Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yanğın-texniki minimum üzrə məşğələlərin təşkil edilməsi və keçirilməsi yanğın-texniki minimum proqramına əsasən aparılmalıdır. 1.5.12



Yüklə 2,46 Mb.
səhifə5/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

1.5.11 Yanğın-texniki minimum üzrə məşğələlərin təşkil edilməsi və keçirilməsi yanğın-texniki minimum proqramına əsasən aparılmalıdır.
1.5.12 YTM proqramı üzrə məşğələlər keçirildikdən sonra işçilərin bilikləri yoxlanılmalıdır. İmtahanın keçirilməsi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir.
1.6 Yanğın zamanı insanların təhlükəsizliyinin təmini
1.6.1 İstehsalat, inzibati, ictimai və digər təyinatlı bina və otaqlarda yanğın baş verərkən insanların təxlyyə planı üzrə təhlükəsiz köçürülməsi təmin olunmalıdır.
1.6.2 Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- bina və otaqların konstruktiv-planlı həlli insanların tez köçürülmə imkanlarının həyata keçirilməsini, yanğının yayılmasının qarşısının alınmasını təmin etməlidir;
- hər bir müəssisədə təxliyyə planı olmalıdır, işçilər həmin planla tanış edilməlidir; təxliyyə planları binaların görünən yerlərində (hər mərtəbədə) asılmalıdır;
- insanların köçürülmə yollarındakı divar və tavanların bəzədilməsində yanar materiallardan, həmçinin səthi yanan və boğucu qazlar ayıran materiallardan istifadə edilməməlidir;
- yanğın və qəza hallarında insanların müvəffəqiyyətlə köçürülməsinə imkan verən xüsusi avadanlıqlar daima saz vəziyyətdə saxlanılmalıdır (təcili xəbərdarlıq sistemi, qəza vəziyyətində işıqlandırma, təhlükəsizlik işarələri);
- işçi heyət yanğının ləğvi və lokallaşdırılması planı ilə tanış olmalı, yanğın baş verən zaman bu plana uyğun hərəkət etməlidir;
- tüstüdən mühafizə sisteminə daxil olan qurğular saz vəziyyətdə saxlanılmalıdır;
- təxliyyə yolları (dəhlizlər, pilləkən qəfəsələri, vestibüllər) gecə vaxtı normativ tələblərə uyğun işıqlandırılmalıdır;
- təmir işləri, elektrik cihaz və qurğularının, isitmə sistemlərinin istismarı zamanı texniki təhlükəsizlik tələblərinə ciddi riayət olunmasına müəssisənin rəhbərliyi tərəfindən daim nəzarət olunmalıdır.

Bölmə II

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə