Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İstehsalat obyektlərinin taxta konstruksiyaları odadavamlı tərkibli materiallarla işlənilməlidir. Bu proses vaxtaşırı aparılmalıdır. 2.1.28



Yüklə 2,46 Mb.
səhifə9/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.1.27 İstehsalat obyektlərinin taxta konstruksiyaları odadavamlı tərkibli materiallarla işlənilməlidir. Bu proses vaxtaşırı aparılmalıdır.
2.1.28 Yanğına qarşı divarlarda və örtüklərdə olan aralıqlardan alovun yayılmasının və məhsulların yanmasının qarşısını almaq üçün qoruyucu qurğular quraşdırılmalıdır (yanğına qarşı qapılar, su pərdəsi, qapaqlar, sipərlər, şiferlər, tüstüyə qarşı qurğular).
2.1.29 Yanğına qarşı sədd müxtəlif kommunikasiya xətləri ilə kəsişdiyi yerlərdə əmələ gələn aralıqları yanmayan materialla kip tutmaq lazımdır.
2.1.30 Yerli nəzarət orqanları və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırıl-mış və müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq lahiyə olmadığı halda, istehsalat və xidməti otaqların yenidən planlaşdırılması qadağandır. Yenidən planlaşdırma zamanı tikinti konstruksiyalarının odadavamlılıq həddlərinin aşağı salınmasına və insanların köçürülmə şəraitinin pisləşməsinə yol verilməməlidir. 1, 2, və 3-cü dərəcəli odadavamlı binalarda yanar materiallardan antresollar, arakəsmələr, məişət yerləri, anbarların quraşdırılması qadağandır.
2.1.31 AAM, YM və qazlardan istifadə olunan sexlərdə və laboratoriyalarda, onların iş yerlə-rinə mərkəzləşdirilmiş qaydada daşınması və paylanması təşkil edilməlidir. Bütün hallarda AAM və YM daşınması zamanı xüsusi konstruksiyaya malik təhlükəsiz qablardan (taralardan) istifadə edilməlidir.
Sex anbarlarında AAM və YM, boyaların, həlledicilərin bir yerdə saxlanılması üçün yol verilə bilən maksimum miqdarları normaylara uyğun təyin edilməlidir.
İş yerlərində saxlanılan materialların (istifadəyə hazır şəkildə olan) miqdarı növbə təlabatından artıq olmamalı, onlar saxlanılan qablar kip bağlanmalıdır.
Boyalar, laklar və həlledicilər saxlanılan obyekt anbarlarına olan tələblər qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməlidir.
2.1.32 Partlayış-yanğın təhlükəli obyektlər yanğın təhlükəsizliyi işarələri və plakatları ilə təchiz olunmalıdır.
2.1.33 İstehsalat otaqları və avadanlıqlar vaxtaşırı tozdan və digər yanar materiallardan təmizlənməlidir. Təmizlənmə müddəti texnoloji reqlamentə və ya sex təlimatına əsasən təyin olunmalıdır. İntensiv sürətdə toz halında olan maddələrin yığıldığı yerlərdə yanğın təhlükəliliyi gösətəriciləri müəyyən olunmalıdır.
2.1.34 İşçilərin xüsusi geyimləri vaxtında yuyulmalı və təmir edilməlidir. Müəssisənin müdriyyəti tərəfidən hər bir sex (istehsalat əməliyyatı) üçün çirklənmiş xüsusi geyimlərin təmizi (yenisi) ilə əvəz olunması müvafiq qaydada həyata keçirilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə