Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  49 
-
 
Qiyabi  təhsildə  DT  texnologiyalarının  səmərəli  tətbiqi  üçün  müəllim  və  tələbə 
arasında  intensiv, operativ əks əlaqə olmalıdır. Bu  məqsədlə elektron poçtun  imkanlarından 
istifadə etmək olar. Əvvəlcədən tələbələrə hər bir kursu tədris edən müəllimin elektron ünvanı 
verilir.  Tələbələr  kursun  müstəqil  öyrənilməsi  zamanı  qarşıya  çıxan  suallara  cavab  almaq 
məqsədi ilə bu sualları müəllimlərinin elektron ünvanına göndərirlər. Müəyyən vaxtdan sonra 
(3-5  gün)  göndərilmiş  sualların  cavablarını  öz  elektron  poçtlarından  oxuya  bilərlər.  Belə 
ünsiyyət hesabına qiyabiçi tələbə müəllimlə sistematik əlaqə qura bilər,  bu müəyyən mənada 
təlimin  fərdiləşdirir.  Qiyabi  təhsil  alan  tələbələr  də  əlavə  tədris  materialı  kimi  elektron 
kitabxanalardan,  İnternetin  açıq  resurslarından,  müxtəlif  təhsil  portalları  və  saytlarından 
faydalana  bilərlər.  Bu  məqsədlə  müəllim  əvvəlcədən  mövzu,  modul  və  kurs  üzrə  zəruri 
informasiya  resurslarının  ünvanını  dəqiqləşdirməli,onları  tələbələrə  müəyyən  vasitə  ilə 
çatdırmalıdır. 
3.  İlkin  müəllim  hazırlığınin  DT  forması.  İlkin  müəllim  hazırlığı  DT  forması  (keys 
texnologiyası  əsasında)  əyani  və  qiyabi  təhsildə  DT texnologiyalarından  istifadəyə  nisbətən 
daha çətindir. Çünki  bu  halda əvvəlkindən  fərqli  olaraq , tədris planında olan  bütün kurslar 
üçün ( (keys texnologiyasının tələblərinə uyğun olaraq) tədris-praktik materiallar (mühazirə, 
seminar,  laboratoriya  işi,  pedaqoji  təcrübə  və  s.)  hazırlanmalıdır,  başqa  sözlə  bu  variantda 
təhsil  tam  distant  formada  təşkil  edilir.Müəllimlə  tələbənin  əyani  ünsiyyəti  yalnız  imtahan 
ərəfəsində baş tutur. Təbii ki, bu qədər material külliyatının hazırlanması (hətta çap materialı 
formasında olsa belə) xeyli vaxt və resurs tələb edir. Çünkü bu materiallar ənənəvi dərslik və 
dərs  vəsaitlərindəki  materiallardan  formaca,  strukturca,  məzmunca  da  fərqlənir.  DT 
formasında  tədrisi  təşkil  etmək  üçün  tədris  prosesi  ilə  əlaqədar  bütün  hüquqi-normativ 
sənədlər,  əsasnamələr  yenidən  işlənilməlidir.  İmkan  daxilində  ayrı-ayrı  kurslar  və  modullar 
üzrə  elektron  dərsliklər,  tədris  audio-video  materialları,  elektron  kitabxana  (İnternetdə 
azərbaycan  dilində  tədris  metodik  resurslar)  yaradılmalı,  tədris  prosesinə  cəlb  edilən  bütün 
müəllimlər kateqoryalara bölünərək (tədris materialı tərtib edən müəllimlər və tədris prosesini 
idarə  edən  tütor-müəllimlər)  xüsusi  hazırlıq  kursu  keçməli,  ilkin  təcrübə  toplamalıdırlar. 
Bütün  bunlar  üçün  maliyyə,  vaxt,kadr  resursları  lazımdır.  İlk  mərhələdə  bu  işlər 
tamamlandıqdan  sonra,  bu  baza  əsasında  (müəllim  hazırlığı  məqsədi  ilə)  DT-nin  digər 
texnologiyaları da tədricən hazırlanıb tətbiq edilə bilər. 
Digər  tərəfdən  tədris  hissəsi  və  kafedraların  köməyi  ilə,  qabaqcıl  müəllimlərin  ayrı-
ayrı kurslar üzrə icmal mühazirələri, seriya şəklində video kassetlərə yazılmalıdır. Analoji iş 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
50 
eyni  zamanda  audio  kassetlərdə  də  hazırlanmalıdır.  Daha  sonra  bütün  bu  materiallar  xüsusi 
keys formasında tələbələrə təqdim edilməlidir. 
Hazırlanmış tədris- praktik materialların bir qismi (mühazirə materialları və yoxlayıcı 
testlər  v.s.)  elektron  variantda  hazırlanmalı,İnternetdə  yerləşdirilməlidir.  Bu  məqsədlə 
müəllim hazırlayan pedaqoji tədris müəssisələrinin hər birinin İnternetdə xüsusi saytı açılmalı 
və bu saytın müəyyən hissəsi DT-yə həsr edilməlidir ( burada tədris metodik materiallar, DT 
haqqında ümumi  məlumat, normativ sənədlər v.s.  informasiya  yerləşə  bilər). Daha sonra  bu 
saytların ümumi  bir portalda  birləşdirilməsi  məqsədəuyğundur. Bu portalda  xüsusi pedaqoji 
elektron  kitabxananın  da  olması  zəruridir.  Tələbələrin  pedaqoji  təcrübəsini  səmərəli  təşkil 
etmək üçün portalda qabaqcıl müəllimlərin iş təcrübəsini əks etdirən virtual metodik kabinet 
də  yaradıla  bilər.  Bütün  bu  prosesləri  (İnternet  vasitəsi  ilə  tədris  materiallarının  tələbələrə 
göndərilməsi,  tələbələrin  biliklərinin  test  vasitəsi  ilə  qiymətləndirilməsi,  nəticələrin  statistik 
işlənilməsi,  bu  nəticələrdən  ibarət  verilənlər  bankının  yaradılması)  və  digər  zəruri 
informasiyaları  emal  etmək  məqsədi  ilə  xüsusi  proqram  külliyatının  yaradılması,  sınaqdan 
çıxarılması  və  universitetlərin  serverlərində  yerləşdirilməsi  mühüm  məsələlərdəndir.İlkin 
olaraq  bu  tədbirlərin  hazırlanması,  həyata  keçirilməsi  müəllim  hazırlığını  DT  formasında 
(keys texnologiyası əsasında) həyata keçirməyə imkan verə bilər. 
Müəllimlərin  yenidənhazırlanması  və  ixtisasartırlmasında  DT  keys  texnologiyası. 
Ümumiyyətlə  yenidənhazırlanma  və  ixtisasartırma  kursları  şəraitində  DT  texnologiyalarının 
tətbiqi yaxşı səmərə verə bilər. Çünki, bu kateqoriya öyrəncilərin dünyagörüşü, həyat və peşə 
təcrübəsi, müstəqil işləmək vərdişləri, peşə seçimində qətiyyət və məsuliyyəti, ilkin müəllim 
hazırlığına cəlb edilmiş tələbə kateqoriyasına nisbətən daha yüksəkdir. Yenidənhazırlanma və 
ixtisasartırma  kursları  şəraitində  DT  texnologiyalarının  tətbiqi  bu  sistemdə  oxuyan 
müdavimlər üçün çox əlverışlidir,onlar ailələrindən,  yaşadığı  bölgədən, əmək  fəaliyyətindən 
ayrılmadan,  əlavə  xərclər  çəkmədən,  rahat  şəkildə  öz  həyat  ahəngini  pozmadan  keyfiyyətli 
təhsil ala bilərlər. 
Müəllimlərin  yenidən  hazirlanmasını  tam  distant  formada  həyata  keçirmək 
mümkündür.  Bu  iş  bir  cox  cəhətdən  ilkin  müəllim  hazırlığında  tətbiq  edilən  DT  formasına 
uyğun  həyata  keçirilə  bilər.  Təşkilati  baxımdan  uyğunluq  çox  olsa  da,  məzmun  baxımdan 
müəyyən  fərqlər  özünü  göstərə  bilər.  Belə  ki,  öyrənilən  materialların  məzmununda, 
strukturunda  müəyyən  fərqlər  özünü  göstərə  bilər.  Digər  tərəfdən  burda  müdavim  şüurlu 
şəkildə,  öz  professional  ehtiyaclarına  uyğun  olaraq,  fərdi  tədris  planı  (fərdi  təhsil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə