4
“
Konservatoriya” jurnalı 2017№ 2 (36)
Əhsən ƏHMƏDOV
AMK-nın baş müəllimi
Email: ehsen.ehmedov@gmail.com
ARİF BABAYEVİN TƏSNİF YARADICILIĞI
Xülasə: Arif Babayevin yaratdığı mahnı və təsniflər 30-a yaxındır. Onların
çoxu Segah təsnifləridir. Göstərilən təsniflərin məzmunu ehtiras, hicran və
şikayət lirikası motivlərini özlərində əks etdirir.
Açar sözlər: Arif Babayev, təsnif, ifa, mahnı, muğam
Görkəmli xanəndə Arif Babayev həm də 30-a yaxın mahnı və təsnifin
müəllifi kimi tanınır. Bu nümunələr əməkdar müəllim, professor Malik Quliyev
tərəfindən nota salınaraq 2012-ci ildə məcmuə şəklində nəşr olunmuşdur (1).
Məcmuədəki təsniflərin təhlili onu göstərir ki, xanəndənin çox sevdiyi “Segah”
muğamı onun yaradıcılığında Segah təsniflərinin üstünlük təşkil etməsini
şərtləndirmişdir. Bunlardan “Ay mənim məhəbbətim”, “Gəl, gəl maralım gəl”,
“Gəncədən fayton gəlir”, “Gəl məni aldatma gözəl, bəxtəvər”, “Qara telin incə belə”
sözləri ilə tanınan təsniflər xanəndələrin repertuarına “Segah” təsnifləri kimi daxil
olmuşdur. Lakin bununla yanaşı, digər muğamlara əsaslanan təsniflər də məcmuədə
yer almışdır.
Məzmununa gəldikdə isə onu deməliyik ki, göstərilən təsniflər özlərinin
melodik çalarlığı baxımından ehtiras, hicran və şikayət lirikası motivlərini əks etdirir.
Təsniflərin sözlərindəki sadəlik, səmimilik, musiqinin lirikliyi dinləyicini
düşünməyə, sevməyə səsləyir, insanın mənəvi dünyasını zənginləşdirir. Son
dövrlərdə daha çox məşhurlaşan “Samovarın xəkəsi” təsnifinin sözlərinə diqqət ye-
tirsək bunun şahidi olarıq:
Samovarın xəkəsi,
Yoxdur yarın vəfası.
Yara bir köynək aldım,
Güləbatın yaxası.
***
Gülən gülün eylərəm,
Gülü xəndan eylərəm.
Öz yarımı versinlər,
Özgəsini neylərəm.
Lirik xalq mahnıları ruhunda olan bu nümunə öz musiqi quruluşuna görə
poetik mətnlə sıx bağlıdır. Mahnının hər melodik bəndi üç cümlədən ibarətdir.
Birinci musiqi cümləsi üç ibarədən təşkil olunur. Əsas musiqi ibarəsinin (2 xanə)
oxunmasından sonra nəqəratvari sözlərlə oxunan musiqi ibarəsi (1 xanə) ona cavab
intonasiyası ilə səslənir. Üçüncü ibarə (2 xanə) musiqi cümləsini yekunlaşdıran
kadensiya əhəmiyyətinə malikdir.
6
“
Konservatoriya” jurnalı 2017№ 2 (36)
Bundan sonra əsas musiqi cümləsinin ikinci və üçüncü ibarələri təkrarlanaraq
melodiyanı yekunlaşdırır. Melodik quruluşda iki eyni cümlədən sonra üçüncü
cümlənin fərqli başlanğıcla oxunması nəqərat xarakterli səslənmə əmələ gətirir.
Göründüyü kimi, mahnının melodiyası şur məqamına əsaslanmaqla, “Dilkeş”
muğamının intonasiya xüsusiyyətlərini özündə əks etdirir.
“Gəl, gəl maralım” sözlü “Segah” təsnifində istifadə olan bayatılara diqqət
yetirsək, aşiqin tanrıya yalvarmasının, sevgilisini arzulamasını dilə gətirməsinin
şahidi oluruq.
Tanrı
məni quş eylə,
Yaradıb gümüş eylə,
Mən
bu yoldan keçəndə
Yarı mənə tuş eylə.
***
Gəlirdim süzə-süzə,
Qızılgül üzə-üzə
Yar mənə qaş-göz atdı,
Tellərin düzə-düzə.
Bu təsnifin melodiyası re diyez mayəli segah məqamının istinad pillələrinə
əsaslanaraq qurulur. Melodiya üç musiqi cümləsindən ibarətdir. Birinci cümlə zildən
başlayaraq, enən hərəkətlə fa diyez səsində – segah məqamının VI pilləsində dayanır
ki, bu cür hərəkət xətti “Manəndi-müxalif” şöbəsi üçün səciyyəvidir.
İkinci cümlədə məqamın pilləlləri üzərində enən hərəkət xətti davam
etdirilərək mayədə tamamlanır.
7
Muğamşünaslıq UOT: 781,7 Əhsən Əhmədov - Arif Babayevin təsnif yaradıcılığı
Lakin melodik fikrin yekunlaşması və tam kadensiya üçüncü cümlədə verilir.
Bu cümlə ikincinin variantlı təkrarına əsaslanaraq, məqamın əsas istinad pillələri
ətrafında gəzişməni əks etdirir.
Təsnifin quruluşunda kuplet formasına uyğun cəhətlər özünü göstərir. Belə ki,
birinci cümlə zildə səslənməsinə və çağırış intonasiyalı melodik quruluşuna görə
bəndi təmsil edir, ikinci və onun variantı olan, eyni sözlərin təkrarlanmasına
əsaslanan üçüncü cümlələr isə nəqərat xarakterlidir.
Rasim Kərimlinin sözlərinə bəslənmiş Segah təsnifi də dinləyicilərin sevimli
mahnılarından birinə çevrilmişdir. Mahnının poetik mətni lirik məhəbbət etiraflarına
əsaslanır:
Ürəyimin közüsən,
Söhbətisən, sözüsən.
Sən könlümün özüsən
Dözə bilmirəm sənsiz.
***
Ay,
mənim məhəbbətim,
Ay, mənim ülviyyətim, gəl!
Təbim, təravətim gəl gülüm…
Eşqim, məhəbbətim gəl!
Mahnı üç hissəli formada qurulmuşdur, kənar hissələr təkrarlanır, orta
bölmədə kulminasiya özünü göstərir. Mətnin hər bəndi bir bölmənin əsasını təşkil
edir. Hər bölmə özlüyündə bir melodik perioddan ibarətdir.
Mahnının melodiyası do diyez mayəli segah məqamına əsaslanır. Birinci
hissə təkrar quruluşlu iki cümlədən ibarətdir. Musiqi cümləsi iki xanəlik ibarələrdən
əmələ gəlir. Başlanğıc ibarə segahın VI pilləsindən (mi səsi) başlayıb, dalğavari
gəzişən hərəkətlə həmin pillədə bitir və yarım kadans yaranır. Növbəti ibarə bir pillə
aşağı sekvensiya şəklində başlanır və həmin pillələyə istinad edərək, enən hərəkətlə
mayədə tam kadansla bitir.