Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə70/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

dən  şəxsi  dosyenin  məzmunu  aidiyyəti  şəxsə  bildirilməklə)  açır.  İkinci 
mərhələdə müvafiq orqanlarla məsləhətləşmə aparılır. Mülki qulluqçular 
üçün  belə  orqan  intizam  şurası  qismində  iclas  keçirən  paritet  inzibati 
komissiyadır; onun üzvlərinin yarısını müdiriyyətin nümayəndələri, o biri 
yarısım şəxsi heyətin nümayəndələri təşkil edirlər. Bu orqan tətdiq olunan 
sanksiya barədə qərar qəbul edir; o öz mülahizəsi ilə sanksiyanın tətbiq 
olunması  barədə  təklif  verir.  Qeyd  etmək  lazımdır  ki,  bu  orqanın  rəyi 
məcburi qüvvəyə malik deyil, lakin çox zaman müdafiə xarakteri daşıyır. 
Orduda  da  analoji  orqanlar  vardır,  lakin  bunlar  paritet  deyil,  istintaq 
komissiyalarıdır.  Nəhayət,  üçüncü  mərhələ  qərarın  qəbul  edilməsi 
mərhələsidir. Qərar yuxarı orqan tərəfindən qəbul olunur, deməli, ilk və 
son söz də onundur. Sanksiyanın tətbiq edilib-edilməməsi, yüngül, yoxsa 
ciddi sanksiya tətbiq olunması məsələsini o həll edir. 
Xüsusi sistemə gəlincə, bu, inzibati yurisdiksiya rejimidir. Qeyd 
etmək lazımdır ki, Almaniyada sanksiyalar xüsusi məhkəmələr tərəfindən 
irəli  sürülür.  Fransada,  bir  qayda  olaraq,  məsələ  başqa  cürdür;  lakin 
istisnalar  da,  o  cümlədən,  müəllimlərdən  ibarət  inzibati  məhkəmələrin 
aidiyyətində  olan  müəllimlər  üçün  istisnalar  vardır;  onlar  birinci 
instansiya  məhkəməsi  qismində  öz  həmkarlarını  mühakimə  edirlər, 
apellyasiya instansiyası qismində isə Ali Milli Təhsil Şurası çıxış edir. Bu 
yolla yuristiksion-nəzarət formasında görülmüş tədbirlər, sonra kassasiya 
şikayəti  verilməsi  vasitəsilə  Dövlət  Şurasının  müzakirəsinə  təqdim 
olunur,  halbuki  digər  intizam  tədbirləri  ilə  əlaqədar  olaraq  hakimiyyət 
səlahiyyətini aşmağa dair adi şikayət verilir. 
Sanksiya tətbiq edən orqan öz qərarının mətnində həmin qərarın 
qəbul  edilməsi  səbəbini,  habelə  müvafiq  şəxsə  qarşı  irəli  sürülmüş 
iddiaları göstərməlidir; bu, çox vacibdir, çünki o, zərərçəkənin nəyə görə 
və  nə  üçün  cəzalandırıldığını  bilməsinə  imkan  verir,  həm  də  axırıncı 
mərhələdə  dəqiqləşdirilmiş  motivlər  ilk  dəfə  göstərilənlərdən  bir  qədər 
fərqlənə  bilər.  Təsəvvür  edək  ki,  üç  iddia  irəli  sürülmüşdür,  bunlardan 
ikisi  təhqiqat  gedişində  rədd  edilmiş  və  yalnız  biri  qalmışdır.  Əlaqədar 
şəxs onu da təkzib edə bilərdi ki, həmin iddia əsassızdır və yaxud da o, 
haqlı olaraq irəli sürülmüş, lakin burada hüquqazidd əməl tərkibi yoxdur 
və  ona  görə  bu  iddia  cəza  üçün  əsas  ola  bilməz.  Beləliklə,  qərar 
əsaslandırılmış,  sanksiyalarsa  qanunauyğun  olarsa,  onda  mübahisələrin 
yaranmasına şərait yaranmaz. 
İntizam işinin mahiyyətinə aid qaydalarda, qərarın yuxarı orqan və 
yaxud  xüsusi  yurisdiksion-nəzarət  instansiyası  tərəfindən  qəbul 
edilməsindən asılı olmayaraq tətbiq olunan dörd əsas hal mövcud olur. 
203 


Birinci qayda cinayət hüququ baxımından qanunçuluq prinsipinə 
əməl edilməsinə aiddir. Bu prinsipin mahiyyəti latınca belə bir kəlamda 
çox yaxşı ifadə edilmişdir: qanunda nəzərdə tutulmayan hallarda nə cəza 
var,  nə  də  cinayət.  Cinayət  hüququnda  bu  kəlamın  hər  iki  tərəfi 
mövcuddur: cəzaların siyahısı qanunla müəyyənləşdirilir, habelə hüquq 
pozuntularının növləri qanunla nəzərdə tutulur. 
Lakin  inzibati  hüquqda  həmin  kəlamın  yalnız  bir  hissəsi  tətbiq 
edilir.  İntizam  sanksiyalarının  qanunla  müəyyənləşdirilmiş  siyahısı 
mövcuddur  və  yalnız  orada  nəzərdə  tutulan  sanksiyaları  tətbiq  etmək 
olar. 
Dövlət  qulluqçularının  statusunda  əks  etdirilmiş  belə  siyahını 
nəzərdən keçirək (11 yanvar, 1984-cü il tarixli qanun, 66-cı maddə). 
Həmin  siyahıda  ən  əvvəl  sırf  mənəvi  xarakterli  tədbirlər  olan 
xəbərdarlıq və töhmət əks etdirilir. Sonra xidmət üzrə irəliçəkilməni və 
yaxud  işdə sərfəli  yerdəyişməni  ləngitməyə  imkan  yaradan  sanksiyalar 
seriyası  göstərilir.  Bu  qrupa  aşağıdakılar  daxildir:  rütbənin 
yüksəldilməsinin  dayandırılması;  müvvəqəti  olaraq  -  on  beş  günədək 
müddətdə  işdən  azad  edilmə;  başqa  iş  yerinə  keçirmə;  rütbənin  aşağı 
salınması; müvəqqəti olaraq - altı aydan iki ilədək müddətə işdən azad 
edilmə. İntizam tədbirlərinin sonuncu qrupu ən ciddi tədbirləri əhatə edir; 
Bu tədbirlər rəsmi olaraq işdən azad edilib istefaya buraxılma və yaxud 
işdən kənarlaşdınima ilə nəticələnir. Yekun etibarilə o, cəza tədbiri kimi 
tətbiq  edilir.  Bu  siyahı  cərimə  şəklində,  eləcə  də  məvacibdən  tutulma 
kimi  tənbehləri  əhatə  etmir.  Bir  ay  işləmiş  qulluqçuya  «Sizə  tənbeh 
qaydasında yalnız on beş gün üçün məvacib ödəniləcək» demək olmaz, 
çünki onların statusunda belə tədbir nəzərdə tutulmamışdır. 
Beləliklə, qanunçuluq prinsipinin birinci aspekti inzibati hüquqda 
tamamilə reallaşdırılır. Lakin onun ikinci cəhəti qətiyyən tətbiq edilmir, 
çünki  intizam  qəbahətlərinin  normativ  tərifi  mövcud  deyildir.  Bunlar 
məhkəmə praktikası ilə müəyyən edilir. Bu, iki nəticəyə gətirib çıxarır. 
Birinci  nəticə  ondan  ibarətdir  ki.  Cinayət  Məcəlləsinə  oxşar 
qanunvericilik  aktı  yoxdur  ki,  burada  qulluqçuların  bütün  vəzifələri  və 
onların  yol  verə  biləcəkləri  təqsirlərin  bütün  növləri  sadalanmış  olsun. 
Qulluqçuların hüquq və vəzifələrini müəyyənləşdirən 13 iyul, 1983-cü il 
tarixli qanun bütün məsələləri əhatə etmir və həmin məsələlər qərarları ilə 
müəyyən edilir. İkinci nəticə ondan ibarətdir ki, cəza növləri siyahısı ilə 
hüquqpozmaların  siyahısı  arasında,  cinayət  hüququ  ilə  cəza  tədbirləri 
arasında  olan  hüquqpozmaları  qanun  müəyyən  edir,  lakin  o  həm  də 
bunların nisbətini müəyyənləşdirir. Bu 
204 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə