Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


§2. Markazi va yerli idaraetma orqanlarının anlayışı



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə13/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

§2. Markazi va yerli idaraetma orqanlarının anlayışı, 
salahiyyatlari 
Fransada mərkəzi dövlət idarəetmə aparatı nazirliklərin periferiya 
xidmətlərindən fərqlənirlər. Prinsipial əhəmiyyətə malik olan bu fərq heç 
vaxt diqqət mərkəzində olmamış və dəqiq müəyyənləşdirilməmişdir. 
Mərkəzi idarəetmə aparatı ilə periferiya xidmətləri arasında aşkar 
edilə bilən yeganə hüquqi fərq ondan ibarətdir ki, dövlət qulluqçuları şəxsi 
statusa  malikdirlər  və  işə  qəbuletmə,  xidmətdə  irəli  çəkilmə  qaydaları 
dövlət qulluqçularına mənsubdur. 
Mərkəzi  idarəetmə  aparatlarının  ali  dövlət  qulluqçuları  milli 
inzibati  idarəetmə  məktəbinin  məzunları  sırasından  seçilirlər.  Mərkəzi 
idarəetmə  orqanları,  adətən,  Parisdə  yerləşir.  Bəzi  hallarda  isə  coğrafi 
quruluşlara  görə  inzibati  desentralizasiya  çərçivəsində  bəzi  idarəetmə 
orqanları əyalət şəhərlərində yerləşirlər. Xarici İşlər Nazirliyinin ayrı- ayrı 
idarələri  Hant  şəhərində.  Müdafiə  Nazirliyinin  bir  hissəsi  olan  pesiya 
xidmətləri  Lapoşelidə  yerləşir.  Əksinə,  bəzi  nazirliklərin  periferiya 
xidmətləri Paris şəhərində yerləşir. 2 mart, 1982-ci il tarixli qanuna əsasən 
inzibati  ərazi  bölgüsü  aparılmış,  regionlarda  yerli  idarəetmə  orqanları 
dövlətin  ümumi  hüquq  normalarına  tabe  edilmişdir.  Yeni  inzibati  ərazi 
bölgüsündə əvvəlcə kommuna, ondan sonra Kon- ton, mahal departament 
və  nəhayət,  regionlar  gəlir.  Konton  və  mahal  hazırda  tənəzzül  dövrünü 
yaşayır, regionlar isə əksinə inkişaf edirlər. Bu sistemdə əsas vəsilə olaraq 
departament qalır. İngiltərədə belə hesab edirlər ki, onların bütün islahat 
layihələri sabit vəsilə kimi Fransız departamentinə uyğun olan vəsilədir. 
Fransada departament inqilab dövründə o zamankı coğrafi şəraiti 
nəzərə almaqla yaradılmışdır, lakin son 160 il ərzində departament dövlət 
idarəetməsinin başlıca vəsiləsi olaraq qalmaqdadır. 
Dövlət periferiya xidmətlərinin təşkili barədə 22 iyul, 1982-ci il 
tarixli qanunla onların səlahiyyətlərinə dair bəzi dəyişikliklər edilmiş və 
onların  səlahiyyətlərinin  bir  hissəsi  kommunalara,  departamentlərə  və 
regionlara verilmişdir. 
7  yanvar,  1983-cü  il  tarixli  qanunla  kommunalar,  departa- 
mentlər, regionlar və dövlət arasında səlahiyyətlər bölüşdürülür. Bununla 
da  dekonsentrasiya  və  desentralizasiya  tədbirlərinin  köməyi  ilə  köklü 
surətdə onların strukturları dəyişdirilir. 
1982  -  1983-cü  illərdə  aparılan  islahatlar  nəticəsində  idarəetmə 
orqanları sisteminə prefektura və xüsusi periferiya xidmətləri daxil 
39 


edildi ki, bununla da onların statusu və funksiyaları dəyişdi. 
Prefekturanın  anlayışı  onunla  müəyyən  edilir  ki,  onlar  dövlət 
qulluqçularının kateqoriyasını, onların səlahiyyətlərini və departa- ment 
xidmətlərini  əhatə  edənlərdəndir.  Prefektura,  əslində,  özü  aldadıcı 
ifadədir, ona görə ki, dövlət qulluqçularının iki kateqoriyasını prefektlər 
və  prefekt  təmsilçiləri  təşkil  edirlər,  onların  fəaliyyət  statusu,  dövlət 
qulluqçularının ümumi statusuna əsasən tənzimlənir. Bu status 4 fevral, 
1959-cu il tarixli ordonansla və həmin ilin 14 fevral tarixli iki dekreti ilə 
və 11 yanvar, 1984-cü il tarixli qanunla əvəz olunmuş dekretlərlə təsdiq 
edilmişdir.  Həmin  aktlara  uyğun  olaraq  qulluqçuların  müxtəlif 
kateqoriyaları xüsusi statuslarla təşkil edilmişdir. 
Həm  prefektura,  həm  də  xüsusi  periferiya  xidmətləri  üçün 
istisnalar mövcuddur, ümumi qaydalara görə ən çox istisna prefektlərə və 
prefekt təmsilçilərinə aid edilir. 
Prefekt təmsilçilərinin statusu müasir dövrdə də 14 mart, 1964- cü 
il  tarixli  dekretlə  tənzimlənir.  Bu  qanuna  əsasən,  prefekt  təmsilçiləri 
qulluqçulardan,  mülki  məmurlardan  və  digər  kateqoriyahlardan, 
0
 
cümlədən milli inzibati məktəbin məzunları arasından seçilirlər. 
1982-ci  ildən  etibarən  Respublika  komissarlarının  müavinləri 
adlandınlan  prefekt  təmsilçiləri  vəzifə  tutmaqla,  suprefekturalarm 
başında durur, yəni departamentdən sonra gələn ərazi vahidinə - nahiyədə 
fəaliyyət göstərən xidmətlərə rəhbərlik edir. 
Onlar  departament  səviyyəsində  Respublika  komissarlarının 
kabinet direktoru  və  ya  rəisi,  yaxud prefekturanın  baş  katibi  vəzifəsini 
tuta bilirlər. 
Prefektlər  azefekturalara  başçılıq  etməklə  öz  vəzifələrini 
departament  miqyasında  yerinə  yetirirlər.  Paris  şəhərində  bu  vəzifələr 
Parisin prefekti ilə polis prefektləri arasında bölüşdürülür, Onlar həmin 
vəzifələrə Nazirlər Şurasının dekreti ilə təyin edilirlər. 
Prefektlərin ümumi sayından beşdə dördü prefekt təmsilçiləri və 
yaxud  mülki  məmurlar  sırasından  seçilir.  Prefektlərin  seçkisi  mərkəzi 
orqanların mülahizələri əsasında aparılır, prefektə seçilənlər vəzifələrinin 
siyasi xarakter daşımasını dərk edirlər. 
Dövlət qulluqçularının belə kateqoriyaları hökumətin mülahizəsi 
ilə  vəzifəyə  təyin  olunur,  xidmətdə  irəliçəkilmə  məsələsində  onların 
xidmət göstəriciləri nəzərə alınır. Məsələn, prefekt qəzet oxuyarkən və 
yaxud  radioya  qulaq  asarkən  xəbər  tutur  ki,  onun  vəzifəsinə  xitam 
verilibdir. Bu zaman prefekt öz vəzifələrinin icrasını təmin etmir, lakin öz 
üstünlüklərinin (o cümlədən maaş almaq) bir hissəsini saxlayır. 
40 


Prefektlərin  sosial  və  siyasi  hüquqları  dövlət  qulluqçularına 
nisbətən məhdudlaşdırılmışdır. Məsələn, dövlət qulluqçularının statusuna 
əsasən,  onlar  həmkarlar  ittifaqları  ilə  birləşmək  hüququna  malikdirlər, 
Prefektlərə isə belə hüquqlar verilməmişdir. Prefektlərdə İntizam Şurası 
mövcud deyildir. Onlar intizam xarakterli tədbirlərə cəlb edildikdə yalnız 
hakimiyyətin dekreti və ya qərarlarına əsasən tətbiq edilir. Onlar barədə 
iddia qaldırılması meydana gəldikdə bu iddia barədə onlara qabaqcadan 
məlumat  verməlidir,  çünki  verilmiş  iddiaların  Prefektlər  tərəfindən 
məhkəmədə  və  Dövlət  Şurasında  rədd  edilməsi  və  ya  özünə  bəraət 
qazandırması üçün sübutlar toplamaqdan ötrü onlara vaxt verilir. 
Dövlət qulluqçularının şəxsi dosyelərində onların siyasi, fəlsəfi və 
yaxud dini baxışları göstərilmir, dosyelərə əlavə edilmir, dosyelərə ancaq 
xidmət  ilə  bağlı  məlumatlar  əlavə  edilir.  Bu  da  ona  görə  edilir  ki, 
xidmətdə irəli çəkiləndə və yaxud intizam tədbirləri tətbiq olunan zaman 
şəxs haqqında obyektiv qərar qəbul edilsin. 
Desentralizasiyanı nəzərdə tutan 1982-ci il islahatı nəticəsində bir 
sıra prefektlər və prefekt təmsilçiləri departamentlərdə baş katib və yaxud 
intizam orqanlarının direktoru vəzifələrinə təyin edilir. 
«Prefekt» və «prefekt təmsilçiləri» terminləri 1982-ci ilədək ikili 
xarakter daşıyırdı, eyni zamanda onlar idarəetmədə də müvafiq vəzifəni 
tuta bilərdilər. 10 may, 1982-ci il tarixli dekretdə onun adı dəyişdirilib, 
region  və  departament  səviyyəsində  Respublika  komissarları,  nahiyə 
səviyyəsində isə Respublika komissarlarının müavinlərinə həvalə edildi. 
Necə 
adlandırılmasından 
asılı 
olmayaraq. 
Respublika 
komissarlarının rolu 1958-ci il Fransa Konstitusiyasının 72-ci maddəsinin 
3- cü paraqrafı ilə müəyyən edilmişdir: «Departamentlərdə və ərazilərdə 
hökumət  təmsilçiləri  milli  mənafeləri  qoruyub  saxlamaqla  idarəetmə 
sahəsinə  nəzarəti  həyata  keçirməli,  qanunlara  riayət  olunmasını  təmin 
etməlidirlər.  2  mart,  1982-ci  il  tarixli  qanuna  əsasən  komissar  «Depar- 
tamentdə (və yaxud regionda) dövlət təmsilçisi və hökumət təmsilçilərini 
əvəz  etməklə,  dövlət  xidmətlərinə  rəhbərlik  edir,  milli  mənafelərin 
qorunmasına, qanunlara riayət olunmasına, ictimai asayişin qorunmasına 
və idarəetməyə nəzarətin həyata keçirilməsinə cavabdehdir». Təcrübədə 
Respublika komissarının həyata keçirdikləri funksiyalar daha da mü.xtəlif 
olur.  Komissar  hökumətin  informatoru  kimi  mühüm  rol  oynayır.  O, 
departamentdə  xüsusi  seçki  komissiyaları  dövründə,  yaxud  xalq 
iğtişaşları zamanı hökumətə məlumat verir. O, seçkilər zamanı da mühüm 
rol oynayır. Nəhayət, o, ictimai asayişin qo 
41 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə