Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Partlayış-yanğın təhlükəli obyektlər yanğın təhlükəsizliyi işarələri və plakatları ilə  təchiz olunmalıdır.  2.1.33



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə12/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   8   9   10   11   12   13   14   15   ...   244
Neft qaz yangin tehlukesizlik

2.1.32
Partlayış-yanğın təhlükəli obyektlər yanğın təhlükəsizliyi işarələri və plakatları ilə 
təchiz olunmalıdır. 
2.1.33
İstehsalat otaqları və avadanlıqlar vaxtaşırı tozdan və digər yanar materiallardan 
təmizlənməlidir. Təmizlənmə müddəti texnoloji reqlamentə və ya sex təlimatına əsasən təyin 
olunmalıdır. İntensiv sürətdə toz halında olan maddələrin yığıldığı yerlərdə yanğın təhlükəliliyi 
gösətəriciləri müəyyən olunmalıdır.
2.1.34
İşçilərin xüsusi geyimləri vaxtında yuyulmalı və təmir edilməlidir. Müəssisənin 
müdriyyəti tərəfidən hər bir sex (istehsalat əməliyyatı) üçün çirklənmiş xüsusi geyimlərin təmizi 
(yenisi) ilə əvəz olunması müvafiq qaydada həyata keçirilməlidir.
2.2 İşçi zonanın hava mühitinə nəzarətin təşkili 
2.2.1
Partlayış təhlükəli buxar və qazların yığılması ehtimalı olan istehsalat otaqlarının, xarici 
qurğular yerləşən ərazilərin hava mühitinə daimi nəzarət təşkil olunmalıdır. 
2.2.2 
İşçi zonaların hava mühitinə nəzarət neft sənayesi müəssisələrində hava mühitinə 
nəzarə-tin aparılmasına dair sahə təlimatlarına əsasən təşkil olunmalıdır. 
2.2.3
İstehsalat otaqlarının və xarici qurğular yerləşən işçi zonaların hava mühitinə nazərət 
etmək üçün qəza ventilyasiya sisteminə bloklanmış avtomatik siqnalizasiya sistemləri nəzərdə 
tutulmalıdır. 
Siqnalizasiya sistemləri işıq və səs xəbərvericiləri ilə təchiz olunmalıdır. İşçi zonanın hava 
mühitində neft buxarlarının və qaz-hava qarışıqlarının miqdarı yol verilən həddən yüksək 
olduqda siqnalizasiya sistemi işə düşməlidir. 
Qeyd: stasionar siqnalizasiya sistemi ilə yanaşı səyyar siqnalizatorların istifadəsinə icazə 
verilir. 
2.2.4
İşıq və səs siqnalizasiyası xidməti heyətin iş yerlərinə, mərkəzi və yaxud yerli idarəetmə 
məntəqələrinə verilməlidir. 
2.2.5 
Partlayış təhlükəli otaqlarda, zonalarda quraşdırılan xəbərvericilər, siqnalizasiya qurğu-
ları otaqlarda və xarici qurğular yerləşən zonalarda yarana biləcək partlayış təhlükəli 
qarışıqların qrupuna və kateqoriyasına uyğun olmalıdır. 
2.2.6
Buxar və qazların partlayış həddinə qədər (aşağı partlayış həddini) qatılığını təyin edən 
stasionar siqnalizasiya vasitələrinin quraşdırılması neft sənayesi müəssisələrinin istehsalat 
otaqlarında stasionar qaz analizatorlarının və siqnalizatorların quraşdırılma tələblərinə uyğun
aparılmalıdır. 
2.2.7 
Stasionar avtomatik siqnalizatorlar olmadıqda işçi zonanın hava mühitinə nəzarət müəy-
yən olunmuş cədvəl üzrə daşınan yarımavtomat siqnalizasiya cihazları ilə, ekspress-analiz üsulu 
ilə və yaxud fiziki-kimyəvi üsulla həyata keçirilməlidir.



Partlayış təhlükəli qazların, buxarların, tozların yığılma ehtimalı olan yerlərdən hava 
nümunəsinin götürülməsi sexin nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir. 
2.2.8
İşçi zonaların hava mühitinə vaxtaşırı nəzarəti müəssisənin, sexin sənaye-sanitariya və ya 
kimyəvi laboratoriyası, həmçinin qaz-qəza xilasetmə xidməti və ya xüsusi yaradılmış qruplar 
tərəfindən aparılmalıdır. 
Ayrı-ayrı hallarda istehsalat zərurəti ilə bağlı, işçi zonanın hava mühitinə nəzarəti aparmaq 
üçün obyektin xidməti heyəti cəlb oluna bilər. Bu şəxslər mobil (daşınan) siqnalizatorlarla işləmə 
və hava nümunəsinin götürülməsi qaydalarını bilməli, ixtisasartırma-tarif komisiyyası tərəfindən 
verilmiş vəsiqələri olmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə