Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


partiya üzvlüyünə daxil olmaq və həmin partiyada rəhbər



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə77/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   69   70   71   72   73   74   75   76   77

Siyasi partiya üzvlüyünə daxil olmaq və həmin partiyada rəhbər 
vəzifələr  tutmaq  onun  öz  azadlığıdır  (anqlosakson  ölkələrində 
qulluqçular  partiyalarda  rəhbər  vəzifələr  tutmaq  hüququna  malik 
deyildirlər). 
Nəhayət,  bu,  yenə  də  anqlosakson  ölkələrindən  fərqli  olaraq, 
seçkilərdə  öz  namizədliyini  irəli  sürmək  azadlığıdır  və  bu,  olduqca 
əlverişli sistem şəraitində həyata keçirilir: qulluqçu öz vəzifəsini seçkilər 
gününədək saxlayır, əgər o, məğlubiyyətə uğrayırsa, öz vəzifəsini itirmir, 
əgər seçilirsə, ona parlament mandatı verməkdən imtina etdikləri gündən 
etibarən  öz  vəzifəsinə  qayıtmaq  hüququ  ilə  parlamentdə  fəaliyyət 
göstərmək üçün ezam olunur. 
Əksinə,  digər  ölkələrdə,  misal  üçün,  İngiltərədə  qulluqçu 
seçkilərdə namizəd kimi çıxış etməzdən əvvəl istefa verməlidir, yəni o, 
bu halda qulluqçu vəzifəsini itirir və deputat yeri tutmamaq təhlükəsi ilə 
qarşılaşır. 
Hüauai  məhdudiyyətlər.
  Fransa  hüququnda  hökumətin  mövqeyinə 
münasibətdə  loyallıq  və  ya  konformizm  (kor-koranə  uyğunlaşma) 
vəzifəsi mövcud deyildir. Digər ölkələrdə, o cümlədən, Almaniyada olan 
məhdudlaşdırıcı vəzifələr Fransada yoxdur. 
Obyektivlik tələbi.
 Qulluqçu ümumi xidmət sahəsinin işini təmin edir 
və bu işi bütün vətəndaşlara eyni cür yanaşmaqla, hər hansı ayrı-seçkiliyə 
yol verməmək şərti ilə həyata keçirir. 
Tamamilə  aydındır  ki,  müəllim  öz  şagirdlərinə  onların  siyasi 
baxışlarından və dini etiqad və əqidələrindən asılı olaraq, yaxud da hər 
hansı başqa meyarlara əsaslanaraq müxtəlif qiymətlər verə bilməz. 
Aydındır  ki,  obyektiv  olmaq  vəzifəsi  tamamilə  təbiidir,  lakin 
onun müəyyən hüquqi və faktiki hüdudları vardır. 
Hüquqi  məhdudlaşdırma  ilə  əlaqədar  misallardan  biri  ali  tədris 
müəssisələrinin  müəllimlərinə  aiddir:  birinci  və  ikinci  təlim  mərhələsi 
müəllimi  öz  müəllimlik  fəaliyyəti  prosesində  tam  obyektivlik  nümayiş 
etdirməli  olduğunu  bildirməli  və  yalnız  hər  hansı  bir  partiyanın 
fəlsəfəsini,  yaxud  yalnız  rəsmi  ideologiyanı  təbliğ  etməli  olmadığı 
nəzərdə  tutulubsa,  o,  siyasi  fikrin  müxtəlif  cərəyanlarını  və  çalarlarını 
tutuşdurmaq  yolu  ilə  obyektiv  mühakimələr  irəli  sürmək  hüququna 
malikdir.  Məsələn,  o,  tarix  fənnini  marksizm  ruhunda  tədris  edə  bilər. 
Fənnin  tədrisi  xüsusiyyəti  ilə  əlaqədar  qərəzsiz  olmaq  vəzifəsinin 
müəyyən dərəcədə məhdudlaşdırılması burada öz təzahürünü tapır. 
Daha  az  məqbul  və  daha  az  haqq  qazandırıla  bilən  digər 
məhdudiyyətlər də vardır. 
222 


Azərbaycan  Respublikasının  inzibati  hüququnda  dövlət  xidməti 
işçiləri  öz  fəaliyyətlərini  dövlət  xidməti  prinsipləri  sistemində  həyata 
keçirirlər: 

 
vəzifə 
borclarının 
icra 
edilməsi 
aktının, 
Azərbaycan 
Respublikasının Konstitusiyasının və qanunlarının digər normativ-hüquqi 
aktlar qarşısında üstünlüyü; 

 
vəzifə borclarını icra etməmələrinə və ya lazımi səviyyədə icra edə 
bilmədiklərinə görə xidmətçilərin vəzifələri

 
insan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyü, insan 
və vətəndaş hüquqlarına riayət etmək və qorumaq vəzifəsi; 

 
yuxarı təbəqəli orqanların aktlarının tabeçilik qaydasında orqan və 
vəzifəli şəxslər üçün məcburiliyi

 
xidməti fəaliyyətini həyata keçirərkən aşkarlıq prinsiplərinə əməl 
etməsinin zəruriliyi; 

 
dövlət xidmətini həyata keçirərkən partiyalardan kənarda olması; 

 
müvafiq  peşə  hazırlıqlarına  və  bacarıqlarına  görə  Azərbaycan 
Respublikası  vətəndaşlarının  dövlət  xidmətinə  daxil olmaqla  bərabərlik 
hüquqları; 

 
xidməti vəzifələrini yerinə yetirərkən peşəkarlıq və səlahiyyətli- lik 
prinsipinə əməl etməsi; 

 
dövlət  xidmətinə  stabil  kadrların  seçilib  yerləşdirilməsinə  nail 
olma; 

 
dövlət  xidmətini  həyata  keçirən  zaman  xidmət  tələblərinin  vahid 
şəkildə icrasının təmin edilməsi; 

 
qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətlərinin  bölgüsünə 
əməl  edilməsi,  bir-birinin  xidməti  səlahiyyətlərinə  qarışmamaq 
prinsiplərinə riayət olunması; 

 
dövlət xidmətini həyata keçirərkən dövlət hakimiyyəti sisteminin 
vahidliyi,  dövlət  subyektləri  arasında  idarəetmə  predmetlərinin 
bölüşdürülməsinə əməl edilməsi. 
Azərbaycan  Respublikasında,  bütün  dövlətlərdə  olduğu  kimi, 
dövlət  xidmətçilərinin  məsuliyyətləri  inzibati  hüquqla  müəyyən 
edilmişdir. 
Dövlət qulluqçularının məsuliyyəti dedikdə: 
“  dəymiş  əmlak  ziyanının  ödənilməsi  məqsədi  ilə  bərpaedici 
sanksiyaların tətbiq edilməsi başa düşülür. 
Dövlət xidmətlərinin məsuliyyət növləri aşağıdakılardır: 

 
xidməti  intizamı  pozmasına  görə  normativ-hüquqi  aktlara  - 
qanunlara, nizamnamələrə, əsasnamələrə və əmək intizam qaydalarına 
223 


əsaslanaraq dövlət qulluqçuları haqqında tədbir görülür; 
■  inzibati  məsuliyyət  o  vaxt  yaranır  ki,  inzibati  hüquqpozmaya  yol 
verilsin. 
Maddi məsuliyyət dedikdə dövlət xidmətçisinin öz hərəkətləri ilə 
ziyan vurması başa düşülür. Bu zaman onların vurduqları ziyanın qismən 
və ya tam ödənilməsi təmin edilir. 
Cinayət məsuliyyəti o zaman meydana çıxır ki, dövlət xidmətçiləri vəzifə 
cinayətləri törətsinlər. 
Dövlət xidmətçilərinə qarşı intizam tədbirləri tətbiq edilir. 
Dövlət xidməti qanuna görə: məzəmmət, töhmət, şiddətli töhmət
xidmətə  tam  yararlı  olmadığı  barədə  xəbərdarlıq,  işdən  xaric  etmə 
nəzərdə tutur. 
İntizam  nizamnaməsinə  və  əsasnamələrinə  görə:  məzəmmət, 
töhmət,  şiddətli  töhmət,  rütbənin  aşağı  salınması,  vəzifənin  aşağı 
salınması və işdən xaric etmə tədbirləri nəzərdə tutulur. 
Daxili  əmək  intizamını  pozduğuna  görə  qulluqçunu  aşağıdakı 
intizam tənbeh tədbirləri gözləyir: məzəmmət, töhmət, şiddətli töhmət, 3 
ay  müddətinədək  azmaaşh  işə  və  ya  aşağı  vəzifəyə  keçirmək  və  işdən 
xaric etmək. 
Dövlət xidmətçilərinə tətbiq edilən intizam xətası dedikdə, sabit 
kollektivin  üzvü  tərəfindən  həmin  kollektivdə  olması  ilə  əlaqədar  öz 
vəzifə  borclarının  pozulması  ilə  bağlı  xətalı,  cəmiyyətə  zidd  və  təqsir 
sayılan əməl başa düşülür. 
224 


ISTIFADƏ OLUNAN ƏDƏBIYYAT
 
1.
 
Azərbaycan Respublikasının Konstitusiyası, B., Qanun, 2004. 
2.
 
Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsi,  B.,  Qanun, 
2005. 
3.
 
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, B., Qanun, 2005. 
4.
 
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, B., Qanun, 2005. 
5.
 
E. Abdullayev. «Müqayisəli inzibati hüquq». B., 2001. 
6.
 
E. Abdullayev. «İnzibati hüquq». Ümumi hissə. B., 1974. 
7.
 
A. Abdullayev və R.Zeynalov. İnzibati hüquq (sxemlərlə). 1999. 
<5.  «Polis  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu,  B.,  Qanun, 
2004. 
9.
 
«Əməliyyat 

axtarış 
fəaliyyəti 
haqqında» 
Azərbaycan 
Respublikasının Qanunu, B., 2004 
10.
 
«Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında»  Azərbaycan 
Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  Qanunlar 
külliyyatı, II cild. B., Qanun, 2002, səh.862. 
11.
 
«Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti 
haqqında» Azərbaycan Respublikasının Qanunu, B., Qanun, 2000. 
12.
 
«Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında» 
Azərbaycan Respublikasının Qanunu, B., Qanun, 2002. 
13.
 
«Vətəndaşların  müraciətlərinə  baxılması  qaydası  haqqında» 
Azərbaycan Respublikasının Qanunu, B., Qanun, 2004. 
14.
 
«Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən 
(hərəkətsizlikdən)  məhkəməyə  şikayət  edilməsi  haqqında»  Azərbaycan 
Respublikasının Qanunu, B., Qanun, 2003. 
15.
 
«Qeyri - hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» 
Azərbaycan Respublikasının Qanunu, B., Qanun, 2000. 
16.
 
«Dövlət  sirri  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu.  B., 
Qanun, 2005. 
17.
 
«Dövlət  sərhədi  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu, 
Azərbaycan  Respublikasının  Qanunlar  Külliyyatı,  II  cild.  B.,  Qanun, 
2001, səh. 36. 
18.
 
«Normativ  -  hüquqi  aktlar  haqqında»  Azərbaycan  Respublikasının 
Qanunu. B., Qanun, 2004. 
19.
 
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu. B., 
Qanun, 2004. 
20.
 
«Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə 
haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə»  Azərbaycan 
Respublikasının  Qanunu.  Polis  haqqında  sənədlər  toplusu.  B.,  Qanun, 
2003. 
21.
 
«Hərbi  qulluqçuların  dövlətə  vurduqları  ziyana  görə  maddi 
məsuliyyəti  haqqında  Əsasnamənin  təsdiqi  haqqında»  Azərbaycan 
Respublikası- 
225 


nm Qanunu. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı, II cild. B., 
Qanun, 2001, səh. 285. 
22.
 
«Fövqəladə  vəziyyət  haqqında»  Azərbaycan  Respublikasının 
Qanunu. B., Qanun, 2005. 
23.
 
«Hərbi  vəziyyət  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu. 
Azərbaycan  Respublikasının  Qanunlar  Külliyyatı,  II  cild.  B.,  Qanun, 
2001, səh. 206. 
24.
 
«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata 
keçirilməsinin  tənzimlənməsi  haqqında»  Azərbaycan  Respublikasının 
Konstitusiya Qanunu. B.:Qanun, 2003. 
25.
 
Azərbaycan  Respublikası  Prezidentinin  22  fevral,  1998-ci  il  tarixli 
«İnsan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində 
tədbirlər haqqında» Fərmanı. 
26.
 
Azərbaycan Respublikası Prezidentinin 09 avqust, 1994-cü il tarixli 
«Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və 
hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanı. 
27.
 
«Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Əsasnaməsinin 
və  strukturunun  təsdiq  edilməsi  haqqında»  Azərbaycan  Respublikası 
Prezidentinin 30 iyun, 2001-ci il tarixli Fərmanı. Polis haqqında sənədlər 
toplusu. B., Qanun, 2003. 
28.
 
«Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında» 
Azərbaycan Respublikasının Qanunu. 12 dekabr, 2003-cü il. B., Qanun, 
2004. 
29.
 
«İcra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarına baxılması, 
qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi 
barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  24  avqust,  2002-ci  il 
tarixli Fərmanı. 
30.
 
«Yerli  icra  hakimiyyəti  haqqında  Əsasnamə».  16  iyun,  1999-cu  il 
tarixdə  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  ilə  təsdiq 
edilmişdir. 
31.
 
«Azərbaycan  Respublikasının  Dövlət  Qulluğunu  İdarəetmə  Şurası 
haqqında  Əsasnamə».  Azərbaycan  Respublikasının  2002-ci  il,  29  mart 
tarixli Qanunu ilə təsdiq edilmişdir. 
32.
 
«İnzibati hüquq» (sxemlərlə). Azərbaycan Respublikası DİN-in Polis 
Akademiyası. Q. Abbasov, A. İsmayılov, H. Eyvazov. B., 2002. 
33.
 
«İnzibati hüquq», i hissə. Dərs vəsaiti. V.Q. Abışov, A.V.İsmayılov, 
H.Q. Eyvazov. B., 2003. 
34.
 
«Dövlət  və  hüquq  nəzəriyyəsi».  V.N.  Xropanyuk  (ixtisarla).  B., 
1998. 
35.
 
Бедела Ж. Административное право Франции. М., «Прогресс», 
1973. 
36.
 
Гурней Б. Введение в науку управления. М., «Прогресс», 1969. 
37.
 
Драго Я. Административная наука. М., «Прогресс», 1982. 
226 


38.
 
Коренев А.П. Административное право. М., 1986. 
39.
 
Манохин  В.М.,  Адушкин  Ю.С.,  Багишаев  З.А.  Российское 
административное право. М., 1996. 
40.
 
Алехин 
А.П., 
Кармолицкий 
А.А., 
Козлов 
Ю.М. 
Административное право Российской Федерации. М., 1997. 
41.
 
Овсянко Д.М. Административное право. М., 1994. 
42.
 
Бахрах Д.Н. Административное право. М., 1993. 
43.
 
Бахрах Д.Н. Административное право России. М., 2000. 
44.
 
Василенков П.Т. Советское административное право. М., 1990. 
45.
 
Козлов Ю.М., Попов Л.Л. Административное право. М., 2000. 
46.
 
Тихомиров  Ю.А.  Курс  административного  права  и  процесса. 
М., 1998. 
47.
 
Коренев  А.Р.  Административное  право  России.  Часть  1,  М., 
1999. 
227 


 
A. ABDULLAYEV, M. SƏLİMOV. 
MÜQA YİSƏLİ İNZİBA Tİ HÜQUQ 
(FRANSANIN İNZİBA Tİ HÜQUQU), 
COMPARATIVE ADMINISTRA TIVE LA W 
(FRENCH ADMINISTRA TIVE LA W) 
Dizayner: Süleyman İsgəndərov 
Bilgisayar tərtibatçı: Rahilə Məmmədova 
Çapa imzalanmışdır; 16.12.2006 
Kağız formatı: 60x84 1/16 
Həcmi; 14,25 ç.v.; Sifariş:697; 
Sayı: 500 (I buraxılış 100 nüsxə) 
Kitab "ADİLOĞLU" nəşriyyatında 
nəşrə hazırlanmışdır. 
Ünvan: Bakı şəh., Nizami küç., 96/12 
Tel: 498-68-25:faks: 498-08-14; 
Web: 
www.adiloglu.az
E-mail: info@ adiloglu.az 
"TS" mətbəəsində hazır diapozitivlərdən 
istifadə olunmaqla çap edilmişdir. 
Ünvan: İ.Məmmədov küçəsi, 1059; 
Тел.: 418-68-25 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə