Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə8/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

 
 
25 
 
Muğamşünaslıq UOT 781,7 Ruslan Tağıyev - “İsfahan” muğamı VI-XIV əsrlərdə  
Ruslan TAĞIYEV  
                                               AMK-nın dissertantı 
  Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7                  
E-mail: tagiye-ruslan1984@mail.ru 
 
VI-XIV ƏSRLƏRDƏ “İSFAHAN” MUĞAMI 
Xülasə:  Məqalə on iki klassik muğamlardan biri olan “İsfahan” muğamının 
yarandığı dövrdən və inkişaf yolundan bəhs edilir. “İsfahan” muğamının tarixi 
inkişaf mərhələləri VI-XIV əsrlərdə yaşamış bir sıra musiqişünas alimlərin elmi  
araşdırmalarında tədqiq olunmuşdur.     
Açar sözlər: Ü. Hacıbəyli, traktat, muğam, fəsil, risalə 
 
“İsfahan”  muğamının  tarixi  keçmişinin  qədim  kökləri  bizim  eranın  VI-VII 
əsrlərinə  kimi  gedib  çıxır.Bu  haqda  mənbələrə  istinadən  deyə  bilərik  ki,  bəstəkar, 
musiqiçi,  bərbət  musiqi  alətinin  mahir  ifaçısı  olmuş  Barbədin  yaradıcılığında  da  rast 
gəlinir. 
Barbəd  tarixi  dövrlərin  ustad  sənətkarlarından  biri  olmuş  və  onun  sənətinin 
əzəməti  haqqında  Nizami  Gəncəvi,  Əmir  Xosrov  Dəhləvi  və  Rudəki  kimi  dahi 
şəxsiyyətlər çox maraqlı bilgilər yazmışlar.Barbəd Sasanilər imperiyasının 24-cü böyük 
şahı  II  Xosrov  Pərvizin  sarayında  yüksək  ifaçılıq  məharəti  göstərərək  hər  kəsin  dərin 
məhəbbəti və hörmətini qazanıbmış.Yuxarıda adları çəkilən ədiblərin əsərlərinə əsasən 
onu deyə bilərik ki, Barbəd hərtərəfli istedada malik ifaçı imiş. O, 8 muğam parçasından 
başqa, 30 melodiyanın, 7 xosrovaninin və 300-dən yuxarı mahnının müəllifi və ifaçısı 
olmuşdur.  Barbədin  ifa  etdiyi  muğam  parçalarının  içərisində  “İsfahan”  muğamının  da 
adı qeyd edilmişdir. 
   
Barbədin setarı səsləndi birdən 
“İsfahan” pərdəsi başladı nəva, 
Oxudu eşq ilə bir gözəl hava... 
 
Nizami Gəncəvi (1, s.408) 
“İsfahan”  muğamı  ilə  bağlı  növbəti  tarixi  məlumata  X-XI  əsrlərdə  yaşamış  İran 
hökmdarı Keykavusun “Qabusnamə” əsərində də rast gəlinir.“Qabusnamə” 44 fəsildən 
ibarət  dəyərli  nəsihətnamə  əsəridir.Müəllif  traktatın  ayrı-ayrı  fəsillərini  müxtəlif 
sahələrə  həsr  etmiş  və  bu  sahələrdə  yaranan  problemlərin  həlli  yollarını  açıqlamağa 
çalışmışdır. 
Onu da qeyd edək ki, əsərin otuz altıncı fəsli muğamşünaslıq sahəsi üçün xüsusi 
önəm daşıyır.“Musiqişünaslıq qaydaları haqqında” adlı bu fəsildə müəllif o dövrdə ifa 
edilən  on  muğamın  adını  qeyd  etməklə  yanaşı,  ifaçılıq  üsullarına  dair  çox  maraqlı 
fikirlər  də  söyləmişdir.Keykavusun  yazmış  olduğu  muğam  adları  aşağıdakı  kimi 
göstərilmişdir.“Rast”,  “Badə”,  “İraq”,  “Üşşaq”,  “Zirəfkənd”,  “Busəlik”,  “İsfahan”, 
“Nəva”, “Bəstə”  və “Rah” (2, s.173).  
XIII  əsr  Azərbaycan  muğam  tarixinin  görkəmli  simalarından  biri  də  Səfiəddin 
Əbdülmömin  ibn  Yusif  ibn  Fahir  əl-Urməvi  olmuşdur.Onun  ən  məşhur  elmi  əsəri 


 
 
