Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə4/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   2   3   4   5   6   7   8   9   ...   40

 
 
13 
 
Muğamşünaslıq  UOT:781,7 Sabir Ələkbərov - “Əmiri” şöbəsinin muğamlarda yeri və rolu  
“Bərdaşt”  funksiyasını  daşıyır  və  şahanə,  hökmlü,  əmrlərə  layiq  (Əmir  Teymur, 
Əmir əl Möminin), yəni irəlidə gedən, irəli aparan olduğunu bildirir. 
Ən birinci “Rəhab” muğamında “Əmiri”nin yaratdığı effektdən danışaq. Segah 
üstündə olun “Şikəsteyi-fars” pərdələrində gəzişən xanəndə və sazəndələr hökmlü ifa 
nümayiş  etdirib  şur  məqamında  olan  “Rəhab”  şöbəsinə  düşərkən  kəskin  təzad 
yaratmış olurlar. “Əmiri” və “Rəhab” cümlələrinin dəfələrlə ardıcıl səslənməsi təzad 
effektini  bir  neçə  dəfə  artırır,  xanəndə  və  sazəndələrin  ustad  sənətkar  olmalarına 
dəlalət edir. Keçən əsrin əvvəllərində səsini qrammofon valına yazdırmış Keçəçioğlu 
Məhəmmədin 3 dəqiqə çəkən “Rəhab”muğamının ifası buna bariz nümunə ola bilər. 
“Rəhab”ın  mahir  ifaçısı  olmuş  Şəkili  Ələsgər  “Əmiri”  ilə  “Rəhab”ın  tandemindən 
bacarıqla istifadə edərdi. 
Virtuoz tarzən, Azərbaycanın xalq artisti Hacı Məmmədov “Rəhab” muğamını 
ifa  edərkən  iki  dəfə  “Əmiri”  ifa  edib  və  hər  dəfə  “Rəhab”a  düşürdü.  Müasir 
ifaçılardan Azərbaycanın əməkdar artisti, tarzən Vamiq Məmmədəliyev öz ifalarında 
“Əmiri” və “Rəhab” tandemindən istifadə edir. Müasir ifaçılar “Əmiri”ni üç cümlə, 
“Rəhab”ı  isə  bir  cümlə  ifa  edirlər.  “Bərdaşt”  “Mayə”dən  üç  dəfə  çox  səslənir.  Bu, 
məntiqə  uyğun  olmasa  da  qəbahət  sayılmamalıdır.  Çünki  Seyid  Şuşinski  öz 
tələbələrinə  “Rəhab”ı  “Əmiri”nin  üstünlüyü  ilə  keçib.  O  cümlədən  Azərbaycanın 
xalq  artisti  Əlibaba  Məmmədovun  50-ci  illərin  əvvəllərində,  xalq  artisti  Əhməd 
Bakıxanovun xalq çalğı alətləri ansamblının müşayiəti ilə oxuduğu “Rəhab” muğamı 
ilə  qəlbləri  sevindirmiş  və  özünəməxsus  ifa  ilə  sevdirmişdir.  “Rəhab”  muğamını 
Azərbaycanın  xalq  artisti  Hacıbaba  Hüseynovda  özünəməxsus  üsullarla  oxuyardı. 
“Əmiri”ni o, “Nə xoş sədadır ki, olur musiqilə Nəva” sətri ilə başlayırdı. 
Nümunə: 1 
 
 
İfaçılar  tez-tez  “Rəhab”  muğamını  “Rəhab”  təsnifləri  ilə  oxuyurlar.  Bu 
təsniflərdə  “Əmiri”  və  “Rəhab”  bir-birini  bir  neçə  dəfə  tamamlayıb,  balansı  təmin 
edib muğama keçid alırlar. 
Yeri  gəlmişkən  ustad  xanəndə  Əlibaba  Məmmədov  dərs  vaxtı  gənc 
xanəndələrə “Əmiri”ni “dələ-dələ” ilə deyil, “hələ-dələ” ilə başlamağı tövsiyə edir. 
Nümunə: 2 
 
“Əmiri” və “Rəhab”ın şanslarının bərabərləşdirilməsi gənc ifaçıların boynuna 
düşür. 
“Əmiri”  “Şüştər”  muğamında  da  “Bərdaşt”  funksiyasını  daşıyır.  “Əmiri”dən 
“Şüştər”ə  düşmək  xüsusi  bacarıq  tələb  etdiyi  üçün  əksər  ifaçılar  “Şüştər”i 
“Bərdaşt”sız, bəzən də “Mövləvi” ilə başlayırlar. Gözəl ifaya heç bir söz ola bilməz. 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
14 
 
Amma  “Əmiri”  ilə  başlanan  “Şüştər”  xüsusi  effekt  yarada  bilir.  “Əmiri”  ilə 
“Şüştər”in  ayrı-ayrı  məqamlara  aid  olmağından  ehtiyat  etmək  doğru  deyil.  Ustad 
xanəndə Hacıbaba Hüseynov “Şüştər” muğamının “Bərdaşt”ını “Əmiri” ilə oxuyardı. 
Bir və ya iki cümlə “Əmiri” oxuduqdan sonra “Rəhab”a qayıtmaq üsulundan istifadə 
edib,  “mi”  pərdəsində  dayanıb  “Şüştər”ə  düşərdi.  Alınan  effekt  təkrarolunmaz 
olurdu. 
Nümunə: 3 
 
Müasir  dövrdə  “Şüştər”  muğamına  az  müraciət  olunur.  Zil  pərdələri  sərbəst 
oxuya bilən xanəndələr “Əmiri”nin “Şüştər”lə məqam və registr fərqindən məharətlə 
istifadə  edib  şedevr  yarada  bilərlər.  “Əmiri”  orta  registrdə  ifa  olunaraq  dinləyicidə 
arxayınçılıq  yaratdığı  halda  birdən  “mi”  pərdəsində  dayanıb,  modulyasiya  ilə 
“Şüştər”ə düşmək dinləyicini çox heyrətləndirir. 
Müasir  xanəndələr  arasında  “Şüştər”in  mahir  ifaçısı,  əməkdar  müəllim 
Qəzənfər Abbasov “Əmiri”nin yeri və rolunu xüsusi qeyd edir. O, deyir ki, “Əmiri” 
xanəndə üçün “Şüştər”ə hazırlıq və “Şüştər”in qeyri-adi effekt yaratması üçün xüsusi 
üsuldur.  “Mövləvi”  isə  “Şüştər”lə  eyni  məqamda  olduğu  üçün  o  effekti  vermir, 
xanəndəni isə yorur. 
“Əmiri”dən “Şur” muğamında da istifadə olunur. “Şur”un “Bərdaşt”ı “Əmiri” 
ilə  başlananda  “Şuri-Nəva”  adlı  qeyri-adi  ifa  alınır.  “Şur”da  aparıcı  pərdə  “lya 
bemol”  olduğu  halda  “Əmiri”də  “lya  bekar”  məqam  fərqini  nəzərə  çarpdırır  və 
ifaçının ustalığına dəlalət edir. Şairin dediyi kimi: 
                          Sakit ol bir an əzizim, başlayır “Şuri-Nəva”, 
Çünki “Şur”un hər sözü, hər bir “Nəvas”ı yaxşıdır.  
(Hacıbaba Hüseynov) 


 
 
15 
 
Muğamşünaslıq  UOT:781,7 Sabir Ələkbərov - “Əmiri” şöbəsinin muğamlarda yeri və rolu  
 
Müəllimim, xalq artisti Hacı Məmmədov “Şur”un “Bərdaşt”ını “Şuri-Nəva” ilə 
ifa edərdi. 
Nümunə: 4 
Şuri-Nəva 
 
Azərbaycanın  əməkdar  artisti,  təkrarolunmaz  tarzən  Əhsən  Dadaşov  “Şur” 
muğamının  “Bərdaşt”ını  çox  vaxt  müxtəlif  variantlarda  “Şuri-Nəva”  ilə  ifa  edərdi. 
Vaxtilə,  “Bərdaşt”ı  “Əmiri”  olan  “Nəva”  muğamı  Azərbaycan  muğamları  arasında 
mürəkkəb  quruluşa  malik  olub,  ustadların  ifasında  səslənərdi.  Keçən  əsrin  20-ci 
illərində muğam proqramı tərtib olunarkən “Nəva” tədrisdən kənarda qalır və az qalır 
ki,  unudulsun.  Muğam  dünyasının  yükünü  çiyinlərində  aparan  tarzən,  xalq  artisti 
Əhməd  Bakıxanov  “Nəva”  muğamını  valayazdırır.  Oğlu  Tofiq  Bakıxanov  isə  bu 
ifanı nota salır. Xalq artisti Bəhram Mansurov da “Nəva” muğamını özünəməxsus ifa 
ilə  radioda  yazdırır.  Müasir  ifaçılardan  əməkdar  artist  Vamiq  Məmmədəliyev, 
əməkdar  artist  Valeh  Rəhimov,  əməkdar  artist  Mirnazim  Əsədullayev,  əməkdar 
müəllim  Rafiq  Musazadə,  əməkdar  artist  Toğrul  Əsədullayev  “Nəva”  muğamını 
radio  və  televiziyada  ifa  etməklə  unudulmağa  qoymayıblar.  Hal-hazırda  “Nəva” 
muğamı  Azərbaycan  Milli  Konservatoriyasının  magistr  mərhələsində  tədris  olunur. 
Deməli,  gənc  ifaçıların  bu  muğamı  öyrənib  inkişaf  etdirmək  üçün  zəmin  var. 
“Nəva”nın  ifasında  müxtəlif  şöbə  və  guşələrin  səslənməsi,  müxtəlif  variantların 
mövcudluğu təqdirəlayiq haldır. Azərbaycanın əməkdar artisti Fərqanə Qasımovanın 
2015-ci  ildə  ifa  etdiyi  “Nəva”  dəstgahı  başqa-başqa  şöbə  və  guşələrdən  təşkil 
olunmasına baxmayaraq “Bərdaşt” yenə də “Əmiri” ilə oxunmuşdu. 
“Əmiri”  bəzən  “Zabul-segah”  muğamında  da  “Bərdaşt”  kimi  işlənir.  Xalq 
artisti  Hacıbaba  Hüseynov  “Əmiri”ni  oxuyub  “Rəhab”a  qayıdan  yerdə  “mi” 
pərdəsindən bir tramplin kimi istifadə edərək “Zabul”a düşərdi. O, bunu “Zil Zabul”u 
dəfələrlə  təkrar  etməmək  üçün  edirdi.  Müasir  ifaçılardan  Azərbaycanın  xalq  artisti 
Zabit Nəbizadə də “Əmiri”nin bu xüsusiyyətindən məharətlə istifadə edib unikal ifa 
nümayiş etdirmişdir. 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə