olmalıdır. 
 
3. Ятраф мцщитин мцщафизяси сащясиндя информасийа 
вя информатика 
 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  informasi-
yaya  ətraf  mühitin  vəziyyəti,  onun  çirklənməsinə,  sağ-
lamlaşdırılmasına  və  mühafizəsinə  dair  tədbirlərin  ma-
liyyələşdirilməsi, təbii  ehtiyatların vəziyyəti,  bərpası  və 


333
 
 
istifadəsi, ətraf mühitə təsirlər, ətraf mühitin keyfiyyəti-
nin  normalaşdırılması,  təsərrüfat  və  başqa  fəaliyyətlərə 
ekoloji tələblər aiddir. 
Vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizə-
si  sahəsində  qəsdən  yanlış  informasiyanın  verilməsinə, 
informasiyanın  vaxtında  verilməməsinə,  hətta  gizlədil-
məsinə yol verilir. Bu isə yolverilməzdir. 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  müvafiq  icra 
hakimiyyəti orqanları tərəfindən statistik informasiyanın 
obyektivliyi və onun beynəlxalq statistika ilə müqayisə-
liliyi əsasında dövlət statistikası aparılır. 
Ətraf mühitin mühafizəsi sahəsində dövlət statisti-
ka  hesabatı  göstəricilərinin  minimal  tərkibi  və  dövlət 
statistikasının  aparılması  qaydaları  qanunvericiliklə  və 
digər normativ hüquqi aktlarla müəyyən edilir. 
Hazırda yaradılmaqda və təkmilləşdirilməkdə olan 
ekoloji informasiya sistemi aşağıdakı  müxtəlif səviy-
yəli məsələlərin həllinə imkan yaradır. 
1. Aşağı səviyyə (obyekt): 
-
 
təbii  mühit  komponentlərinə  faktiki  təsirin  yol 
verilən  təsirlə  və  fon  göstəriciləri  (ümumi  göstəricilər) 
ilə tutuşdurulması; 
-
 
cari hesablamaların aparılması (tullantıların səpə-
lənməsi, suların qarışdırılması və s. barədə), statistik he-
sabat formalarının hazırlanması. 
2. Orta səviyyə (müəssisə, təsərrüfat subyektləri): 
-
 
təbii  mühit  komponentlərinin  çirkləndirilməsinin 
yol  verilən  həddi  aşması  barədə  məlumatların  təhlili, 
müəssisənin  bütün  obyektlərinin  təsir  zonalarında  təbii 
mühit  komponentlərinin  deqradasiyasının  qiymətləndi-
rilməsi; 


334
 
 
-
 
təbii  mühit  komponentlərinin  çirkləndirilməsinə 
və təbiətdən istifadəyə görə ödəniş səviyyəsinin qiymət-
ləndirilməsi; 
-
 
ekoloji şəraitin yaxşılaşdırılması üçün təsir səviy-
yəsinin  azaldılması  üzrə  işlərin  zəruriliyinin  və  istiqa-
mətləndirilməsinin müəyyən edilməsi
-
 
ətraf mühitin mühafizəsi və təbiətdən istifadə təd-
birlərinin planlaşdırılması; 
-
 
hesabat sənədləri, ödənişlərin hesablanması. 
3.  Yüksək  səviyyə  (elmin,  yeni  texnikanın  və 
ekologiyanın  idarə  olunması,  neft-qaz  sənayesi,  eko-
loji-analitik mərkəzi): 
-
 
informasiyanın  toplanması,  işlənməsi,  saxlanıl-
ması; 
-
 
ekoloji vəziyyətin inkişaf dinamikası və meylləri-
nin aşkar edilməsi, vəziyyətin bu və  ya digər dəyişikli-
yinin qarşılıqlı əlaqələrinin və mümkün səbəblərinin öy-
rənilməsi; 
-
 
ARDNŞ-nin  rəhbərliyinin  qərarların  qəbul  edil-
məsi üçün tələb olunan dürüst operativ ekoloji məlumat-
larla təmini; 
-
 
ətraf mühitdən səmərəli istifadə olunması, təbiəti 
mühafizə  tədbirlərinin  işlənib  hazırlanması  və  həyata 
keçirilməsi,  ekoloji  vəziyyətin  operativ  idarə  olunması 
(işlərin maliyyələşdirilməsi, kreditlərin verilməsi, texni-
ki dəstək) üzrə elmi baxımdan əsaslandırılmış qərarların 
qəbul edilməsi üçün təkliflərin hazırlanması. 
İlkin  informasiya  kimi,  istehsalın  ekoloji  monito-
rinqi nəticəsində, stasionar postlardan, səyyar ekoloji la-
boratoriyalardan,  distansion  (məsafəli)  və  aerokosmik 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə