Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə1/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)


AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ
DAĞ_MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏYİN MÜHAFİZƏSİ VƏ
TƏHLÜKƏSİZLİK
TEXNİKASI ELMİ_TƏDQİQAT İNSTİTUTU /AZDƏMTTETİ/
Neft, qaz və neft kimya sənayesində
Yanğın təhlükəsizliyi Qaydaları
ikinci redaksiya
B A K I – 2012


Bölmə I
1.1.Giriş


1.1.1. Bu Qaydaların tələblərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft, qaz və neft kimya sənayesinin bütün müəssisə və təşkilatları üçün məcburidir.
1.1.2. Bu Qaydaların tələblərinə Dövlət Neft Şirkətinin fəaliyyətdə olan obyektlərinin istismarında, təmirində və yenidən qurulmasında riayət olunmalıdır.
1.1.3.Meşəlik sahələrində yerləşən neft və qaz sənayesi müəssisələrində bu Qaydalardan əlavə AR DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi tərəfindən 15 aprel 2003-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət edilməlidir.
1.1.4. Tikinti-quraşdırma işlərinin aparılmasında “Tikinti-quraşdırma işlərində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət olunmalıdır.
1.1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəssisə və təşkilatlar yanğından icbari sığorta olunmalıdırlar.
1.1.6.Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar xüsusi razılıq (lisenziya) almalıdırlar.


1.2 Ümumi müddəalar


1.2.1 Yanğın təhlükəsizliyinə Dövlət nəzarəti. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan əsas müddəalar
1.2.1.1 Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 №-li Fərmanı ilə qüvvəyə minmiş Azərbaycan Respublikası «Yanğın Təhlükəsizliyi haqqında Qanun»un maddələrinin tələblərini rəhbər tutaraq tərtib edilmişdir.
1.2.1.2 Yanğın təhlükəsizliyi-təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu xalq təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətinin, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılmasını, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğından məhv olmaqdan qorumalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə