Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


 Ətraf mühitdən истифадянин игтисадиййатында



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə84/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   89

327
 
 
2. Ətraf mühitdən истифадянин игтисадиййатында 
менеъмент 
 
Son zamanlar təbiəti mühafizə problemlərinin həl-
lində  menecmentdən  istifadəyə  maraq  xeyli  artmışdır. 
Belə fəaliyyətin əməli olaraq həyata keçirilməsi müəssi-
sədə işin təşkilindən asılıdır. Firmanın fəaliyyətində, ət-
raf  mühitdən  səmərəli  istifadə  məsələsi  nəzərə  alınmış 
olsa, müəyyən şərtlər daxilində fayda vermiş olar. Eyni 
zamanda  tələb  olunur  ki,  ekoloji  menecment  prosesinin 
formalaşması ekoloji mədəniyyətlə ilk növbədə ekoloji-
iqtisadi təfəkkürlə müşayiət olunsun. 
Sahibkarların ekoloji fəaliyyəti onların inteqrasiya 
məqsədlərinə nail olmaq bacarığından və imkanlarından 
asılıdır.  Deyilənlər  içərisində  ekoloji  bilik  və  firmanın- 
təsərrüfatın  elmi  təşkili  əsas  yer  tutur.  Deyilənlərin  hə-
yata keçirilməsi firmanın uzunmüddətli inkişaf strategi-
yasını  hazırlamaq  əsasında  mümkündür.  Amma  burada 
da problemlər ortaya çıxır. Xərclər necə olacaq, ekoloji 
mənafelər  kollektiv  tərəfindən  necə  qəbul  ediləcək  və 
s.?  Əgər  müəssisə  ekoloji  istiqamətə  meyl  göstərmək 
istəmirsə,  onda  ekomenecmentin  tətbiqi  öz  mənasını 
itirmiş olacaqdır. 
Ekomenecmentin  növü  müəssisənin  bu  işə  mara-
ğından asılı olaraq müəyyən edilə bilər. Ekoloji məqsəd-
lər firma əməkdaşlarının müəyyən qrupunun şəxsi mara-
ğını ifadə  edə  bilər, burada  əsas  məqsəd  yaşıl imici tə-
min  etmək  olacaqdır.  Burada  eyni  zamanda  xərcləri 
azaltmaq,  risklərin  təsirini  zəiflətmək  və  s.  məsələlərin 
həlli də öz yerini tutmalıdır. Ətraf mühitin mühafizə sa-


328
 
 
həsində  fəal  siyasət  yeritməyin  daxili  stimulu  həm  iqti-
sadi, həm də qeyri-iqtisadi ola bilər. Məqsədlərdən asılı 
olaraq ekoloji menecment fəal və qeyri fəal, yəni müda-
fiə  mövqeli  növlərə  bölünür.  Aktiv  mövqe  hücum  xa-
rakterli  olmaqla  ekomenecmentin  fəaliyyəti  aydın  məq-
sədlə qurulur, müxtəlif funksiyaları əhatə edir və bazara 
istiqamətli olur. Eyni zamanda müəyyən dərəcədə yara-
dıcı  olur.  Əksinə,  qeyri-fəal  ekomenecment  ancaq  qa-
nunvericiliyin tələblərinə təmayüllü olur, təbiəti mühafi-
zə ilə məcburiyyət qarşısında məşğul olur. 
Ekoloji  menecmentin  bir  sıra  anlayışları  (təyi-
natları) vardır: 
-
 
konkret bazar şəraitində müəssisə və təşkilatın tə-
biəti mühafizə fəaliyyətinin  yaxşılaşdırılması məqsədilə  
idarəetmə sənətinə sahib olmaq sistemi
-
 
gəlir  almaq  və  ekoloji  təhlükəsiz  inkişafı  təmin 
etmək  məqsədilə    təbiəti  mühafizə  tədbirlərinin  təhlili, 
planlaşdırılması və onlara nəzarətin həyata keçirilməsi
-
 
idarəetmə  vasitələri  sistemi  -  bir  çox  adamların 
təbiəti  mühafizə  sahəsində  əlaqələndirilmiş  fəaliyyətlə-
rinin təşkili. 
Ekomenecment  menecment  sisteminin  tərkib  his-
səsidir və tamamilə müəyyən edilmiş obyektə (kadr, is-
tehsalat,  maliyyə)  yönəlmişdir.  Burada  məqsədli  ob-
yektlər müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə 
göstərdiyi səmərələrdir: ətraf mühitə dəyən ziyanın ləğ-
vi, enerji qorumaq və s. Ekoloji strategiya özü də rəqa-
bətli  üstünlüklərə  nail  olmağa  yönəldilmişdir,  bu  isə 
müəssisənin uzunmüddətli fəaliyyətini təmin edir. 
Bazar  iqtisadiyyatı  şəraitində  menecment  rəqabət 


329
 
 
üzərində  qurulur  və  rəqabətdə  uduşa  yönəldilmişdir. 
Odur  ki,  onun  baş  vəzifəsi  menecmentin  əsas  “qızıl” 
qaydalarına yiyələnməkdir: 
1)
 
həyata  keçiriləcək  vəzifələrin  imkanını,  növbə-
liyini, ardıcıllığını təyin etmək bacarığı; 
2)
 
firmanın  gələcəyini,  onların  həllindən  asılı  olan 
ən vacib “taleyüklü” məsələləri başqalarına tapşırmamaq;  
3)
 
tabeliyində  olanlara  və  özünə  qarşı  tələbkar  ol-
maq, məsuliyyətsizliyə yol verməmək
4)
 
gecikdirmə - ölümə bərabər olan hallarda tez və 
qətiyyətlə hərəkət etmək; 
5)
 
öz sahəsində yaxşı informasiyaya malik olmaq; 
6)
 
ikinci dərəcəli şeylərlə məşğul olmamaq;  
7)
 
mümkün olan və reallıq çərçivəsində hərəkət et-
mək; 
8)
 
qaçılmaz hallarda uduzmağı bacarmaq
9)
 
öz  idarəedici  hərəkətlərində  ədalətli,  ardıcıl  və 
möhkəm olmaq; 
10)
 
işdə məmnunluq tapmaq, elə idarəetmə fəaliy-
yəti  ilə  məşğul  olmaq  lazımdır  ki,  yalnız  razılıq  (məm-
nunluq) gətirsin. 
Menecmentin  ən  əsas  vəzifəsi  –  bu  qaydaları 
bilmək,  onları  başa  düşmək  və  tətbiq  etməyi  bacar-
maqdır. 
İstənilən qərarın qəbul edilməsinin əsasında infor-
masiya  durur:  monitorinq,  normativlər,  texnologiyalar 
haqqında məlumat, marketinq informasiyası və s. Sadə-
cə  olaraq  informasiya  yox,  zəruri  informasiya  lazımdır. 
İnformasiyanın bir baza kimi  xüsusiyyəti odur ki, o tez 
köhnəlir.  Eyni  zamanda  təcrübənin  (vərdişin)  qiyməti 


330
 
 
artır.  Ekomenecment  ani  olaraq  formalaşmır.  Müəyyən 
vaxt  lazımdır  ki,  şərait  yetişsin  və  innovasiyalar  üçün 
zəmin yaransın. 
Müasir  menecmentdə  4  vəzifə  ayrılır:  planlaş-
dırma, təşkiletmə, motivasiya və nəzarət. Ali menec-
mentin  əsas  vəzifəsi  ekoloji  məqsədləri  strateji  planlaş-
dırmaya daxil etməkdir. Planlaşdırmada zəruri investisi-
yalar əsaslandırılır, xüsusi marketinq strategiyası nəzər-
də  tutulur.  Planlaşdırmanın  əsas  elementi  biznes-plan-
dır. Biznes-planın strukturunda təbiəti mühafizə və ehti-
yata  -  sərvətə  qənaət  fəaliyyətində  aşağıdakı  bölmələr 
(məsələlər) nəzərdə tutulur: 
1.
 
ekoloji-iqtisadi sistemin imkanları; 
2.
 
ehtiyatların növləri (ilkin və təkrar), ekoloji po-
tensial, baza ekoloji məhdudiyyətlərin olması; 
3.
 
məhsul satışı bazarı (tullantılardan alınmış, xid-
mətlər məhsulu və s.); 
4.
 
məhsul və xidmət satışı bazarında təbiəti müha-
fizə  və  ehtiyata  qənaət  fəaliyyətinin  həyata  keçirilməsi 
üzrə rəqabət; 
5.
 
marketinq planı; 
6.
 
təbiəti  mühafizə  və  ehtiyata  qənaətetmə  fəaliy-
yət planı; 
7.
 
istehsalat  və  infrastruktur  obyektlərinin  koope-
rasiyası üzrə təşkilati plan (ekoloji-iqtisadi səmərəni ar-
tırmaq üçün); 
8.
 
təbiəti mühafizə və sərvətə qənaətetmə fəaliyyə-
tinin hüquqi təminatı; 
9.
 
subyekt və obyektlərin mümkün olan ekoloji fə-
lakətlərdən  sığorta  edilməsi  üçün  riskin  sosial-iqtisadi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə