Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə69/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

kimi - onda qulluqçu üçüncü şəxsə zərər vurur və hərriin üçüncü şəxs ona 
cərimə ödənilməsinə nail olmağa çalışır, bu zaman zərər məbləğinin az 
miqdarda  və  ya  qismən  ödənilməsi  günahkar  qulluqçuya  həvalə  edilir; 
yaxud  əgər  işdə  üçüncü  şəxs  yoxdursa,  zərər  isə  administrasiyaya 
dəymişdirsə, onda zərər məbləğini bilavasitə günahkar qulluqçu ödəyir. 
Məhkəmə  praktikası  pul  hesabatları  məsələsini  bu  qaydada  həll  edir: 
tutaq ki, xəstəxananın həkimi ona etibar olunmuş çox qiymətli və zərif 
rentgen avadanlığını ehtiyatsızlıq üzündən sıradan çıxarmışdır. Bununla 
o,  xəstəxanaya  bilavasitə  zərər  vurmuşdur  və  xəstəxana  ona  vurulmuş 
zərərin ödəməsini ondan tələb etmək hüququna malikdir. 
Qulluqçuların  pul  hesabatları  formasında  məsuliyyətə  cəlb 
edilməsinə  çox  nadir  hallarda  təsadüf  olunur  və  belə  məsuliyyətə  cəlb 
etmək üçün ciddi təqsirin olması mövcud olmalıdır. 
Əksinə,  dövlət  xidmətinin  ümumi  prinsiplərinə  uyğun  olaraq 
administrasiya  funksional  vəzifələrin  yerinə  yetirilməsi  zamanı  təqsirə 
yol  vermiş  qulluqçuların  hərəkətləri  üçün  tam  məsuliyyət  daşıyır:  əgər 
vətəndaş,  xidməti  vəzifələrini  icra  edərkən  qulluqçunun  yol  verdiyi 
təqsirə  görə  zərər  çəkmiş  və  cərimə  ödənilməsi  barədə  iddia 
qaldırılmışsa,  administrasiya  işə  qarışmağa,  qulluqçunun  yol  verdiyi 
qeyri-  qanuni  hərəkətlərə  görə  məsuliyyəti  öz  üzərinə  götürməyə 
borcludur. Bu, dövlət qulluqçularının ümumi statuslarında dəqiq yazılmış 
və  əsas  prinsip  kimi  Dövlət  Şurasının  Bezansondakı  xəstəxana 
mərkəzinin işinə dair 26 aprel, 1963-cü il tarixli qərarında tam müəyyən 
edilmişdir. 
Bütün  qulluqçulara  münasibətdə  tətbiq  edilən  maliyyə 
məsuliyyətinin  ikinci  forması  büdcə  intizamı  məsələləri  üzrə 
məhkəmənin təsis edilməsinin nəticəsi olmuşdur. Həmin orqan 1948-ci 
ildə  yaradılmışdır:  belə  hesab  edilirdi  ki,  o,  qulluqçuların,  o  cümlədən 
xidmət  rəhbərlərinin  maddi  məsul  şəxslərinin  ictimai  vəsaitləri 
boş-boşuna  sərf  etmələrinin,  başısoyuqluqla  lüzumsuz  xərclərə  yol 
vermələrinin  qarşısını  alan  vasitə  olacaqdır.  Bu  cür  pozuntulara  görə 
məhkəmənin cərimə tətbiq etmək hüququ vardır. Təqsirli şəxslərə qarşı 
tətbiq  edilən  cərimə  məhkəmə  tərəfindən  müəyyən  edilir.  Lakin  yol 
verilmiş səhvlər və yaxud laqeydlik üzündən israf edilmiş vəsait ümumi 
vəsaitdən xeyli az olmalıdır. Misal üçün, büdcə intizamı məsələləri üzrə 
məhkəmə  La-Villetdə  sallaqxana  fəaliyyəti  ilə  məşğul  olan  bir 
cəmiyyətin sədrini 8 min frank cərimə etmişdi, halbuki real zərər onlarla 
milyon franka bərabər idi. 
Hesabdarlıq-mühasibat işçilərinin məsuliyyəti. Maddi təhtəlhe- 
200 


sab əməkdaşlar və kreditlərin sərəncamçıları daha tez-tez  və müntəzəm 
olaraq  maliyyə  məsuliyyətinə  cəlb  edilirlər.  Hesabdarlıq-mühasi-  bat 
işçiləri peşəsinin özü maliyyə vəsaitlərinə sərəncam verməkdən ibarətdir. 
İctimai  vəsaitlərə  ona  görə  etibar  edilir  ki,  onlar  həmin  vəsaitləri 
sərəncamlarla istifadə etsinlər, gəlir götürsünlər və i.a. Əlbəttə ki, bu işdə 
ciddi intizam olması zəruridir. 
Maliyyə təsisatlarının məsarifı ilə bağlı məsuliyyət məsələsi he- 
sablayıcı  palatanın  nəzarətindədir.  Onun  fəaliyyəti  hesabdarlıq-müha- 
sibat  işçilərinin  özlərinin  hərəkətlərinin  qanunauyğun  olub-olmaması 
barədə  rəy  bildirməkdən,  hesablar  üzrə  məsariflərə  nəzarət  etməkdən 
ibarətdir. Onun vəzifəsi müəssisənin kassasında çatışmazlıq olduğunu və 
s. müəyyənləşdirmək və sonra maliyyə nazirinə və yaxud müvafiq xidmət 
rəisinə, qeydə alınmış həmin faktlarla əlaqədar tədbirlər görülməsi üçün 
məlumat  verməkdir.  Əgər  rəhbər  işçi  hesab  etsə  ki,  hesab- 
darlıq-mühasibat hissəsinin diqqətsizliyi və yaxud əliəyriliyi nəticəsində 
çatışmazlıq baş verib, onda o, həmin əməkdaşdan çatışmayan vəsaiti öz 
şəxsi ehtiyatı hesabına ödəməyi tələb etmək hüququna malikdir. 
Belə məsuliyyət hər halda öz əhəmiyyətini saxlayır və sui-istifadə 
təzahürlərinin  qarşısını  almaqda  güclü  amil  olur,  bunun  da  sayəsində 
Fransa maliyyə xidməti sistemi çox yaxşı işləyən bir sistem hesab edilir. 
Ümumi  maliyyə  xidmətindən  yan  keçməklə  maliyyə  təminatı 
imkanı yaradan faktiki sərəncamlıq da çox geniş yayılmışdır. Misal üçün, 
xəstəxananın  direktoru  xəstələrə  qulluğu  yaxşılaşdırmaq  məqsədilə 
xəstələrdən  və  yaxud  onların  ailələrindən  pul  yığa  bilər.  Bu  halda 
xəstəxana  direktoru  ilə  əslində  hesabdarlıq-mühasibat  işçisinə  çevrilir: 
xəstələr  tərəfindən  direktora,  onun  vasitəsilə  də  sahibkarlara  verilən 
pullar,  dövlət  vəsaiti  hesab  edilir  və  direktor  onun  mədaxili  barədə 
hesabat  verməlidir.  O,  alınmış  məbləği,  onun  hansı  məqsədlərə 
xərcləndiyini göstərməli və pulların həqiqətən ictimai mənafelər naminə 
sərf olunduğunu sübut etməli və müvafiq qəbzlər verməlidir. Əgər belə 
olmasa, onda administrasiya yığdığı pulun məbləğini ödəməlidir. 
İnzibati məsuliyyət haqqında bundan əvvəl danışılmış məsuliyyət 
formasının  əksinə  olaraq  intizam  məsuliyyəti  həm  praktiki,  həm  də 
hüquqi  nöqteyi-nəzərdən  daha  mühümdür  və  çox  tez-tez  istifadə  edilir. 
Əksər hallarda qəbul edilmiş intizam sanksiyaları barədə heç yerdə heç 
bir məlumat verilmir və bunlar dərc olunmur. İl ərzində neçə dəfə poçt 
qulluqçusuna və polis nəfərinə qarşı bu və ya digər sanksiyaların tətbiq 
edildiyi barədə statistik məlumatlar yoxdur və hə 
201 


min  sanksiyalann  xarakteri  məlum  deyildir.  Sanksiyalar  mövcuddur, 
bunların tətbiq edilməsi sahəsində özbaşınalıq və s. halların qarşısı alınır. 
İntizam  sanksiyalarının  tətbiq  edilməsi  proseduru  əsasən 
məsələnin ümumi prinsipini, iki sistemin normasını əhatə edir. 
Özbaşınalıq  hərəkətlərindən  müdafiə  hüququ.  Sanksiyaların 
necəliyindən,  sanksiya  tətbiq  edilən  qulluqçunun  kimliyindən  -  mülki, 
hərbi  qulluqçu,  məhkəmə  məmuru  olmasından  asılı  olmayaraq,  həmin 
qulluqçu  ona  qarşı  sanksiya  tətbiq  edilənədək  müdafiə  hüququna 
malikdir. Bu ümumi prinsip hüququ aktlarda o cümlədən 2 aprel, 1905-ci 
il tarixli qanunun 65-ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə 
nəzərdə tutulur ki, qulluqçu xidmət üzrə hər hansı yerdəyişmədə və ona 
qarşı hər hansı sanksiya tətbiq ediləndə öz şəxsi dosyesinin materialları 
ilə tanış olmaq hüququna malikdir. 
Şəxsi dosyenin məzmunu barədə formal şəkildə məlumat vermək 
vəzifəsi  və  müvafiq  müdafiə  hüququ  verilməsi  dövlət  qulluqçularının 
bütün statuslarına  daxil  edilmiş  və  Dövlət  Şurası  bu  formallığı  ümumi 
hüquq prinsipi dərəcəsinə çatdırmışdı. Bu, Dövlət Şurasının Aramyünün 
işinə dair 26 oktyabr, 1945-ci ilə tarixli qərarı ilə edilmişdi. İkinci dünya 
müharibəsindən sonra təmizlik aparılması prosesində müharibə zamanı 
düşmənlə 
əməkdaşlıq 
etmiş 
qulluqçular 
öz 
vəzifələrindən 
kənarlaşdırılmışdılar.  Ona  görə  də  Dövlət  Şurası  müəyyən  etdi  ki, 
təmizləmə  aparılması  vətəndaşların  bütün  müdafiə  hüquqlanna  riayət 
edilməsi ilə müşayiət olunmalıdır. 
Yuxanda göstərilən prinsipin məzmunu nədən ibarətdir? Əlaqədar 
şəxsə eyni zamanda işin mahiyyəti və ona qarşı irəli sürülən iddialar ona 
bildirilməli, həmin iddiaların mahiyyəti ilə tanış olmaq və öz müdafiəsinə 
hazırlaşmaq  üçün  ona  kifayət  qədər  vaxt  verilməlidir;  təqsirkar  şəxs 
inzibati  orqanın  və  yaxın  həmkarlar  ittifaqı  orqanının,  ya  da  vəkilin 
köməyi ilə özünə bəraət qazandıra və öz ad-sanını müdafiə edə bilər. 
Qərar  qəbul  edilməsi  sistemləri  intizam  sanksiyaları  iki  sistem 
əsasında  tətbiq edilə  bilər, bunlardan  biri  ümumi-hüquqi  sistem,  digəri 
xüsusi sistemdir. 
Ümumi-hüquqi  sistem  yuxarı  hakimiyyət  orqanının  qərarını  və 
konsultativ  orqanın  müdaxiləsini  özündə  birləşdirir.  Prosedur  üç 
mərhələdə həyata keçirilir. Birinci mərhələdə yuxarı hakimiyyət orqanı, 
yəni  qulluqçuları  təyin  etmək  hüququna  malik  orqan  fərdi  işi  qaldırır. 
Xidmət rəhbəri, nazir və yaxud prefekt hesab edir ki, qulluqçu qəbahət 
törətmişdir, ona görə də intizam məsuliyyəti proseduru (o cümlə 
202 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə