Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə17/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

hidlərin  sərbəst  idarə  edilməsinin  əsas  prinsiplərini,  onların 
səlahiyyətlərini  və  gəlirlərini  qanun  müəyyənləşdirir.  Həmin 
Konstitusiyanın  72-  ci  maddəsinə  əsasən,  ərazi  kollektivlərinin 
fəaliyyətləri  qanunvericiliklə  tənzimlənir.  Bu  o  deməkdir  ki,  ərazi 
kollektivlərinin  kateqoriyalarını  ancaq  qanun  çərçivəsində  yaratmaq 
mümkündür  və  bu  kollektivlər  qanunla  müəyyənləşdirilmiş  şərtlərlə 
seçkili şuralar tərəfindən sərbəst olaraq idarə edilirlər. 
Beləliklə,  qanunvericiliklə  tənzimlənən  ərazi  kollektivlərinin 
hüquqi  statusları  get-gedə  genişlənir,  digər  tərəfdən  isə  onların  hüquqi 
rejimi əsas prinsiplərə əsasən əvvəlki kimi yenə də mübahisəli kimi qalır. 
Yerli kollektivlər üzərində inzibati nəzarətə gəldikdə, konstitusiya 
şurası və Dövlət Şurası birlikdə belə qərara gəldilər ki, kommu- naların və 
departamentlərin fəaliyyətləri üzərində dövlət nəzarətinin yolları, üsullan 
və  növləri  əsas  prinsiplərə  uyğun  olaraq  qanunla  müəyyən  edilməlidir. 
Lakin Konstitusiyada nəzərdə tutulur ki, yerli inzibati vahidlərin sərbəst 
idarə  edilməsi  qanunla  müəyyənləşdirilmişdir.  Deməli,  gələcəkdə  bu 
barədə verilən qanunlar konstitusiyaya ziddir və belə qanunlar bir qayda 
olaraq, baxılmaq üçün konstitusiya şurasının müzakirəsinə verilir. 
Ərazi kollektivlərinin rəhbər orqanlarının seçkili olması prinsipi 
ondan  ibarətdir  ki,  bu  məsələlər  kollegial  şəraitdə  və  seçkili  orqanlar 
vasitəsilə həyata keçirilir. 
Bu prinsip ərazi kollektivlərinin sərbəst idarə olunması formasını 
müəyyən  edir.  Həmin  prinsip  Fransanın  72-ci  maddəsində  ifadə 
olunmuşdur: «Kollektivlər seçkili şuralar tərəfindən sərbəst olaraq idarə 
olunurlar. Seçkili şuraların fəaliyyəti kollektivlərin seçkisinin kollegiallıq 
ideyaları  əsasında  baş  tutmasını  müəyyən  etmək  və  seçilmiş 
kollektivlərin fəaliyyətinə nəzarəti həyata keçirməkdir». 
1982-ci  ildə  rəhbər  orqanların  seçkili  prinsipi,  əsasən,  icra 
hakimiyyəti səviyyəsində məhdud şəkildə həyata keçirildi. 
Kommunamn  icra  orqam  olan  mer  bələdiyyə  şurası  tərəfindən 
seçildi,  çünki  mer  seçkili  orqandır.  Departamentin  icra  orqanı  nəinki 
dövlət  məmuru  idi,  o  həm  də  hökumətə  münasibətdə  loyallıq  göstərən 
siyasi rütbəli vəzifəli şəxs - prefekt idi. 
1946-cı il konstitusiyasının 87-ci maddəsində nəzərdə tutulur ki, 
kommunamn icra orqanı mer olduğu kimi, departamentin icra orqanı da 
Baş  Şuradır.  Konstitusiyada  bu  sistemin  siyasi  cəhətləri  qanunlarla 
müəyyənləşdirilmişdir,  lakin  bu  qanunlar  ya  tətbiq  edilmirdi  və  yaxud 
əgər  tətbiq  edilirdisə,  elan  olunmurdu.  1958-ci  il  konstitusiyası  qəbul 
ediləndə belə, həmin qanun elan edilməmişdi. 
51 


2 mart, 1982-ci il tarixli qanuna uyğun olaraq Firansada regional 
icra orqam şurasının sədri olduğu kimi, departamentin icra orqanı da baş 
şuranın sədridir. Söhbət kommuna və ya departament şurasından getmir, 
çünki  bütün  şuralarla  münasibətdə  konstitusiyanın  bu  prinsipindən 
istifadə edilir. 
Fransada  muxtariyyət  prinsipi  rəhbər  orqanlann  seçkili  olması 
prinsipi  ilə  sıx  bağlıdır.  Seçki  prinsipi  ilə  yanaşı,  o,  yerlərdə  inzibati 
bölmələrin sərbəst idarə olunmasının əsas aspektidir. Bu olduqca qədim 
prinsip olmaqla yanaşı, öz kökünü inqilabdan əwəl salmışdır, Fransada 
olduğu  kimi,  İngiltərədə  və  Almaniyada  orta  əsrlərdə  kom-  munaların 
zülmlərindən  azad  edilməsi  və  azad  şəhərlərin  yaradılması  uğrunda 
mübarizə aparılan dövrə təsadüf edilirdi. Bu prinsip Fransada baş vermiş 
inqilablarda  öz  tələbini  tapırdı  və  nəhayət,  XIX  əsrin  sonunda  bu, 
respublikanın bir sıra qanunları ilə təsbit olundu. Çünki ərazi kollektivləri 
öz  səlahiyyətlərini  müstəqil  olaraq  müəyyənləşdirə  bilmirdi.  Onların 
səlahiyyətlərini  bir  tərəfdən  yuxan  dövlət  orqanları,  digər  tərəfdən 
qanunvericilik  orqanları  və  nəhayət,  Dövlət  Şurasının  praktikasına 
arxalanan  hakimlər  müəyyənləşdirirdilər.  Təxminən  50  il  ərzində  həm 
Fransada,  həm  də  onun  qonşu  ölkələrində  ərazi  kollektivlərinin  üstün 
hüquqlanmn məhdudlaşdırılması açıq hiss edilirdi. Bu proses nəticəsində 
bir tərəfdən statirasiya (dövlətləşdirmə), digər tərəfdən isə milliləşdirmə 
gedirdi. Statirasiya əvvəllər ərazi kollektivlərinə məxsus mülkiyyətlərin, 
vəkalətlərin dövlətə həvalə edilməsindən ibarət idi. 
Məsələn, 1930-cu il qanununa əsasən, kommunikasiya, yəni şose 
və  kəndarası  yollar  sahəsində  departamentlərin  və  kommunala-  rın  40 
min kilometr uzunluğundakı yolları dövlətin ixtiyarına keçdi. 1941-ci il 
qanununa  görə,  əhalisi  10  mindən  çox  olan  şəhərlərdə  rəhbərlik  polisə 
verildi. Nəhayət, son zamanlarda xeyli miqdarda məktəblər də dövlətin 
ixtiyarına  verildi.  Bəzi  hallarda  əks  proseslər  də  baş  verirdi.  Məsələn, 
milliləşdirmə  heç  də  statirasiya  ilə  eyni  vaxta  düşmürdü.  Müharibədən 
sonrakı  dövrlərdə  qəbul  edilmiş  bərpaedilmə  tədbirləri,  o  cümlədən 
«elektrosite  de  Frans»  və  «qar  de  Frans»  kimi  iri  ictimai  təsisatların 
yaradılması  bu  prosesin  sürətlənməsinə  kömək  etdi.  Milliləşdirmə 
dedikdə xüsusi müəssisələrin dövlətin ixtiyarına verilməsi başa düşülür. 
Bu terminin əsas mənası bundan ibarətdir, lakin bunlarla birlikdə yerlərdə 
idarəetmə  bölmələrinə  məxsus  olan  səlahiyyətlər  və  əmlak  da  dövlətə 
verilir. 1946-cı ildə bələdiyyə xidmətləri də milliləşdirildi. 
Maliyyə vəsaitləri ilə bağlı məsələlərdə ərazi kollektivlərinin 
52 


muxtariyyətinin  nə  dərəcədə  məhdudlaşmasının  şahidi  oluruq.  Maliyyə 
təminatı  olmaması  sayəsində  ərazi  kollektivlərinin  muxtariyyəti  yox 
dərəcəsinə çatdı. 
Lakin  ərazi  kollektivləri  dövlət  tərəfindən  ayrılan  limitləşdiril- 
miş  maliyyə  vəsaitlərinə  malikdirlər.  Həmin  vəsaitlər  isə  həm  öz 
təyinatına, həm də miqdarlarına görə müasir dövrdə inkişafın tələblərinə 
cavab  vermir.  Yerlərdə  idarəetmə  bölmələri,  maliyyə  müstəqilliyinə 
malik  olmadıqlarına  görə  öz  fəaliyyətlərini  yaxşılaşdırmaqdan  ötrü 
dövlətdən asılı olurlar. 
Dövlət  təsisatları  indiyədək  onların  maliyyə  vəsaitlərinin  xeyli 
hissəsini  təşkil  edir  və  eyni  zamanda  dövlət  tərəfindən  çox  səmərəli 
nəzarəti həyata keçirir. 
Fransada  maliyyə  üzərində  nəzarət  inzibati  qəyyumçuluğun  ən 
təsirli formasıdır və bu problem sırf Fransa problemi deyildir. 
Maliyyələşdirmə problemi ilə yanaşı, insanlardan düzgün istifadə 
edilməsi  problemi  də  (xüsusən  iri  şəhərlərdə)  kəskin  şəkildə  vacib  bir 
məsələ kimi qarşıda dururdu. Urbanizasiya özlərinin idarə edilməsi üçün 
lazımi  müddətdə  seçilmiş  səlahiyyətli  şəxslərə  ehtiyacı  olan  iri 
kommunaların  inkişafına  təkan  vermişdi.  Elə  buna  görə  də  yerlərdəki 
idarəetmə  bölmələrinin  seçkili  şəxslərinin  statusu  sahələrində  aparılmış 
islahatlar məmurların kommuna səviyyəsində hazırlanması, seçilməsi və 
fəaliyyət göstərməsini əhatə edirdi. 
1982-1983-cü 
illərin  qanunları  ilə  yerli  kollektivlərin 
səlahiyyətləri  genişləndirildi  və  onlara  müvafiq  xidmətlərin  üzərində 
səlahiyyətlərin verilməsi təmin edildi. Eyni zamanda yerli kollektivlərin 
ştat  heyəti  müəyyən  edildi,  seçkili  şəxslərin  hüquqi  statusu  haqqında 
aktlar  hazırlandı.  Bu  isə  mərkəzləşdirilmiş  inzibati  qəyyumluğun 
zəiflənmə-  sinə  gətirib  çıxardı,  Fransa  administrasiyası  bu  gün  də 
dünyada ən mərkəzləşdirilmiş administrasiya olaraq qalmaqdadır. 
Fransada  gözqoyma  prinsipinə  əsasən,  yerlərdəki  idarəetmə 
bölmələri  dövlət  himayəsi  altındadır,  yəni  onlar  dövlət  hakimiyyətinin 
nəzarətindədirlər. 
İnzibati  hüquqla  «himayə»  (qəyyumluq)  termini  o  qədər  də 
inzibati hüquqa uyğun gəlmir, çünki qəyyumluq mülki hüquq normalan 
ilə  müəyyən  edilmişdir.  İnzibati  hüquqda  dövlətin  digər  təsisatlar 
üzərində həyata keçirdikləri nəzarət qaydası olaraq gözqoyma termininin 
işlədilməsi  münasib  olardı.  Gözqoyma  nəzarətedici  orqanm  sanksiyası 
olmadan  həyata  keçirilə  büməz,  Gözqoyma  orqanlan  Nəzarətedici 
orqamn bəzi qərarlannı da ləğv etmək hüququna malik idilər. 
Kommunalara münasibətdə nəzarətin bu formaları son dövrdə. 
53 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə