Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


İstehsalat bina və tikililəri arasındakı məsafələr qüvvədə olan tikinti normalarının  tələblərinə cavab verməlidir.  2.1.21



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə10/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   6   7   8   9   10   11   12   13   ...   244
Neft qaz yangin tehlukesizlik

2.1.20
İstehsalat bina və tikililəri arasındakı məsafələr qüvvədə olan tikinti normalarının 
tələblərinə cavab verməlidir. 
2.1.21 
Partlayış və yanğın baxımından təhlükəli ayrılmalar (qazların, qaz-hava qarışıqlarının, 
partlayış təhlükəli tozların və s.) olan otaqlardan ayıran divardan keçən transmissiya valları və 
boru xətlərində, bu ayrılmaların başqa otaqlara yayılmasının qarşısını alan kipgəc və kipləşdrici 
qurğular (kipgəc, və s.) nəzərdə tutulmalıdır. 
2.1.22
Yağlanmış, benzin, kerosin və digər yanar mayelərə bulaşmış silgi materialları qapağı 
kip örtülən metal qutularda yığılıb saxlanılmalıdır. İş başa çatdıqdan sonra (və ya növbə təhvil 
verilməzdən əvvəl) qutular yanğından təhlükəsiz yerlərə aparılmalıdır. İstifadəyə yarasız silgi 
materialları obyektin müdirinin və ya sex rəisinin göstərişi ilə, müəssisənin yanğın təhlükəsizliyi 
xidməti ilə razılaşdırılaraq, xüsusi ayrılmış yerlərdə yandırılmalıdır.
2.1.23
Girişlər, çıxışlar, dəhlizlər, tamburlar, stasionar yanğın pilləkənləri, binaların damındakı 
yanmayan çəpərlər, pilləkən qəfəsələri, çardaqlar həmişə saz və təmiz vəziyyətdə saxlanılmalı, 
artıq əşyalarla qalaqlanmamalıdır.
Çardaqlar və dam pəncərələri bağlı saxlanılmalıdır. Pilləkən qəfəsələrində müxtəlif əşyaların 
yığılıb saxlanılması, qaz xətlərinin, tez alışan və yanar mayelər nəql edən boru xətlərinin 
çəkilməsi, həmçinin insanların hərəkətinə mane olan avadanlığın quraşdırılması qadağandır. 
 2.1.24 
Təxliyyə yollarının qapıları binadan çıxışa doğru istiqamətdə sərbəst açılmalıdır. 
Yanğın baş verərdikdə istehsalat və inzibati binalarda olan insanların təhlükəsiz təxliyyəsi təmin 
edilməlidir.
2.1.25
İstehsalat və inzibati binaların zirzəmilərində və kürsülü mərtəbələrində partlayıcı 
maddələrin, təzyiq altında olan (dolu) qaz balonlarının, selluloidin, kinoplyonkaların və digər 
yüksək yanğın təhlükəli maddələrin saxlanılması qadağandır. 
2.1.26 
Hər bir istehsalat binasının və otaqlarının təxliyyə çıxışlarının kon-struksiyası, 
planlaşdırılması və sayı qüvvədə olan tikinti norma və qaydaların tələblərinə cavab verilməlidir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə