Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə137/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   133   134   135   136   137   138   139   140   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

506


7.9.
 
Estetik tərbiyənin kütləviliyi 
Elmi pedaqoji ədəbiyyatda məktəbdənkənar tərbiyə 
müəssisələrində estetik tərbiyənin təşkili məsələləri də öz əksini 
tapır. Dərsliklərdə, dərs vəsaitlərində, monoqrafiyalarda, 
dissertasiyalarda, elmi məqalələrdə bu məsələnin mahiyyəti, 
məqsəd və vəzifələri, həyata keçirilməsi yollan və sair haqqında 
çox dəyərli mülahizələr söylənilir, ideya və müddəalar irəli 
sürülür, dəyərli məsləhətlər verilir. Bu, yaxşıdır. Lakin bəzi 
müəlliflər məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların, 
yeniyetmə və gənclərin estetik tərbiyəsilə bağlı qəti hökmlər 
verirlər. Məsələn, müəllifin biri estetik tərbiyənin həyata 
keçirilməsinin formalannm beş olduğunu, başqa birisi isə on 
olmasını hökm şəklində irəli sürür. Belə çıxır ki, məktəbin 
məktəbdənkənar tərbiyə müəssisələrilə əlaqəsi zamanı estetik 
tərbiyənin təşkili üçün konkret formalar vardır və bu formalardan 
savayı digər formalann müəyyənləşdirilməsinə heç bir ehtiyac 
yoxdur. Unutmaq olmaz ki, məktəbdənkənar tərbiyə müəssisələri 
termininin özündə bir nisbilik vardır. Çünki 50 il bundan qabaq 
məktəbdənkənar tərbiyə müəssisələri deyəndə 5-10 müəssisə 
nəzərdə tutulurdusa, bu gün həmin müəssisələrin sayı yüzlər- 
lədir. İkinci bir tərəfdən məktəbdənkənar tərbiyə müəssisələrində 
uşaqlann, yeniyetmə və gənclərin estetik tərbiyəsinin təşkili 
formalan zaman-zaman dəyişmiş, bəziləri sıradan çıxmış, 
yararsız sayılmış, bəziləri isə öz məzmununu günün aktual 
tələblərinə müvafiq olaraq dəyişmişdir. Ona görə də 
məktəbdənkənar tərbiyə müəssisələrində estetik tərbiyənin 
təşkilindən danışarkən qəti hökmlər vermək olmaz. Bəzi 
mütəxəssislər uşaqlann, məktəblilərin estetik tərbiyəsinin 
təşkilinə konkret sərhədlər qoyurlar. Belə çıxır ki, uşaqlann, 
məktəblilərin estetik zövqlərinin formalaşdınimasmı təlim- 
tərbiyə müəssisələrindən kənarda təşkil etməyin əleyhinə çıxırlar. 
Bizim fikrimizcə, belə bir fikirlə razılaşmaq düzgün sayıla 
bilməz. Əksinə, uşaqlann, məktəblilərin estetik tərbiyəsini 
hərtərəfli inkişaf etdirmək üçün onlan təlim- tərbiyə 
müəssisələrindən kənara çıxarmağın çox mühüm əhəmiyyəti 
vardır. Çünki uşaqlann, məktəblilərin təlim- tərbiyə 
müəssisələrində qazandığı estetik zövq daha geniş auditoriyada 
cilalanır və formalaşır. Ona görə də bu mənada estetik tərbiyənin 
kütləvililiyinin təmin olunması çox vacib amillərdəndir. 
Elmi pedaqoji ədəbiyyatda estetik tərbiyənin kütləviliyi 
507


nin təmin olunması barədə ən çox Avropa, Qərb, xüsusilə rus 
alimləri yazsalar da, Azərbaycan pedaqoqlannm da bu məsələ 
barəsində söylədikləri fikirlərə də rast gəlmək olur. Bizim 
fıkrimizcə, estetik tərbiyənin kütləviliyinin təmin olunmasım iki 
mənada başa düşmək olar. Dar və geniş mənada. Bir var uşaqlar, 
məktəblilər, yeniyetmə və gənclər tərbiyəçinin, müəllimin və ya 
hər hansı bir adamın nəzarəti altında əvvəlcədən planlaşdınimış 
bir şəkildə kinoya, tamaşaya, gəzintiyə, ekskursiyaya, konsertə və 
sairə gedirlər və müəyyən zövqlər qazanırlar. Bir də var ki, onlar 
valideynlərilə, qohum- əqrəbalan ilə gəzintilərə, tamaşalara, 
şou-konsertlərə müstəqil şəkildə gedirlər. Bu zaman onlar həm 
zövq alır, həm özündən yaşlılann bu tədbirləri izləməsinin şahidi 
olur, həmin tədbirlər haqqında görkəınli şəxslərin, hətta dövlət 
adamlarmın fikirlərini müşahidə edir. Bu zaman onlann bəziləri 
bu tədbirlərdən daha çox mütəəssir olur, özü də bu tədbirlərin 
iştirakçısı olmağa cəhd göstərir. Ya kinıəsə gül verir, ya kimdənsə 
avtoqraf alır, ya görkəmli bir incəsənət xadimilə əl- ələ verir, 
ondan təşəkkür qazanır və s. Bu isə estetik tərbiyənin 
kütləviliyinin daha geniş mənada başa düşülməsi deməkdir. 
Bugünkü məktəbli üçün ardıcıl vasitələr artıq bir o qədər 
də maraq doğurmur. Onlar vizual vasitələrin, kompüter 
texnologiyasının, İnternet şəbəkəsinin gücündən istifadə etməyə 
daha çox meyl göstərirlər. Çünki onlar bu vasitələrin köməyilə 
daha çox zövq alır və daha geniş dünyagörüşü qazanırlar. Ona 
görə də onlar dünya şöhrətli estrada ulduzlan, incəsənət 
xadimlərilə görüşməyə^ onlara qulaq asmağa, tamaşa etməyə 
üstünlük verirlər. 
Biz estetik tərbiyənin kütləviliyinin təmin olunması, 
deyəndə əgər bir tərəfdən uşaqlann, yeniyetmə və gənclərin belə 
tədbirlərə cəlb edilməsini nəzərdə tuturuqsa, digər tərəfdən belə 
tədbirlərin özünün respublika miqyasında kütləviləşdirilməsini 
nəzərdə tuturuq. Çünki şəhər mühitində belə kütləviliyin 
paytaxtımızda təşkili nə qədər asandırsa, onlann kənd 
rayonlannda təşkili bir o qədər də çətindir. 
Estetik tərbiyənin kütləviliyindən danışarkən kütləvi 
tədbirlərin formalan haqqında da bir neçə söz deməyə ehtiyac 
duyulur. Məlumdur ki, bu gün şou-konsertlər, şou-proqramlar, 
estrada ulduzlann konsertlərinə daha geniş meydan verilir. Bu 
508


yaxşıdır. Lakin analanmızm laylalan əsasında yaranan 
muğamlanmızla bağlı şou-konsertlərin, kütləvi tədbirlərin təşkili 
və uşaqlann, yeniyetmələrin və gənclərin belə tədbirlərə cəlb 
edilməsilə heç kəs maraqlanmır. Nə üçün həyata göz açan hər bir 
özbək uşağı öz milli tənburunu əlinə götürüb öz milli 
melodiyasını çala bilir, yaxud 4-5 gürcü uşağı bir yerə yığılan 
kimi öz milli nəğmələrini iki, üç, hətta dörd səslə oxuya bilir, 
yaxud hind məktəblisinin ilk nəğməsi raqa olur, yaxud yapon 
uşağına oxu deyəndə, qaqalm oxuyur, indoneziyalı uşaq patet 
oxuyur, qazax uşağı küy oxuyur, qırğız uşağı kü oxuyur, 
azərbaycanlı uşağına oxu deyəndə fikirləşməli olur. Bunun isə bir 
səbəbi var. Uşaqlanmıza muğam oxumağı, onu dinləməyi, ona 
tamaşa etməyi təlqin, edə bilmirik. Bəzən səbəb gətiririk ki, 
muğam uşaq üçün deyil, bəzən düşünürük ki, uşaq muğamı başa 
düşmür, bəzən isə uşağın muğam oxuması vaxtını gözləməyi 
bəhanə gətiririk. Altıq yavaş-yavaş unuduruq ki, muğamlanmızm 
kökündə, nüvəsində analanmızm laylası dayanar. Ən dəhşətlisi 
budur ki, evlərimizdə ana laylası, beşik nədəsi səslənmir. 
Bir laylanın mətninə diqqət edək: 
Lay-lay dedim yatasan. 
Qızıl gülə batasan. 
Qızıl gülün içində. 
Şirin yuxu tapasan. 
Görün nə qədər böyük arzu-istəkdir. Ana öz balasının qızıl 
güllərin içərisində uyımasmı arzu edir. Başqa bir laylada isə ana 
gör bir nəyi arzu edir: 
Mən aşiqəm gündə mən. 
Kölgədə sən, gündə mən. 
İldə qurban bir olar. 
Sənə qurban gündə mən. 
Bu laylada isə ana öz körpəsinə hər gün qurban getməyə 
hazır olduğunu birmənalı şəkildə arzu və bəyan edir. Özü də bu 
arzunu ana könül nəğməsilə, milli muğamımız üstündə oxuyur. 
Təəssüflər olsun ki, bu gün analanmız öz körpələrini 
yatızdırmaq üçün ana laylasından, beşik nəğməsindən yox, 
3
mxu 
dərmanmdan istifadə edirlər. Onlar ımudurlar ki, bu nəğməni 
uşaqlara oxumaqla, onlan mənəvi cəhətdən 
509


saflaşdınr və fiziki cəhətdən sağlam edir. Çünki layla uşağın 
qanına işləyir, milli koloritin bünövrəsini qoyur. Həmin səda, bu 
xoş ahəng uşağın təxəyyülündə ömürlük yuva salır və onun 
yaddaşına əbədilik hopur. Yuxu dərmanı isə onun beynini 
zəhərləyir. Uşaq dərmanla yatmağa alışır ki, bu da gələcək də 
onun digər kimyəvi dərmanlann mütəmadi qəbul etməsinə şərait 
yaradu*. 
Bugün çox az ailələr tapılar ki, onların evində «Bayatılar», 
«Laylalan> kitabı olsun. Deməli, analanmız, balalanna layla 
oxumur, laylalar qəlblərdən silinir. «Laylalan> kitabından imtina 
etsək, 
deməli, 
milli-mənəvi 
dəyərlərimizdən 
billə-bilə 
uzaqlaşınq. 
Heç olmasa laylalanmızı digər milli mənəvi dəyərləri- 
mizlə əvəz edək. Yəni layla oxumağı bilməyən analanmıza 
muğam ifaçılannm lent yazılarmdan istifadə etməyi məsləhət 
görək. Məgər Xan Şuşinskinin «Şuşanın dağlan». Fatma 
Mehrəlıyevanm «Kəsmə şikəstəsi». Aşıq Şakirin «Şirvan 
şikəstəsi», Sara Qədimovanın «Qarabağ şikəstəsi». Zeynəb 
Xanlarovanın «Ana» mahnısı. Aşıq Ədalətin «Yanıq Kərəmi», 
Habilin «Segahı», Ramiz Quliyevin «Mahm»u ana laylası qədər 
əziz, həzin, lirik, ürəyəyatımlı, qəlboxşayan, ruha qida verən, 
insanı məftun edən və ləzzətli deyilmi?! 
Artıq bu məsələ ilə bağlı həyəcan təbili çalmağın vaxtı 
çatmışdır. Gənc analanmıza laylalar, bayatılar, oxşamalar, 
nazlamalar öyrətməyin yollanm axtarmalıyıq. Orta ümum- təhsil 
məktələrimizdə proqram materiallanmızda nəzərdə tutulan 
muğamlanmızın dinlənilməsi mərhələsini təşkil etməyin 
zəruriliyi barədə müvafiq orqanlar qarşısında məsələ 
qaldırmalıyıq. Muğam gecələrinin təşkili ilə əlaqədar dərindən 
düşünməliyik. Muğam gecələrinə uşaqlann, yeniyetmələrin, 
gənclərin apanimasını təşkil etməliyik. Heç olmasa muğam 
gecələrinin lent yazılarma məktəblilərin tamaşa etməsi üçün 
tədbirlər prlanı hazırlamalıyıq. 
Əslində muğam gecələrinin təşkili də problem olaraq qalır. 
Buna baxmayaraq bir sıra muğam korifeylərimiz belə gecələrin 
təşkilinə şəxsi təşəbbüsləri ilə olsa da cəhd edirlər. Belə 
gecələrdən biri görkəmli kaman ustası Habil Əliyev tərəfindən 
çox nadir bir formada təşkil olunmasını təqdirəlayiq hadisə hesab 
edirik. Bu sətirlərin müəllifi həmin muğam axşamında iştirak 
etmiş və bu tədbiri isə estetik tərbiyənin 
510


kütləviliyinin təmin olunmasının ən mühüm amili hesab edərək, 
onun haqqında bir tədqiqat materialı hazırlayıb gələcək nəsillərə 
çatdırılmasını zəruri saymışdır. 
«Rast»ın 
interaktiv 
təqdimatının 
estetik 
dəyəri 
adlandırdığımız bu materialı ona görə tədris vəsaitinə daxil 
etməyi məqsədəuyğun hesab etdik ki, bu materialı oxuyan 
məktəblilər yeniyetmələr, gənclər və digər zümrələrdən olan 
adamlar xalqımızın milli-mənəvi dəyərlərindən biri olan 
muğamlarımızın necə qüdrətli bir estetik tərbiyə vasitəsi 
olduğunu qiymətləndirə bilsinlər. Bu materialdan həm orta 
ümumtəhsil, həm orta ixtisas, həm də ali məktəblərin musiqi 
məşğələlərində istifadə olunması yaxşı olardı. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə