Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

 
I sinif 
Standart: 1.2.1., 3.1.5. 
Mövzu: Novruz bayramı 
Məqsəd:   
1. Xalqımızın Novruz bayramına aid adət-ənənələri haqqında danışmaq 
2. Novruz bayramına aid açıqca yazmaq 
 
İnteqrasiya: Riy. 1.1.3.  
 İş forması: Kollektivlə iş, cütlərlə iş 
 İş üsulu: Söz assosiasiyası, beyin həmləsi 
Resurslar: Novruz şənliyindən fraqment, səməni, iş vərəqləri, kostyumlar  
Motivasiya. 
Əlimdə səməni və xonça sinfə daxil oluram: 
O hansı bayramdır ki, 
Bəzəyirlər xonçalar. 
Xonçalarda paxlava 
Qoz, fındıq, noğul da var. 
 Uşaqlar Novruz bayramı cavabını verirlər. 
 Tədqiqat sualı. 
 Xalqımız yazı necə qarşılayır? 
 Novruz bayramı zamanı daha hansı adət-ənənələrə əməl edirik? 
Tədqiqatın aparılması:  
Mətn monitorda nümayiş olunur. 
I qrup:  
Səməni  


 
1.Yazın gəlişi ilə təbiətdə baş verən  dəyişikliyi təsvir edin. 
2. Novruz bayramına aid dostunuza açıqça yazın 
II qrup: 
Xonça 
1.”Kosa-kosa”oyununu qısaca səhnələşdirin. 
2. Novruz adətlərindən danışın. 
III qrup: 
“Nərgiz” 
1. Bayrama hazırlığı ardıcıl nəql edin. 
2. Nöqtələrin yerinə novruz ,bayram sözlərini işlədin. 
 Sabah... ad günüdür. 
 Birincilər... maraqlı keçirdilər. 
 Əmim... mənə ... hədiyyəsi aldı. 
IV qrup 
 Qaranquş 
1.  Bayram xonçasını şifahi təsvir edin. 
2. Bayramın əsas qonaqlarını təsvir et, onlar nəyin rəmzləridir? 
 
Məlumatın mübadiləsi və müzakirəsi. 
 İş vərəqləri  nümayiş etdirilərək tədqiqatlar dinlənilir. 
-Yazın gəlişi ilə xalqımız hansı bayramı qarşılayır? 
- Yazda insanların həyat tərzi necə dəyişir? 
-Yazın müjdəçisi hansı quşdur? 
- İlk çiçək açan gül hansıdır? 


 
- Novruz bayramı nə zaman keçirilir? 
- Novruzun əsas atributları hansılardır? 
  Ümumiləşdirmə və nəticə: 
Novruz bayramında xalqımız yazın gəlişini qeyd edir. Bu bayramda qədim adət-
ənənələrə əməl edilir. Müxtəlif oyunlar keçirilir, səməni cücərdilir, xonça tutulur. 
Bu bayramda küsülülər barışır, hamı bir-birinin bayramını təbrik edir. 
Yaradıcı tətbiqetmə: 
Ailə üzvlərinizə bayram açıqcası yazın. 
Qiymətləndirmə. 
Müəyyən olunmuş meyarlar əsasında qiymətləndirmə aparılır. 
  
 
II sinif 
 
Standart: 4.1.3. 
Mövzu: Ad bildirən sözlər 
Məqsəd:   
Yer  bildirən  sözlərin,  insan  adı  və  soyadlarının,  heyvan  adlarının  böyük  hərflə 
yazılmasına dair qaydalardan məqamına uyğun istifadə edir. 
 
İnteqrasiya: riy. 3.1.2. 
İş forması: kollektiv və cütlərlə iş. 
İş üsulu: beyin həmləsi, müzakirə, söz assosiasiyası. 
Resurslar: dərslik, iş vərəqləri, şəkillər. 
 
Dərsin gedişi: 
Motivasiya.  
Müəllim şagirdlərə bu suallarla müraciət edir: 


 
Aydan  dərsdən gəldi. 
Dərsdən Aydan gəldi. 
Monitorda nə görürsünüz? 
Gördükləriniz bir – birindən nə ilə fərqlənir? 
Şagirdlər müxtəlif cavablar söyləyir. 
Tədqiqat sualı qoyulur: 
  Tədqiqat sualı.             
 Bəzi sözlərin böyük hərflə yazılmasının əsas xüsusiyyəti nədən ibarətdir?  
Müəllimin şərhi. 
Qayda: Elə sözlər var ki, canlı və ya cansız varlıqların adını bildirir. Məsələn, 
dəftər cansız, şagird isə canlı varığın adıdır. Belə sözlər kim? , nə? , hara? 
suallarına cavab verir. 
 Əlamət, say, hərəkət bildirən sözlər, adətən, ad bildirən sözlə bağlı olur, çünki 
onlar da həmin varlığın əlamətini, sayını və ya hərəkətini bildirir.
 
Dərslik üzərində iş aparılır. Qayda oxunur və izah edilir. 1 N-li tapşırıq şifahi 
yerinə yetirilir.  
Tədqiqatın aparılması: Müəllim şagirdləri şəkillər vasitəsilə cütlərə ayırır və 
onlara iş vərəqi verir.   
I cüt
Verilmiş sözlərin içərisindən hansı sözlərin yerindən asılı olmayaraq həmişə böyük 
hərflə yazıldığını seçin və qaydaya əsasən izah edin. 
Yasəmən, Könül, Şəki, Dəniz, Qızıl,  Cavanşir, Mübariz, Aslan, Xəzər, Toplan 
II cüt
Şəkillərə uyğun ad seçin və həmin sözü cümlədə işlədin.  
 
 
 
III cüt: 


 
Verilmiş sözlərin içindən həm böyük, həm kiçik hərflə  yazılan sözləri seçin və 
izah edin. 
Solmaz, Külək, Arzu, Gəncə, Lalə, Uğur, Azərbaycan, Prezident, Daşqın 
IV cüt: 
Sözlərin içindən şəhər adlarını seçib yazın. Birini cümlədə işlədin. 
Siçan, at, kür çayı, lənkəran, kompüter, moskva , məktəb, türkiyə, istanbul, fransa 
V cüt: 
Şəkillərə baxın və onlara uyğun ad və soyad yazın. Həmin adları cümlədə işlədin. 
 
 
 
 
VI cüt: 
Mətndəki səhvləri düzəldib  yazın. 
arzu  müəllimə  sinfə  daxil  oldu.  o  Uşaqlara  dərsi  izah  etdi.  elçin  dərsə  qulaq 
asmırdı.  Bu  müəllimin  gözündən  qaçmadı.  arzu  müəllimə  elçinin  fikrini 
cəmləşdirmək üçün yenidən sinfə müraciət etdi. bu dəfə suala lalə cavab verdi. 
VII cüt: 
Hansı şəkilə ad vermək olar ? Həmin sözdən cümlə qurun. 
 
VIII cüt: 
 
Nöqtələrin yerinə uyğun adları yazın: 
1. Azərbaycan respublikasının prezidenti   ............................dir. 
2. ......................... şəhəri gündən-günə gözəlləşir. 
3. ............................ pişiklə ...................... it mehribancasına oynayırdılar. 
4.  ...................  dənizində  çoxlu balıq var. 
IX  cüt: 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə