320
kı yeni ekoloji strategiya hazırlamaqla dünyada meşə,
dəniz və yer səthində bioloji müxtəlifliyin saxlanılması
üçün maliyyə dəstəyi göstərir. Ətraf mühitin Beynəlxalq
Mühafizə İttifaqı, Dünya Bankı, Qlobal Ekoloji Fond
“Görünənləri qoruyun” təşəbbüsü ətraf mühit və ekolo-
giyanın qorunmasına istiqamətləndirilib. Ekosistemin
mühafizəsində 1,5 min təşkilat iştirak edir.
İqlim dəyişikliyi ilə əlaqədar tədbirlərə dair 30
ekoloji strateji sənəd 2010-cu ildə Dünya Bankının diq-
qət yetirdiyi rəsmi materialdır. İqlim dəyişikliyi ilə əla-
qədar, atmosferə tullantıların azaldılması, su hövzələri
və torpağın çirkləndirilməsi məsələlərinə diqqət artırılır.
Latın Amerikası və Karib körfəzində ətraf mühitin mü-
hafizəsi ilə bağlı tədbirlər 180 layihə üçün 2009 və
2010-cu illərdə 7,7 mld dollar məbləğində vəsait ayrıl-
mışdır. İqlim dəyişiklikləri problemləri ilə əlaqədar 45
ölkədə atmosferin mühafizəsi
üçün investisiya fondu ya-
radılmış və 2010-cu ildə Əməkdaşlığın inkişafı üçün
100 milyon dollar həcmində vəsait müəyyən edilmişdir.
Ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin
saxlanılması və ekologiyanın qorunması üçün Dünya
Bankının iştirakı ilə 20 ildə Ekologiyanın Qloballaşma
Fondu tərəfindən 700-dən çox layihənin dəstəklənməsi-
nə 4,5 milyard manat vəsait yönəldilmişdir.
321
XV FƏSİL.
ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN
İQTİSADİYYATINDA EKOLOJİ SIĞORTA
SİSTEMİ, MENECMENT, İNFORMASİYA VƏ
TƏHSİL, BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
1.
Ətraf mühitdən истифадянин игтисадиййатында сы-
ьортанын тяйини,
нювляри вя обйектляри;
2.
Ətraf mühitdən истифадянин игтисадиййатында
менеъмент;
3.
Ятраф мцщитин мцщафизяси сащясиндя информа-
сийа
вя информатика;
4.
Ятраф мцщитин мцщафизяси сащясиндя мядяний-
йят
вя тящсил;
5.
Ekoloji problemlərin həllində beynəlxalq əmək-
daşlıq.
1
. Ətraf mühitdən истифадянин игтисадиййатында
сыьортанын тяйини, нювляри вя обйектляри
Ekoloji fəlakətlərin sayı ildən-ilə artır və müva-
fiq olaraq iqtisadi ziyanın həcmi də artmaqdadır. Fə-
lakətlərin nəticələrinin ləğv edilməsi hiss ediləcək də-
rəcədə maliyyə vəsaiti tələb edir. Yüksək risk şəraitin-
də həmin ziyanın azaldılması üçün zəmanət lazımdır.
Bu zaman əsas rolu ekoloji sığorta oynamalıdır. Ekoloji
sığorta hüquqi şəxslərin, vətəndaşların gərgin ekoloji
vəziyyəti şəraitində yarıtmaz nəticələrin aradan qaldırıl-
masında əmlak mənafelərini qorumaq və seçmə tədbir-
lərin həyata keçirilməsini təmin etməlidir. Gözlənilməz
322
çirklənmə hallarının payı ümumi halların 30%-dən çoxu-
nu təşkil edir.
Ekoloji sığorta sığortalamanın elə bir xüsusi kate-
qoriyasıdır (növüdür) ki, sığorta edən təşkilat sığorta
olunan obyektə çirklənmə nəticəsində gözlənilmədən
dəyən ziyanın əvəzini qismən və tamamilə ödəyir.
Eko-
loji sığorta bütün tərəflərin maraqlarını özündə əks
etdirir. Onlar aşağıdakılardır:
-
sığorta edənlərin fəaliyyəti vasitəsilə bütün əhali-
nin maraqlarını təmsil edən
dövlətin fəaliyyəti;
-
üçüncü şəxs adlandırılan tərəflərin (fiziki və hüqu-
qi) maraqlarının gözlənilməz qəzadan zərər çəkmələri;
-
müəssisələrin özlərinin (sığorta olunanların) yəni,
təbiət istifadəçiləri, onların tərəfindən və günahları uc-
batından çirklənmə baş verməsi.
Bu prosesdə əhalinin və dövlətin maraqlarını sığor-
ta edən-sığorta təşkilatı lisenziya əsasında təmsil edir.
Ekoloji sığorta üçüncü tərəfin zərərini ödəmək
üçün məcburi sığorta olunan (çirkləndirən) tərəfin mara-
ğını ödəmək üçün könüllü həyata keçirilir.
Ekoloji sığortanın məqsədi qəza qəsdən olmayan
çirkləndirmənin kompensasiya edilməsinə zəmanət tə-
minatı verir və əlavə maliyyə mənbəyi kimi vəsaitin
toplanmasına şərait yaradır. Beləliklə, ödənişli ətraf mü-
hitdən istifadə sistemi ilə ekoloji sığorta arasında hansı-
sa qarşılıqlı əlaqə mövcud olur.
Ekoloji sığorta “Ətraf mühitin mühafizəsi haq-
qında” Azərbaycan Respublikasının müvafiq qanu-
nunda təsbit edilmişdir. 2002-ci ildə “Məcburi sığorta
haqqında qanun” qəbul edilmişdir. Rusiyada könüllü sı-