26 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
“Kitabül-Ədvar”  və  “Risaleyi-Şərəfiyə”  traktatlarıdır.Alimin  yazdığı  “Kitabül-Ədvar” 
risaləsi  15,  “Risaleyi-Şərəfiyə”  isə  5  fəsildən  ibarətdir.Urməvi  yaradıcılığının  parlaq 
sənət  nümunəsi  olan  “Kitabül-Ədvar”  risaləsinin  sözaçımı  “dövrlər  və  ya  dairələr 
haqında kitab” deməkdir (3, s.36-37). 
S.Urməvi bu risalənin hər bir fəslini musiqinin ayrı-ayrı sahələrinə həsr etmişdir. 
Belə ki, əsərin I fəsli səs və onun keyfiyyətinin müəyyənləşməsindən, II fəsli pərdələrin 
bölünmə  qaydalarından,  III  fəsli  intervallar  və  onların  nisbətlərindən,  IV  fəsli 
dissonanslığın  səbəblərindən,  V  fəsli  tetraxordlar  və  pentaxordların  nisbətlərindən,  VI 
fəsli dairələr haqqında, VII fəsli iki simli alətlərin çalınma qaydalarından, VIII fəsil ud, 
onun  səs  düzümü  və  muğamların  ifa  edilməsi  barədə,  IX  fəsli  məşhur  çox  geniş 
yayılmış muğamların adları haqqında, X fəsli muğamlarda səslərin paralelliyi haqqında, 
XI  fəsli  muğam  dairələrinin  transpozisiyası  barədə,  XII  fəsli  udun  qeyri-adi 
sazlaşmasından, XIII fəsli ritm məsələsi və onların dairələrindən, XIV fəsli muğamların 
emosional təsiri haqqında və XV fəsli musiqi təcrübəsi barədə bəhs edir (3, s.45).   
 Burada  bir  məqamı  xüsusi  ilə  vurğulamaq  istərdik  ki,  əsərin  IX  fəsli,  muğam  
sənətinin  inkişafı  üçün  olduqca  əhəmiyyətlidir.  Çünki  bu  fəsildə  S.Urməvi  çox  geniş 
yayılmış muğam və avazların adları, habelə onların dairələri haqqında da ətraflı  söhbət 
açmışdır.  “Üşşaq”,  “Nəva”,  “Busəlik”,  “Rast”,  “İraq”,  “İsfahan”,  “Zirəfkənd”,  
“Büzürk”,  “Zəngulə”,  “Rəhavi”,  “Hüseyni”  və  “Hicaz”  (3,  s.88).  Görkəmli  alim 
yuxarıda  adlarını  çəkdiyimiz  muğamların  zərif  yönəltmələr  yolu  ilə  melodiyaların  ifa 
edilməsinin mümkün olduğunu qeyd etmişdir. O, hər bir daurun 17 mövqedə olduğunu 
şərh  edərək  onları  təbəqə  adlandırmış  və  onların  yerdəyişməsi  nəticəsində  bir  sıra 
muğamların  yarandığını  açıq  şəkildə  izah  etmişdir.  Zemfira  Səfərovanın  “Azərbaycan 
musiqi elmi (XIII-XX əsrlər)” araşdırmasında Urməvinin dilindən belə yazılıb: “Çoxları 
elə hesab edir ki, Hicaz I təbəqədə 64-cü daurdur. Lakin bizim “Hicaz” adlandırdığımız 
daura (muğam) Ces notunu əlavə etsək “İraq” dauru olacaqdır” (3, s.88-89).Daha sonra 
alim avazlar haqqında da çox maraqlı fikirlər söyləmişdir: “Sən tonallıqları dərk etdikdə 
görürsən  ki,  bizim  adlarını  çəkdiyimiz  iki  avazat  “İsfahan”  daurundan  başqa  bir  şey 
deyil.  Burada  “Gərdaniyə”  17-ci  pərdədə,  “İsfahan”  və  “Gəvəşt”  isə  10-cu  pərdədə 
yerləşən elə “İsfahan”ın özüdür” (3, s. 89). Bu qayda ilə alim 12 muğamdan 6 avazın 
yarandığını bildirmişdir. 
S. Urməvi    
                                           Altı avaz 
1.Gəvəşt 
2.Gərdaniyə 
3.Səlmək 
4.Novruz 
5.Şahnaz 
6.Mayə 
XIV əsrin ərəb dünyasının məşhur musiqiçisi və alimlərindən biri də Səlahəddin 
əs-Səfadidir  (1296-1363).  Onun  yazıb-yaratdığı  “Musiqi  haqqında  risalə”  əsərində 
muğam  dünyası  üçün  çox  maraqlı  məlumatlar  öz  əksini  tapmışdır  (4,  s.32).Səfadi  bu 
əsərində  ilk  dəfə  olaraq  “muğam”  terminindən  istifadə  etmiş  və  on  iki  əsas  muğam, 
yeddi  avazat  və  dörd  şöbənin  adları  barədə  dəyərli  məlumatlar  vermişdir  (4, 
s.32).Burada  bir  məqamı  xüsusi  ilə  vurğulamaq  lazımdır  ki,  “Musiqi  haqqında  risalə” 
əsərində  alim  muğamlar  barədə  söhbət  açarkən  on  iki  əsas  muğamın  on  iki  bürclərlə, 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə