II
FƏSIL
İNZİBATİ HÜQUQUN TƏTBİQ SAHƏSİ
§1. Hüquqi şəxslərin anlayışı, təsnifat və hüquqi şəxsin
siyasi mənafeyi
Fransa inzibati hüququnun tətbiqetmə sahəsi əsasən hüquqi və
ümumi (ictimai) şəxslərin göstərdikləri xidmətlər sahəsində meydana
çıxan təsisatlardır.
Bu iki xidmət sahəsində yaranan meyarları, adətən, maddi
meyarlar adlandırırlar. Onlar, əsasən, inzibati hüquq rejiminə tabe olan
təsisatlardır və ümumi inzibati hüququn hüquqi şəxsləri hesab edilirlər.
Onlar ümumi xidmət vəzifələrini sahələrini yerinə yetirirlər. Onların
məqsədi maddi nemətlər əldə etməkdən ibarətdir. Maddi termini
Fransada, adətən, ümumi şəxslərlə hüquqi şəxslərin qarşılıqlı əlaqədə
olmasından yaranır. Onların bütün fəaliyyətləri inzibati hüquq normaları
ilə tənzimlənir.
Bir sözlə, bu iki meyar bir-birinə qarşı əks məqsədlər daşımır,
əksinə bir-birini qarşılıqlı surətdə tamamlayır.
İnzibati hüquq rejiminə tabe olan təsisatlar, həmin ümumi
hüququn hüquqi şəxsləri, həm də ümumi (ictimai) xidmət sahələrində
çalışanlar öz xidmət vəzifələrini yerinə yetirən xüsusi təşkilatlarla əhatə
olunurlar.
Hüquqi şəxs fiziki şəxsdən fərqlənir. Əvvəllər isə Fransada bir
sıra alimlər belə qərara gəlmişdilər ki, fiziki və hüquqi şəxslər eynidirlər.
İnsanlar toplusu olmaq etibarilə hüquqi şəxs ayrı-ayn şəxslərin formal
birləşməsi deyil. Lakin bəzi hallarda müəyən miqdarda fiziki şəxslər
təşkilat, assosiasiya, həmkarlar ittifaqı və yaxud kommersiya təşkilatları
birliklərini yaratmaq üçün birləşirlər. Həmçinin də, bir hüquqi şəxsin
timsalında bir neçə hüquqi şəxslər birləşə bilərlər. Bu isə onların birliyi
sayılır. Məsələn, bir neçə həmkarlar ittifaqları birləşəndə onlar həmkarlar
ittifaqları konfederasiyasına çevrilirlər. Fransa inzibati hüququndan
fərqli olaraq, Anqlosakson
hüququnda isə bir qayda olaraq,
belə birlkilər
ümumi məqsədə xidmət edən müəyyən əmlak kütləsini birgə idarə etmək
məqsədilə yaradılan birliklərdir. Lakin təkcə birliyin mövcud olması faktı
ilə onu hüquqi şəxs kimi qiymətləndirmək olmaz. Çünki hüquqi şəxs
kimi əlamətləri olmayan birliklər də fəaliyyət göstərir, belə birliklər
xüsusi əhəmiyyət kəsb edir.
27
quqi statusu qarışıq hesab edilir, çünki həmin hüquqi şəxslər qismən
olsalar da, hüquqi rejimin təsiri altına düşür və bəzi hallarda isə ümumi
hüququn hüquqi şəxsləri ilə birləşirlər. Hüquqi şəxsin siyasi mənası
ondan ibarətdir ki, o, dövlət münasibətlərində müstəqil təsisat hesab
edilir.
Fransada hakimiyyət dekonsentrasiya zamanı qərar qəbul etmək
səlahiyyətinə malik olur və mərkəzdən verilən qərarlar yerlərdəki
orqanlara çatdırılır. Həm mərkəzi orqanlar, həm də yerli orqanlar yeni
hüquqi şəxsə, yəni dövlətə tabe olurlar. Dövlətin təmsilçisi olan nazir öz
səlahiyyətlərinin bir hissəsini dövlətin yerlərdəki təmsilçilərinə
prefektlərə verir, bununla da kollektiv subyektləri təşkil edirlər. Kollektiv
subyektlərə aiddir: müəssisə və təşkilatlar; müəssisə və təşkilatların
struktur bölmələri; müəssisə və təşkilatların və onlann struktur
bölmələrinin əmək və digər kollektivləri; mürəkkəb təşkilatlar;
qeyri-hökumət təşkilatları (ictimai biriklər və fondlar) və dini qurumlar.
Kollektiv subyektlər dedikdə, digər subyektlərlə münasibətlərdə
tam vahid kimi çıxış etmək hüququna malik olan, xüsusiləşmiş, özünü
idarə edən qruplar başa düşülür.
Azərbaycan Respublikasında müəssisə və təşkilatlar hüquqi
forma təşkil etməklə aşağıdakı normalarla tənzimlənirlər. İnzibati- hüquqi
statusunun əsasları aşağıdakı kimidir:
■
bütün təşkilati-hüquqi formalı müəssisə və təşkilatlara aid olan
normalarla;
■
dövlət müəssisə və təşkilatlarına
aid olan normalarla;
■
qeyri-dövlət müəssisə və təşkilatlarına aid olan normalarla
tənzimlənirlər.
§2, Ümumi hüquq sahdsinda hüquqi şaxshr arasında amdkdaşlıq vd
yaranan mübahisələrin həlli yolları
Fransada ümumi hüquq rejiminin təsir dairəsində olan şəxslərin
bütün fəaliyyətlərinin məcmusunu ümumi idarəetmə kompleksi yaradır.
Ümumi hüququn fəaliyyəti sahəsində bütün hüquqi şəxslər bir-birindən
qarşılıqlı surətdə asılıdır.
Hüquqi şəxslərin qarşılıqlı əməkdaşlığının bir neçə forması
mövcuddur, bunların fəaliyyətlərinin nəticəsində isə müştərək idarəetmə
yaranır.
Ümumi hüquq rejiminin təsir dairəsində olan bir neçə hüquqi
şəxsin bir rəhbəri ola bilər ki, o da qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsini təmin edir.
29