Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə4/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   2   3   4   5   6   7   8   9   ...   77

Bunun  nəticəsində  göstərilən  xidmət  sahələrinin  'fəaliyyəti  həm 
faydalı, həm də zəruri hesab edilir. 
Bəzi hallarda isə funksiyalanm yerinə yetirən zaman mənfəət əldə 
edilməsində sərf ediləcək xərcləri dövlət öz üzərinə götürür, buna görə 
onlara inzibati hüquq normalarının tətbiq edilməsi düzgün sayılmır. 
Məsələn,  taxıl  məhsullarını  yetişdirən  kəndli,  taxılı  üyüdüb  un 
edən  dəyirmançı,  çörək  bişirən  çörəkçi  xalqa  xidmət  etməklə  öz 
funksiyalarını həyata keçirir. 
Beləliklə,  yuxarıda  qeyd  edilən  3  kateqoriyalı  inzibati  hüquq 
dairəsi biri digərindən fərqlənir, bura daxil olan ordu, məhkəmə, poçt və 
s. dövlət idarəetmə orqanlarının inhisanndadır. 
İkinciyə  daxil  olanlar isə məktəblər,  tibbi  müalicə  müəssisələri, 
mənzil fondu, nəqliyyat və s. dövlət idarəetmə aparatının müəssisələridir. 
Üçüncü  xidmət  orqanları  isə  öz  fəaliyyətlərini  həyata  keçirən 
zaman  bir  sıra çətinliklərlə  üzləşəndə,  onda  dövlət orqanları  onlann  bu 
çətinlikdən qurtarmalarına köməklik göstərir. 
Beləliklə, Fransada inzibati hüquq digər hüquq sahələrindən ona 
görə fərqlənir ki, o özündə ümumi normalar sistemini yaradır. 
Birinci suala yekun vurmamışdan əvvəl qeyd etmək lazımdır ki, 
Azərbaycan  Respublikasının  hüquq  sistemini  təşkil  edən  hüquq 
sahələrindən  biri  də  «inzibati  hüquq»  sahəsidir.  İnzibati  hüququn 
nizamasalma predmetini, əsasən dövlət idarəetməsi, icra hakimiyyətinin 
təşkili  və  həyata  keçirilməsi  prosesində  yaranan  ictimai  münasibətlər 
təşkil edir. 
İnzibati  hüquqda  dövlət  idarəedilməsinin  əsas  xüsusiyyətləri: 
dövlətin sosial mədəni və iqtisadi fəaliyyətə bilavasitə operativ rəhbərliyi 
həyata  keçirməsindən,  dövlət  idarəetməsinin  dövlət-hakimiyyət 
xarakterli  olmasından,  dövlət  idarəetməsinin  xüsusi  subyektlərinin 
mövcudluğundan,  dövlət  idarəetməsinin  nəzarət  altında  olmasından  və 
qanun əsasında həyata keçirilməsindən ibarətdir. 
İnzibati  hüququn  məqsədləri  insan  və  vətəndaşların  hüquq  və 
azadlıqlarının  təmin  olunmasından;  icra  hakimiyyətinin  demokratik 
təşkilinin təmin edilməsindən; icra hakimiyyəti fəaliyyətinin effektivliyi 
üçün şərait yaradılmasından; vətəndaşların və onların birliyinin hüquq və 
azadlıqlannm  həyata  keçirilməsi  üçün  idarəetmə  sahəsində  şəraitin 
yaradılmasından;  vətəndaşların  və  cəmiyyətin  inzibati  özbaşınalıqdan, 
sui-istifadədən,  diqqətsizlikdən,  səlahiyyətsizlikdən,  səriştəsizlikdən, 
dövlət  idarəetmə  orqanlarının  özbaşınalığından,  müdafiəsinin  təmin 
edilməsindən ibarətdir. 
12 


Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinin  1-ci 
maddəsinə əsasən: 

 
izibati  xətalar  qanunvericiliyi  İnzibati  Xətalar  Məcəlləsindən 
ibarətdir; 

 
Azərbaycan Respublikasının Konstitusiyasına və hamılıqla qəbul 
edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır; 

  inzibati  məsuliyyət  müəyyən  edən  və  inzibati  xətalar  törətmiş  şəxsin 
tənbeh  edilməsini  nəzərdə  tutan  qanunlar  yalnız  İnzibati  Xətalar 
Məcəlləsinə daxil olduqdan sonra tətbiq edilir. 
Azərbaycan  Respublikasında  əmlakla  bağlı  mübahisələr  yalnız 
Mülki-Prosessual,  cinayət  hadisələri  isə  Cinayət  -  Prosessual 
qanunvericilikləri ilə tənzimlənir. 
Əmək münaqişələri Əmək Məcəlləsi ilə tənzimlənir və s. 
§ 2. Maddi hüquq normalarının anlayışı vd mohkamə 
yurisdiksiyasının ikiliyi 
Maddi hüquq normalannm ikililiyinin mahiyyəti ondan ibarətdir 
ki,  müəssisələrdə  çalışan  işçilərdən  müdiriyyət,  idarəetmə  orqanlarında 
çalışanlar  isə  məmurlardan,  agentlərdən  ibarət  olmaqla  onlardan 
idarəetmə orqanlarının rəhbərləri istifadə edirlər. 
Müəssisələrdə  çalışan  işçilərin  hüquqlan  Əmək  Məcəlləsi 
normaları  ilə  tənzimləndiyi  halda,  dövlət  qulluqçulannm-məmurlannm 
hüquqi  statusları  digər  normativ  aktlarla  tənzimlənir.  Eyni  zamanda, 
xüsusi mülkiyyət formaları isə Mülki Məcəllə ilə tənzimlənir. Fransada 
xüsusi mülkiyyətlə yanaşı, dövlət mülkiyyəti də mövcuddur və fəaliyyət 
göstərir. Bu zaman o özü ümumi (ictimai) əmlak anlayışı ilə çıxış edir, 
eyni  zamanda  dövlətin  inzibati  idarəetməsində  mülki  hüquqla 
tənzimlənən əmlaka malikdir. 
Məsələn,  xüsusi  mülkiyyət  sahəsində  əmlak  sahiblərinin 
ixtiyarında  saxlanılır  və  həmin  əmlakın  satışını  sahib  özü  təşkil  edir. 
Dövlətə məxsus əmlakın satılması isə qanunla qadağan edilir. 
Müqaviləyə gəldikdə isə, o, dövlət idarəetmə orqanlarının adma 
bağlanılır, xüsusi hüquq normalarına əsasən həmin müqavilələr inzibati 
müqavilələr  adlanır.  Həmçinin  bu  müqavilələrin  bir  hissəsi  mülki 
hüquqla, digər hissəsi isə ticarət normaları ilə də tənzimlənir. 
Bağlanmış  müqavilələr  əsasında  meydana  çıxan  mübahisələr 
üzrə, Fransa qanunvericiliyi əsasında, məsuliyyət iki recim vasitəsilə həll 
edilir. Fərdi şəxslər arasında yaranmış mübahisələr mülki hüquq 
13 


la; dövlət və vətəndaşlar arasında yaranan mübahisölər isə inzibati hüquq 
recimi ilə tənzimlənir. 
Maddi  hüquq  normalarını  təşkil  edən  mübahisələr  məhkəmələr 
tərəfindən həll edilir. 
İnzibati işlər üzrə məhkəmə ali məhkəmə orqanlarından bir sıra 
cəhətlərlə fərqlənir. 
Ali  məhkəmə  orqanları  konstitusiya  və  orqanik  qanunlarla 
müəyyən  edilmiş  qaydada  həyata  keçirilir  və  onlar  xüsusi  statusa 
malikdirlər. 
İnzibati  işlər  üzrə  məhkəmələr  isə  məmurların  xüsusi  statusuna 
malikdirlər.  Deməli,  bu  hər  iki  məhkəmə  ayrı-ayrı  normativ  aktlar 
əsasında öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. 
Ali məhkəmə instansiyaları, yalnız mübahisə və münaqişələri həll 
edir, inzibati işlər üzrə hakimlər isə iki cür səlahiyyətlərə malikdir. Onlar 
tərəfindən  hər  hansı  bir  məsələyə  hüquqi  rəy  verilir,  axırıncı  halda 
hökumət və məhkəmə orqanları yanında konsultativ funksiyalara malik 
orqanlar olur. 
Nəhayət,  hər  iki  hakimlər  biri  digərindən  prosessual  qaydada 
fərqlənir,  belə  ki,  ədalət  məhkəməsinin  qolları  hüququn  müxtəlif 
normalarına əsaslanır. 
Məsələn,  inzibati  işlər  hakimləri  öz  funksiyalarını  yerinə 
yetirərkən  ümumi  mülki  hüquq  normalarından  da  istifadə  edirlər.  Bəzi 
hallarda elə məsələlər meydana çıxır ki, onların mülki hüquq normaları 
ilə  araşdırılması  mümkün  olur,  bu  da  işin  obyektiv  həll  edilməsi 
deməkdir.  Ali  məhkəmələrdə  isə  bəzən  elə  bir  vəziyyət  yaranır  ki, 
məsələlərin  həll  edilməsi  üçün  inzibati  hüquq  normalarından  istifadə 
edilməsi vacib sayılır. 
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə 
əsasən mülkiyyət: 

 
Dövlət  mülkiyyəti,  xüsusi  mülkiyyət  və  bələdiyyə  mülkiyyəti 
növündən ibərətdir. 
•  Azərbaycan  Respublikasında  mülkiyyət  toxunulmazdır  və  dövlət 
tərəfindən müdafiə olunur. 

 
Mülkiyyətdən  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları, 
cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə 
edilə bilməz. 
Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə 
əsasən,  məhkəmə  hakimiyyətini  ədalət  mühakiməsi  yolu  ilə  yalnız 
məhkəmələr həyata keçirirlər. 
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konsti 
14 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə