Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İdarə və müəssisələrdə yanğın təhlükəsizliyinin təmin olunmasına



Yüklə 2,46 Mb.
səhifə2/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

1.3 İdarə və müəssisələrdə yanğın təhlükəsizliyinin təmin olunmasına
nəzarət. Cavabdeh şəxslərin vəzifələri və məsuliyyəti


1.3.1 ARDNŞ-nin bütün müəssisələrində yanğın təhlükəsizliyinə və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətləri tərəfindən verilən təklif və göstərişlərin yerinə yetirilməsinə bilavasitə həmin müəssisələrin rəhbərləri cavabdehdir.
1.3.2 Ayrı-ayrı obyektlərdə (sexlərdə, laboratoriyalarda, anbarlarda, emalatxanalarda və digər istehsalat sahələrində) yanğın təhlükəsizliyinə həmin obyektlərin rəhbərləri və ya onları əvəz edən şəxslər cavabdehdir.
Hər bir obyektdə görünən yerlərdə yanğın təhlükəsizliyinə məsul şəxslərin vəzifəsi, adı, atasının adı və soyadı yazılmış lövhələr asılmalıdır.
1.3.3 Bu Qaydaların tələblərini pozan təqsirkar şəxslər, həmin pozuntuların xarakterindən və nəticələrindən aslı olaraq mövcud qanunvericiliyə əsasən intizam, inzibati və cinayət məsuliyyəti daşıyır.
1.3.4 Birlik, müəssisə və təşkilatların rəhbərləri aşağıdakı işləri təmin etməlidirlər:
- tabeliyində olan bütün mühəndis-texniki işçilər (MTİ), fəhlələr və qulluqçular tərəfindən bu Qaydaların tələblərinin yerinə yetirilməsini;


1.3.5 Dövlət Neft Şirkətinin tabeliyində olan neft, qaz və kimya sənaye müəssisələrində «Sənaye müəssisələrində və digər obyektlərdə könüllü yanğından mühafizə dəstələrii haqqında Əsasnamə»yə (Əlavə 2) uyğun olaraq könüllü yanğından mühafizə dəstələri təşkil edilməlidir.
Könüllü yanğından mühafizə dəstələrinin şəxsi heyətinin nümunəvi hazırlıq proqramı 3 saylı Əlavədə verilmişdir.
1.3.6 Yanğın–texniki komissiya öz fəaliyyətində bu Qaydalar və «Sənaye müəssisələrində yanğın-texniki komissiya haqqında Əsasnamə”ni rəhbər tutmalıdır. (Əlavə1).
1.3.7 İstehsalat, sex, qurğu, laboratoriya, anbar və digər yanğın təhlükəsizliyinə cavabdeh struktur bölmələrin rəhbərləri:
- istehsalatın texnoloji proseslərini bilməli və yanğın təhlükəsizliyi Qaydalarına əməl etməli;
- xidməti heyətin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinə nəzarət etməli;
- obyektin rəhbərinin və ya baş mühəndisinin yazılı icazəsi olmadan və yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırmadan odlu işlərin aparılmasına icazə verməməli;
- binalara, tikililərə, su mənbələrinə gedən keçidlərin, istehsalat obyektlərinə gedən yolların, həmçinin binalarda keçidlərin, pilləkan qəfəsələrinin, yanğın avadanlıqlarına girişlərin hər hansı bir əşyalarla tutulmasına yol verməməli;
- yanğınsöndürmə vasitə və cihazların hər gün baxışdan keçirməli, onların sazlığını və işə hazırlığını müvafiq təlimatların tələblərinə uyğun yoxlamalı, yanğınsöndürmə avadanlıqlarının təyinatını və onlardan istifadə etmə qaydalarını bilməli;
- yanğın təhlükəsizliyi qaydalarının pozulmasını və yanğın avadanlıqlarında nasazlıq aşkar edərkən, dərhal müəssisənin mühafizə xidmətinə xəbər verməli və nöqsanların aradan qaldırılması üçün tədbirlər görməli;
- qəza nəticəsində yanğın baş verərsə, eləcə də digər səbəblərdən təhlükəli vəziyyət yaranarsa, dərhal yanğınsöndürmə və qəza xilasetmə dəstəsini çağırmalı, eyni zamanda əldə olan güvvə və vasitələrdən istifadə edərək yanğının və ya qəzanın ləğv edilməsinə və insanların köçürülməsinə başlamalıdır.
1.3.8 Müəssisə və təşkilatlarda çalışan hər bir işçi müəyyən edilmiş yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli və yanğına səbəb ola biləcək hərəkətlərə yol verməməlidir.
1.3.9 Hər bir işçi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya yanğınsöndürmə avadanlıqlarının düzgün istifadə edilməsi hallarına rast gələrsə, dərhal bu barədə obyektdə yanğın təhlükəsizliyi üzrə məsul şəxsə məlumat verməlidir.
1.3.10 Ayrı-ayrı obyektlərin və qurğuların tikintisi, təmiri və yenidən qurulması ilə bağlı işlərin yerinə yetirilməsi müqavilə əsasında digər bir təşkilata və ya şəxsə tapşırıldıqda yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi üzrə məsuliyyəti həmin təşkilatın rəhbəri daşıyır. Yanğın təhlükəsizliyinin bütün tələblərinin yerinə yetirilməsinə görə ümumi məsuliyyət isə müəssisə rəhbərlərinin üzərinə düşür.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə