Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə14/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

runması  kimi  mühüm  siyasi  funksiyanı  yerinə  yetirir.  Departamentin 
polisi onun sərəncammdadır, təbii fəlakətlər, xüsusi irimiqyaslı qərarlarla 
əlaqədar  iğtişaşlar  baş  verdikdə  və  ciddi  çətinliklər  yarandıqda  onun 
qarşısının  alınmasına  və  ictimai  asayişin  qorunub  saxlanmasına 
cavabdehdir.  Respublika  komissarı  yuxarıda  qeyd  edilənlərdən  əlavə, 
inzibati  idarəetmə  funksiyalarını  da  yerinə  yetirir.  O,  idarəetmə 
məsələlərinə dair tənzimləyici aktlar və qərarlar qəbul etmək hüququna 
da  malikdir.  O,  çoxsaylı  inzibati  komissiyalara  sədrlik  edir,  ərazi 
idarəetmə  kollektivlərinin  fəaliyyəti  üzərində  inzibati  nəzarəti  həyata 
keçirir. Nəhayət, 
0
, iqtisadi və sosial inkişaf məsələlərində nəzərə çarpan 
rol  oynayır  və  onun  bu  rolu  getdikcə  güclənir.  Məsələn,  yerli  inikşaf 
proqramlarının  inkişafına  təsir  göstərir,  sənayenin  desentralizasiyası 
məsələlərini  həll  edir,  departamentdə  məşğulluq  problemi  və  ərazi 
abadlaşdırılma tədbirləri ilə məşğul olur. 
Yuxarıda qeyd edilən vəzifləri yerinə yetirmək üçün Respublika 
komissarlarının və komissar müavinlərinin sərəncamında prefektura və 
suprefektura xidmətləri fəaliyyət göstərirlər. Dövlət periferiya xidmətləri 
müxtəlif nazirlərin icra xidmətlərindən ibarətdir. Bu xidmətlər mərkəzi 
idarəetmə  aparatının  siyasətini  yerlərdə  həyata  keçirir,  onların  icra 
edilməsi üçün gündəlik qərarlar qəbul edirlər. 
Məsələn,  poçt  idarəsi  bu  xidmətlərdəndir.  Poçt  xidmətləri 
periferiya  xidmətlərinə  aiddir.  Poçt,  telefon  və  teleqraf  rabitəsi  üzrə 
mərkəzi  idarəetmə  aparatı  bağlamaların,  sifarişlərin  və  məktubların 
göndərilməsinə  dair  sərəncamlar  hazırlayır,  poçt  administrasiyasının 
ümumi  büdcəsinə  xidmət  göstərir,  poçt  tarifləri  ilə  əlaqədar  qərarlar 
qəbul  edir.  Bu  qərarların  yerinə  yetirilməsini  Periferiya  poçt  şöbə 
müdirləri təmin edirlər. 
Maliyyə  idarələri  Maliyyə  Nazirliyinə  tabedirlər.  Maliyyə 
Nazirliyinin  mərkəzi  aparatına  vergilər  haqqında  hüquqi  aktlar 
hazırlayan və onların icrasını təmin edən baş vergilər idarəsi mövcuddur. 
Yerlərdə  vergilərin  miqdarını  müəyyən  edən  inspektorlar  və  vergi 
yığanlar fəaliyyət göstərirlər. 
Müxtəlif nazirliklərin periferiya xidmətləri abadlıq işlərini, kənd 
təsərrüfatı, sanitariya və sosial təminatlı tədbirləri həyata keçirir, yerlərdə 
bu tədbirləri departamentlər vasitəsilə başa çatdırırlar. 
Periferiya  xidmətlərinə,  departament  direktorlarına  dövlət  mə- 
nıurlan rəhbərlik edirlər. 
Periferiya  xidmətləri  ierarxiya  üzrə  mərkəzi  idarəetmə 
orqanlarına tabe edilmişlər və bu ierarxiya üç formada təzahür edir. 
İlk növbədə aşağı orqanların qərarları mərkəzi idarəetmə apa 
42 


ratı və yaxud nazir tərəfindən ləğv edilə və dəyişdirilə bilər. 
Bu orqanlara mərkəzi idarəetmə  aparatı tərəfindən hər hansı bir 
məsələnin həll edilməsi üçün göstərişlər verilir. Bu göstərişlərlə əlaqədar 
olaraq, Periferiya xidmətləri qarşıya qoyulan məsələlərin həll edilməsini 
həyata keçirirlər. 
Həmin  göstəriş  məktublarda  yeni  verilmiş  normativ  aktların 
icrasının  təmin  edilməsi  və  nazirin  siyasi  xəttinə  dönmədən  əməl 
olunmasında öz əksini tapır. 
Nəhayət,  ierarxik  qarşılıqlı  əlaqələrin  digər  metodu  -  nazirə  və 
mərkəzi idarəetmə aparatına tabe olan baş inspektorlar vasitəsilə onların 
xidmətləri  yoxlanılmasıdır.  Eyni  zamanda  da  bu  yolla  nazirin  müvafiq 
göstərişlərinin yerlərə çatdırılması təmin edilir. 
Periferiya  xidmətlərinin  strukturu  mərkəzi  idarəetmə  aparatının 
strukturuna  nisbətən  sabit  olur.  Departamentin  baş  idarələri  və 
nazirliklərdə  aparılmış  yenidənqurma  tədbirləri  zamanı  bəzi  nazirliklər 
birləşdirilmişdir, nəticədə ştat cədvəlində dəyişikliklər edilmiş və bir sıra 
qulluqçular ixtisara düşmüşlər. 
Periferiya  xidmətləri  artıq  tamamilə  Prefeklərin  varisliyinə 
verilərək Respublika komissarlarına tabe edilmişdir. 
§ 3. Xüsusi Periferiya xidmətləri ilə respublika komissarları arasında 
yaranan münasibətlər 
Periferiya  xidmətləri  öz  nazirliyinin  və  mərkəzi  idarəetmə 
aparatının nəzdində qalırlar, lakin onlar həm də departament rəhbərinə, 
Respublika komissarlarına tabedirlər. 
1852, 1926, 1953 və 1964-cü illərdə dekonseptrasiya aktları qəbul 
edilmişdir.  Bu  aktlar  prefektin  təcrübədə  etinasızlığa  məruz  qalan  rolu 
barədə verilən sənədlərdir. 
1982-ci  il  islahatının  əhəmiyyətini  başa  düşmək  üçün  ən  əvvəl 
1964-cü  il  tarixli  dekretlə  yaradılmış  olan  sistemi  xatırlatmaq  yerinə 
düşərdi; həmin dekretə əsasən prefektin hakim rolu ondan ibarət idi ki, 
Prefekt departamentdə dövlət hakimiyyətinin daşıyıcısıdır. Bu məqsədlə 
o, qanunların və hökumət qərarlarının icrasına göz qoyan, Prefekt nazirini 
təmsil edən dövlət nümayəndəsidir. O, nazirlərin gös- rərişlərinə əsasən, 
dövlətin  mülki  administrasiyası  departament  xidmətlərinin  fəaliyyətini 
stimullaşdırır  və  əlaqələndirir,  xidmətlərin  həyata  keçirilməsi  üçün 
məmurların fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir. 
Prefekt departamentdə bütün məmurların və dövlət xidmətçilə 
43 


rinin  rəhbəridir.  Yuxanda  qeyd  olunanlardan  görünüt"  ki,  Prefektin 
səlahiyyətləri artmamış, yalnız onun xidmət dairəsi genişlənmişdir. 
Dekretdə Prefektin hakim rolunu hüquqi cəhətdən əsaslandırmaq 
üçün  bir  sıra  müddəaları  nəzərdən  keçirək:  əvvəllər  idarəetmə 
qərarlarının  qəbul  edilməsi  səlahiyyətləri  departamentlərdə  dövlət 
Periferiya  xidmətlərinə  verilmişdi.  Hal-hazırda  isə  bu  saləhiyyətlər 
Prefek-  tə  verilmiş,  o  cümlədən  maliyyə,  təhsil,  ədliyyə,  ordu  kimi 
mühüm xidmətlər də Prefekin sərəncamına keçmişdir. 
Dekretdə  nəzərdə  tutulur  ki,  Prefektlər  tabeliyində  olan 
xidmətlərin  fəaliyyətlərini  departament  xidmətlərinin  rəhbərliyinin 
fəaliyyətinə  həvalə  edə  bilər.  Məsələn,  kənd  təsərrüfatı  və  abadlıq 
xidmətləri və s. 
-
 
14  mart,  1964-cü  il  tarixli  dekretə  əsasən,  dövlət  qulluqçuları, 
departament xidmətlərinin rəhbərlərinə bir vəzifə olaraq tapşırılmışdır ki, 
onlar  öz  mərkəzi  idarəetmə  aparatı  ilə  yalnız  Prefekt  vasitəsilə  əlaqə 
saxlamalıdırlar.  Bu  ona  görə  vacib  hesab  edilir  ki,  Prefekt  mərkəzi 
idarəetmə aparatı ilə departament xidmətləri arasında gedən işlərdən və 
islahatlardan  xəbərdar  olsun.  Prefekt  ixtisaslı  əməkdaşlar  qrupunun 
köməyi  ilə  dondurulan  yazışmaları  oxuyur,  öyrənir  və  lazım  gəldikdə 
onlara rəy verir. 
Məktublaşma  idarəçilik  fəaliyyətində  mühüm  yer  tutsa  da,  bəzi 
hallarda  Prefektin  xəbəri  olmadan  digər  vasitələrdən  də  istifadə  edilir. 
Buna görə də departament xidmətinin rəhbəri Prefektdən xəbərsiz olaraq 
mərkəzi  idarəetmə  aparatına  telefonla  zəng  vuraraq  bir  sıra  göstərişlər 
alır. 
-
 
26  sentyabr,  1953-cü  il  tarixli  dekretə  əsasən,  Prefekt 
departament  xidmət  rəhbərlərinin  xidmətlərini  qiymətləndirmək 
hüququna malikdir, bu öz mahiyyətinə görə ən üstün hüquqlardan biridir. 
Xidmət rəhbərləri öz nazirlikləri və  mərkəzi aparatın işçiləri ilə 
bütün  məsələlərlə  bağlı  əlaqə  saxlayır.  Prefekt  xidmət  rəhbərlərinin 
işlərinə qiymət verməklə yanaşı, onlar barədə aldıqları bütün məlumatları 
onların barəsində olan dosyelərinə əlavə edirlər. 
Dekonsentrasiya  və  desentralizasiya  sahəsində  görülən  tədbirlər 
Respublika  komissarları  olmuş  Prefektlərə  xüsusi  periferiya  xidmətləri 
arasında münasibətlərin dəyişməsinə səbəb oldu. 
Prefektlərin  səlahiyyətlərinin  bir  qismi  dövlətdən,  bir  qismi  isə 
departament  və  regionlarda  icra  hakimiyyətinin  həyata  keçirilməsi  ilə 
əlaqədar ortaya çıxır. 
Region  haqqında  geniş  danışmaq  olar,  çünki  dövlətin  inzibati 
quruluşunu regionlar təşkil edirlər. 
44 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə