Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   21   22   23   24   25   26   27   28   29

73 

 

qiymətli  kağızlar  bazarı  tənzimləyiciləri  ilə  əlaqələr  genişləndirilmişdir.  Bu 



çərçivədə,  Türkiyə  Kapital  Bazarları  Surası,  Polşa  Maliyyə  Nəzarəti  və  Yunanıstan 

Kapital  Bazarları  Komissiyaları  ilə  sıx  əməkdaşlıq  edilmiş,  qiymətli  kağızlar 

bazarının  tənzimlənməsi  səlahiyyətlərinin  yerinə  yetirilməsinə  qarşılıqlı  dəstəyin 

göstərilməsi  məqsədilə  2011-ci  ilin 11  mart tarixində Qiymətli  Kağızlar  üzrə Dövlət 

Komitəsi  ilə  Gürcüstan  Milli  Bankı  arasında  qiymətli  kağızlar  bazarları  sahəsində 

əməkdaşlıq  və  informasiya  mübadiləsi  haqqında  Anlaşma  Memorandumu 

imzalanmışdır. Bununla da, Qiymətli  Kağızlar  üzrə Dövlət  Komitəsi  xarici  ölkələrin 

qiymətli kağızlar bazarı tənzimləyiciləri ilə müqavilə hüquq bazası genişlənərək sayı 

4-ə (Qazaxıstan, Ukrayna, Belarus və Türkiyə Respublikası) çatmışdır. 

Son  illər  qiymətli  kağızlar  bazarına  dair  məlumatlılığın  artırılması  məqsədilə 

müxtəlif hədəf qrupları üçün məlumatlandırma və maarifləndirmə tədbirləri davam 

etdirilmişdir.  Bu  məqsədlə  Qiymətli  kağızlar  bazarına  dair  rüblük  hesabatlar, 

həmçinin  lisenziyası  olan  peşəkar  istirakçıların  sayı,  dövlət  qeydiyyatından  keçmiş 

korporativ  və  dövlət  qiymətli  kağızlarının  buraxılışları  haqqında  ümumilikdə  264 

məlumat  mütəmadi  olaraq  internet  səhifələrin  və  KİV-lərdə  yerləşdirilməklə 

ictimaiyyətə  açıqlanmışdır.  Bütövlükdə,  son  on  illik  ərzində  qiymətli  kağızlar 

bazarının  institusional  inkişafının  təmin  edilməsi,  qiymətli  kağızlar  bazarının  ticarət 

və  əməliyyat  infrastrukturunun  təkmilləşdirilməsi,  tənzimlənmə  mexanizmlərinin 

qabaqcıl  beynəlxalq  təcrübəyə  uyğunlaşdırılması  və  bazar  alətlərinin  spektrinin 

genişləndirilməsi  sahələrində  mühüm  nəticələr  əldə  edilmişdir.  Bu  isə  bütövlükdə 

növbəti  on  il  ərzində  “2011-2020-ci  illər  də  Azərbaycan  Respublikasında  qiymətli 

kağızlar  bazarının  inkişafı”  Dövlət  Proqramında  əks  etdirilmiş  hədəflərin 

realizasiyası üçün əlverişli zəmin formalaşdırmaqdadır. 

Prezident  İlham  Əliyev  neft  hasilatının  və  ixracının  kəskin  artması  ilə 

iqtisadiyyatda bu sektorun payının artacağını əvvəlcədən hesablayaraq qeyri-neft 

sektorunun  inkişafına  yönəlmiş  çoxşaxəli  islahatlar  həyata  keçirərək,  preventiv 

tədbirlər  tətbiq  etməyə  başladı.  Regionların  inkişafına  dair  2004-2008-ci  illəri  əhatə 

edən  birinci  Dövlət  Proqramı  bu  istiqamətdə  atılmış  mühüm  addımlardan  biri  oldu. 




74 

 

Daha  sonra  regionların  inkişafına  dair  2009-2013-cu  illəri  əhatə  edən  ikinci  Dövlət 



Proqramı  qəbul  edildi  və  uğurla  həyata  keçirildi.  Qeyri-neft  sənayesinin,  kənd 

təsərrüfatının,  informasiya  və  kommunikasiya  sektorunun,  turizmin  sürətli  inkişafı 

sayəsində  ölkəyə  böyük  neft  gəlirlərinin  daxil  olmasından  etibarən  cəmi  bir  neçə  il 

ərzində  “Holland  sindromu”  barədə  yazılan  məqalələr  gündəmdən  çıxdı. 

Azərbaycanda  Prezident  İlham  Əliyevin  qeyri-neft  sektorunun  inkişafına  yönəlmiş 

islahatlarının  nəticələrindən  biri  olaraq  bu  sektorda  rəqabətədavamlı  məhsulların 

istehsalı  və  ixracı  imkanları  da  genişləndi.  Prezident  İlham  Əliyevin  çoxşaxəli 

iqtisadiyyat  qurmaq  üçün  həyata  keçirdiyi  islahatların  nəticəsi  olaraq  Azərbaycanda 

iqtisadiyyatın 10 il əvvələ qədər faktiki olaraq mövcud olmayan yeni iqtisadi sektor - 

informasiya-kommunikasiya  texnologiyaları  sahəsi  təşəkkül  tapdı  və  sürətlə  inkişaf 

etdi.  Prezident  informasiya-kommunikasiya  texnologiyalarının  Azərbaycanda  ən 

sürətlə  inkişaf  edən  iqtisadiyyat  sahələrinə  çevrilməsini  əsas  prioritetlərdən  biri  elan 

etdi.  Nəticədə  2003-2013-cü  illər  ərzində  İKT  sektorunda  sürətli  inkişaf  baş  verdi, 

Azərbaycan  öz  telekommunikasiya  peykinə  malik  olan  və  kosmik  sənaye  quran 

ölkələr  sırasına  daxil  oldu.  İKT  sektorunun  sürətli  inkişafı  iqtisadiyyatın 

şaxələndirilməsində mühüm rol oynadı. Konsepsiyanın əhatə etdiyi dövrdə görüləcək 

tədbirlər  Azərbaycanda  maliyyə  xidmətləri  bazarının  əsas  seqmentlərinin  (bank 

sektoru,  qeyri-bank  kredit  təşkilatları,  sığorta  bazarı,  lizinq  bazarı,  qiymətli  kağızlar 

bazarı  və  faktorinq  bazarı)  tarazlı  inkişafını  təmin  edəcəkdir.  Bank  nəzarəti  alətləri 

təkmilləşdiriləcək,  bank  sisteminin  sabit  və  təhlükəsiz  inkişafının  təmin  olunması 

üçün  müvafiq  tədbirlər  həyata  keçiriləcəkdir.  Bank  sektorunda  konsolidasiya 

tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-

maliyyə  xidmətlərinin  keyfiyyətinin  yüksəldilməsi,  o  cümlədən  elektron  ödəniş 

sistemləri 

infrastrukturunun 

təkmilləşdirilməsi 

və 

onun 


əhatə 

dairəsinin 

genişləndirilməsi  diqqət  mərkəzində  saxlanılacaqdır.  Bank  sisteminin  kapitallaşması 

davam  etdiriləcək,  regionlar  üzrə  bank  şəbəkəsinin  genişlənməsi  təşviq  olunacaq, 

tikinti-əmanət  banklarının  yaradılması  dəstəklənəcək,  ipoteka  kreditləşdirilməsi 

mexanizmi  təkmilləşdiriləcəkdir.  Elektron  ödəniş,  poçt-əmanət  sistemləri  inkişaf 




75 

 

etdiriləcək, 



bank 

xidmətləri 

istehlakçılarının 

hüquqlarının 

müdafiəsi 

gücləndiriləcəkdir.  Sığorta  şirkətlərinin  kapitallaşma  səviyyəsinin  və  sığorta 

məhsullarının  çeşidinin  artırılması,  təkrar  sığortanın,  həmçinin  həyat  sığortasının  və 

tibbi  sığortanın  tətbiqinin  genişləndirilməsi  ölkədə  sığorta  bazarının  inkişafına  yol 

açacaqdır. Kənd təsərrüfatı istehsalının sığortalanmasını stimullaşdırmaq  məqsədi ilə 

müvafiq  qanunvericiliyin  təkmilləşdirilməsi  planlaşdırılır.  Lizinq  xidmətlərinin 

göstərilməsi üçün qanunvericilik bazasının və institusional mühitin inkişaf etdirilməsi 

lizinq  təşkilatlarının  inkişafına  və  onların  bazara  daha  asan  daxil  olmasına  imkan 

yaradacaqdır  ki,  bu  da  lizinq  təşkilatlarının  infrastruktur  və  investisiya  layihələrinin 

icrasında,  kənd  təsərrüfatının  texnika  ilə  təminatının  yaxşılaşdırılmasında  mühüm 

maliyyə  mənbəyi  kimi  lizinqin  payını  artıracaqdır.  Müasir,  beynəlxalq  standartlara 

uyğun,  iqtisadiyyata  geniş  kapitalizasiya  imkanları  təqdim  edən  və  risklərin  etibarlı 

idarə  edilməsini  təmin  edən,  yüksək  səmərə  ilə  fəaliyyət  göstərən  qiymətli  kağızlar 

bazarının  formalaşdırılması  istiqamətində  mühüm  addımlar  atılacaq,  qiymətli 

kağızlar  üzrə  qeyri-mütəşəkkil  bazarın  məhdudlaşdırılması,  bazarın  investorlar  üçün 

cəlbediciliyinin  artırılması  məqsədi  ilə  sistemli  tədbirlər  həyata  keçiriləcək,  bazarın 

peşəkar  iştirakçılarının  fəaliyyətini  və  onlara  nəzarət  mexanizmlərini  tənzimləyən 

qanunvericilik  təkmilləşdiriləcəkdir.  Qiymətli  kağızlar  bazarının  institusional  inkişaf 

səviyyəsinin  yüksəldilməsi  və  onun  beynəlxalq  standartlara  uyğunluğunun  təmin 

edilməsi,  ölkə  iqtisadiyyatında  kapitallaşma  dərəcəsinin  yüksəldilməsinə  nail 

olunması  və  iqtisadi  layihələrin  maliyyələşdirilməsində  fond  bazarı  vasitəsilə  cəlb 

olunan 


qeyri-inflyasiya 

mənşəli 


investisiya 

vəsaitlərindən 

istifadənin 

genişləndirilməsi  məqsədi  ilə  tədbirlər  də  nəzərdə  tutulmuşdur.  Eyni  zamanda, 

iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi 

üçün  və  ölkənin  qiymətli  kağızlar  bazarının  tədricən  beynəlxalq  kapital  bazarlarına 

inteqrasiya olunması məqsədi ilə müvafiq şərait yaradılması daim diqqət mərkəzində 

olacaqdır.  

Qiymətli  kağızlar  bazarının  əsas  iştirakçısı  olan  səhmdar  cəmiyyəti  ayrı-ayrı, 

xüsusi kapitalların hədsiz birləşməsi formasıdır ki, bu da iqtisadiyyatın müəyyən sahə 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə