Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə163/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   155   156   157   158   159   160   161   162   163

 
 
 
6.  Бабаев  М.П.  Орошаемые  почвы  Кура-Араксинской  низменности  и  их 
производительная способность. Баку: “Элм”, 1984, 172 с. 
7.  Бабаев  М.П.,  Джафарова  Ч.М.,  Гасанов  В.Г.  Современная  классификация  почв 
Азербайджана //Почвоведение, 2006, № 11, с. 1307-1314. 
8. Салаев М.Э. Диагностика и классификация почв Азербайджана. Баку: “Элм”, 1991, 
240 с. 
9.  Babayev  M.P.,  Dzhafarova  Ch.M.,  Hasanov  V.H.  Modern  Azerbaijan  soil  classification 
system //Eurasian Soil Science, 2006, № 11, Vol. 39, pp. 1176-1182. 
 
В.Г.Гасанов, Р.Г.Асланова, Б.Н.Исмаилов  
 
ВЛИЯНИЕ ВИНОГРАДНЫХ ПЛАНТАЦИЙ НА МОРФОГЕНЕТИЧЕСКИЕ  
ДИАГНОСТИКИ ОРОШАЕМЫХ СЕРО-КОРИЧНЕВЫХ (КАШТАНОВЫХ) ПОЧВ 
ГЯНДЖА-ГАЗАХСКОГО МАССИВА 
Институт Почвоведения и Агрохимии, НАНА  
 
Выявлено, что в результате долголетних использований под виноградные плантации в 
генетическом  профиле  в  давноорошаемых  серо-коричневых  (каштановых)  почвах 
сформировались мощные тёмные аккумулятивно-гумусовые горизонты (AUa'+ AU"a = 45-50 
cм) с хорошо агрогированной зернисто-мелко-комковатой структурой, заметное уплотнение 
среднего  горизонта  (Btca=25-30  cм)  с  глинисто-гумусовыми  затеками,  максимальное 
содержание CaCO
3
 (15,8-22,3 %) имеется в 100-150 см слое почв. 
 
Ключевые 
слова: 
почвенный 
профиль, 
морфологичесие 
показатели,                  
антропогенный, морфогенетическая диагностика, окультуренный пахотный слой 
 
 
V.H. Hasanov, R.G. Aslanova, B.N. Ismailov 
 
INFLUENCE OF GRAPE PLANTATIONS ON MORPHOGENETICAL 
 DIAGNOSICS OF GREY-BROWN IRRIGATED ( KASTANOZEMS) SOIL 
 OF THE GANJA-QAZAKH REGION 
Institute of Soil sciences and Aqrochemistry 
 
In  the  profile  of  grey-brown  irrigated  soil  long-term  cultivating  under  grape  plantation 
agroirrigative 
cultivated 
thick 
dark-grey 
colored 
accumulative 
horizon 
formation 
(AU'aiz+AU"aiz=45-50cm),  finesubangular  blocky-granular  soil  structure,  optimum  biological 
drained,  growing  heavier  of  granulometrical  composition  and  becoming  strong  of  the  illuvial 
horizon  (Btca=25-30cm),  stripe-shaped  organic  mottles  etc.  morphogenetical  indexes  were 
determined.  
Key  words:  profile  of  soil,  morphological  characteristics,  anthropogenic,  morphogenetic 
diagnostics, cultivated arable layer 
 
UOT. 531.47 
 
GÖY-GÖL MİLLİ PARKI TORPAQ ÖRTÜYÜ STRUKTURLARININ EKOLOJİ 
QİYMƏTLƏNDİRİLMƏSİ  
 
E.R. NURİYEV 
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., 
Məmməd Arif  küç., 5 


 
 
 
 
Göy-Göl  Milli  Parkının  relyef  şəraiti,  geomorfoloji  quruluşu,  torpaqların  təbii-coğrafi 
yayılma  prinsipləri,  torpaqəmələgəlmə  prosesinin  xarakteri,  diaqnostik  göstəriciləri,  təbii-ekoloji 
landşaftın elementləri, iri miqyasda ( 1:25000 ) hazırlanmış relyefin plastikası və torpaq xəritələri 
əsasında torpaq örtüyü strukturunun təsnifatı və ekoloji qiymətləndiriliəsi aparılmışdır. 
  Açar 
sözlər:  relyefin  plastikası,  torpaqların  bonitirovkası,  torpağın  ekoloji 
qiymətləndirilməsi, torpaq xəritələri, torpaq örtüyünün strukturası 
 
 Ekosistemdə ətraf mühitlə qarşılıqlı təsir və təmas nəticəsində torpaq-əmələgəlmə prosesi baş 
verir. Yeni spesifik xassələrə və morfogenetik göstəricilərə malik formalaşan torpaqlar  həm cansız 
dağ  süxurlarından,  onların  aşınma  məhsul-larından,  həm  də  canlı  bitki  və  heyvanlardan  kəskin 
fərqlənir. 
V.R.  Volobuyevə  [9]  görə  “torpaqların  ekologiyası”  torpaqla  onun  formalaşdığı  mühit 
arasındakı qanunauyğun münasibətləri, onların qarşılıqlı təsiri və inkişafı şərai-tində öyrənilməlidir. 
Torpaq  örtüyünün  ekoloji  təsnifatı  ərazilərin  təbii-ekoloji  şəraitindən  fərqli  ola-raq  nisbətən 
zəif  öyrənilmişdir  və  ona  görə  də  bu  məsələnin  həlli  çox  dəqiq  yanaşma  tələb  edir.  Q.Ş. 
Məmmədov, S.Z. Məmmədova [3;4;5;6] və b. son illərdə torpaq ekolo-giyası problemlərini tədqiq 
edərkən torpaqların bonitirovkasının ekoloji baxımdan da-ha geniş və kompleks əsaslandırılmasının 
vacibliyini göstərirlər. 
Bu məqsədlə mürəkkəb geomorfoloji quruluşa və təbii-ekoloji xüsusiyyətlərə malik Göy-Göl 
Milli  Parkı  torpaq  örtüyü  strukturlarının  [TÖS]  müəyyən  edilməsi  və  ekoloji  cəhətdən 
qiymətləndirilməsi müasir elmi-nəzəri və təcrübi əhəmiyyət kəsb edir.   
 Göy-Göl Milli Parkı Kiçik Qafqazın şimal-şərq yamacında Murov dağ silsiləsinin yüksək və 
orta  dağlıq  (1000-3500m)  zonala-rında  yerləşməklə,  inzibati  cəhətdən  Göygöl,  Goranboy  və 
Daşkəsən rayonlarının əra-zisində 12755 ha sahəni əhatə edir. Torpaqəmələgəlmə prosesi vulkanik 
mənşəli  dağ  süxurlarının  (  konqlomerat,  porfirit,  tuf,  əhəngdaşı  və  s.)  elüvial-çınqıllı  və  delüvial 
aşınma məhsulları, alp-subalp dağ-çəmən və dağ-meşə bitki örtüyü altında, sərt soyuq və mülayim 
bioiqlim şəraitində şaquli zonallığa uyğun formalaşır. 
Çöl-torpaq  tədqiqatının  aparılmasında,  torpaq  xəritələrinin  tərtibində,  torpaqların 
bonitirovkası  və  ekoloji  qiymətləndirilməsi  işlərində  V.R.  Volobuyevin  [8]  təklif etdi-yi  “relyefin 
plastikası” metodundan və sonralar V.M. Fridland [13], İ.N. Stepanov [12], Q.Ş. Məmmədov [3;4], 
S.Z.  Məmmədova  [6],  V.H.  Həsənov,  A.Ə.  Xəlilova,  F.Ə.  Manafova  [1;7;10]  və  b.  tərəfindən 
hazırlanmış metodiki tövsiyyələrdən və təkliflərdən istifadə edilmişdir. 
TÖS-in  elementar  torpaq  areallarını  detal  xəritələşdirmək  və  torpaqların  morfo-genetik 
əlamətlərini  və  diaqnostik  göstəricilərini  dəqiq  müəyyənləşdirmək  məqsədilə  tədqiqat  sahəsi 
(klyuçevaya  ploşadka)  metodundan  istifadə  olunmuşdur.  Milli  Parkda  ərazinin  geomorfoloji 
quruluşunu,  relyef  və  torpaq  örtüyünün  xüsusiyyətlərini  tam  əks  etdirən  2  xarakterik  tədqiqat 
sahəsi:  1.  dağ-çəmən,  2.  dağ-meşə  seçilmişdir.  Tədqiqat  sahələrində  çöl-torpaq  tədqiqatı  1:25000 
miqyasında aparılmış və relyefin plastikası əsasında xəritələşdirilmişdir. Torpaq kəsimlərinin (1,0-
1,5  m  dərinlikdə)  genetik  qatlarından  götürülmüş  torpaq  nümunələrində  fiziki-kumyəvi  analizlər 
(humus, ümumi azot, udulmuş əsaslar, karbonatlıq, pH, qranulometrik tərkib və s.) olunmuşdur.  
Kiçik Qafqazın şimal-şərq yamacının təbii-ekoloji şəraiti-nə uyğın olaraq Göy-Göl Milli Parkı 
ərazisində  dağ-çəmən,  dağ-meşə-çəmən,  dağ-meşə  qonur  və  dağ-meşə  qəhvəyi  torpaq  tipləri 
yayılmışdır [2;11]. 
V.M.  Fridland  [13],  İ.N.  Stepanov  [12],  Q.Ş.  Məmmədovun  [4;5]  qeyd  etdiyi  kimi  və  son 
illərdə V.H. Həsənov, A.Ə. Xəlilova, F.Ə. Manafova [2;6;7] tərəfindən aparılan tədqiqat nəticələri 
göstərir ki, hər hansı ərazinin ekoloji təsnifatı və TÖS-nin formalaşması prinsipləri, həmin ərazinin  
təbii-ekoloji  xüsusiyyətlərinə  tam  uyğun  gəlir.  Bununla  əlaqədar  olaraq  Milli  Parkın  torpaq 
örtüyünün ekoloji təsnifatında aşağıdakı əsas prinsipləri göstərmək olar: 
1) Qarşılıqlı əlaqəlilik prinsipi və yaxud sistemlilik prinsipi. Bu prinsipə əsasən torpağın hər 
bir  taksonomik  vahidinə  onu  formalaşdıran  öz  ekoloji  mühiti  uyğun  gəlir.  Bu  prinsip  fizikadakı 


 
 
 
simmetriya prinsipinə uyğundur.  
2)  Bir  torpaq  ranqından  digərinə  keçidin  dövrü  təkrarlığı  prinsipi.  Bu  prinsipə  görə  torpaq-
ekoloji  şəraitlərin  qanunauyğun  növbələşməsi  prosesi  torpaq  örtüyü  strukturunun  bir–birini 
qanunauyğun surətdə əvəz etməsinə gətirib çıxarır. 
3)Torpaq  örtüyünün  tamlığı,  bütövlüyü  prinsipi.  Ayrı-ayrı  torpaq  elementlərinin  ekoloji 
şəraitə  uyğunluğu  prinsipi  ona  əsaslanır  ki,  həmin  torpaq  obyekti  özünün  nisbi  parçalanmasına 
baxmayaraq, mövcud təşkil səviyyəsində tam bütöv sistem kimi qəbul edilir. 
Göy-Göl  Milli  Parkı  TÖS  ekoloji  təsnifatında,  təbii-ekoloji  rayonlaşma  üzrə  bütün 
taksonomik bölgülərin bir-biri ilə əlaqəlilik və uyğunluq təşkil etmələri əsas götürülmüşdür. 
Əldə  edilmiş  tədqiqat  materiallarına,  kartoqrafik  əsaslara  və  aerofotoşəkillərə,  həmçinin 
yuxarıda qeyd olunan prinsiplərə əsasən Milli Parkda TÖS-nin təsnifatı aparılmışdır: 
1.  Ekoloji  sistem:  Göy-Göl  Milli  Parkı  Kiçik  Qafqaz  sisteminə  daxil  olub  onun  şimal-şərq 
dağlıq hissəsini təşkil edir. 
2. Ekoloji yarımsistem: Göy-Göl Milli Parkını 2 yarımsistemə ayırmaq olar. 
a)  Kiçik  Qafqazın  şimal-şərq  yamacının  yüksək  dağ-çəmən  zonası  (2000-3700  m) 
yarımsistemi; kəskin dərəcədə parçalanmış torpaq areallarına və TÖS malikdir;  
b)  Kiçik  Qafqazın  şimal-şərq  yamacının  orta  dağlıq  dağ-meşə  zonası  (  1000-2000  m  ) 
yarımsistemi dərin çay dərələri və dağ silsilələrinin yamacları ilə müxtəlif dərəcədə parçalanması və 
kontrastlı TÖS malik olması ilə səciyyələnir. 


 
 
 


 
 
 
3. TÖS-nin tipləri: Göy-Göl Milli Parkı ərazinin geomorfoloji quruluşu, relyef  xüsusiyyətləri
torpaqəmələgəlmə prosesinin xarakteri, təbii-ekoloji landşaftın elementləri və s. nəzərə alınmaqla 4 
tip  torpaq  örtüyü  strukturu:  dalğavari-zolaqlı;  yelpikvari-zolaqlı;  simmetriyalı-ağacşəkilli  və 
bordyur tipi ayrılmışdır. 
Dalğavari-zolaqlı  TÖS  tipi  çox  da  geniş  olmayan  alp  qurşağında  (2800-3700m)  suayırıcı 
yamaclarda  və  çılpaq  qayalıqlı  sahələrdə  formalaşır.  Ərazinin  relyefi  yüksək  dağ  silsilələrinin 
suayırıcı yamacları, yalçın qayalıqlı zirvələri, dağ çaylarının xırda qolları ilə kəskin parçalanmışdır. 
Burada ibtidai dağ-çəmən torpaqları yayılmışdır.  
Yelpikvari-zolaqlı TÖS yüksək dağlığın subalp zonasını (2200-2800m) əhatə edir. Ərazi xırda 
çay axarlarının dayaz çökəklikləri, yüksək dağ silsilələrinin  müxtəlif baxarlı yamaclaırın təsirindən 
müxtəlif  dərəcədə  parçalanmışdır.  Burada  əsasən  çimli  dağ-çəmən  və  torflu-çimli  dağ-çəmən 
torpaqları formalaşır.  
Simmetriyalı-ağacşəkilli TÖS orta dağlıq zonanın yuxarı qurşağını (1500-2200 m) əhatə edir. 
Ərazi çay dərələrinin və dağ sisilələrinin yaratdığı müxtəlif baxarlı yamacların təsirindən müxtəlif 
dərəcədə parçalanması ilə fərqlənir. TÖS-nin formalaşmasına mezofil fısdıq-palıd meşələri də xeyli 
təsir göstərir. Burada əsasən dağ-meşə qonur və dağ-meşə-çəmən torpaqları yayılmışdır.  
 Bordyur tipli TÖS orta dağlıq zonanın aşağı hissəsini (1000-1500 m) əhatə edir. Ərazi alçaq 
dağ  yamacları  və  tala  formalı  zəif  meylli  hamar  sahələrdən  ibarət  olub,  nisbətən  zəif  dərəcədə 
parçalanmışdır.  Bitki  örtüyünü  seyrək  və  alçaq  boylu  kserofit  vələs-palıd  meşələri  və  kolu-ot 
bitkiləri kompleksi təşkil edir. Burada genetik profili tam inkişaf etmiş dağ-meşə qəhvəyi torpaqlar 
formalaşır. 
TÖS tiplərinin hər birinin qiymətləndirilməsində biz torpaq vahidlərini yarımtip səviyyəsində 
səjiyyələndirmişik. Çünki qeyd olunan strukturlar daxilində torpaqların növbələşməsi bir və ya bir 
neçə tip və yarımtip daxilində baş verir. Bu mərhələdə əsas faktorların təyini və təshih əmsallarının 
müəyyən  edilməsi  hesab  olunur.  Bununla  əlaqədar  olaraq  Milli  Parkda  torpaq-ekoloji  vəziyyətin 
daha  obyektiv  qiymətləndirilməsi  üçün  TÖS  tipləri  daxilində  əsas  differensasiyaedici  faktorlar 
seçil-mişdir. Torpaqların diaqnostik göstəricilərinə müsbət və  ya mənfi təsir edən təshih əmsalları 
(torpaq layının qalınlığı, qranulometrik tərkib, torpaq areallarının par-çalanma və skeletlik dərəcəsi) 
istifadə edilmişdir. 
Ərazinin torpaq örtüyünün differensasiya dərəcəsinin müqayisəsindən görünür ki, parçalanma 
dərəcəsi  torpaqların  morfogenetik  diaqnostikasına  köklü  təsir  göstərir.  Belə  ki,  relyefin  və  torpaq 
areallarının  parçalanmasının  və  skeletlik  dərəcə-sinin  yüksəlməsi  ilə  əlaqədar  torpaqda 
akkumlyativ-çürüntü  qatın  və  narın  torpaq  layının  qalınlığı,  humusun,  ümumi  azotun  miqdarı  və 
UƏC kəskin azalır.  
Torpaqların  daxili  diaqnostik  əlamətləri  olan  humus,  azot  və  udulmuş  əsasların  cəminin 
(UƏC) riyazi-statistik təhlilindən sonra, bu göstəricilərin 0-20, 0-50 və 0-100 sm torpaq qatındakı 
ehtiyatı  hesablanmış  və  onların  müqayisəli  qiymətləndirilməsi  əsasında  torpaqların  bonitet  balları 
tapılmışdır. Bu zaman etalon torpaq kimi yüksək dağlıq zona üçün çimli dağ-çəmən və orta dağlıq 
zona  üçün  isə  tipik  dağ-meşə  qonur  torpaqların  (100  bal)  göstəriciləri  götürülmüşdür.  Torpaq 
göstəricilərinin  bonitet  balları  əsasında  onlar  etalon  torpağın  uyğun  göstəriciləri  ilə  müqayisə 
edilərək,  nəticədə  Göy-Göl  Milli  Parkı  torpaqlarının  bonitet  balları  tapılaraq  əsas  bonitet  şkalası 
tərtib edilmişdir (Cədvəl 1). 


 
 
 
GÖY-GÖL MİLLİ PARKI TORPAQLARININ ƏSAS  BONİTET ŞKALASI 
 
 Torpaqların adı 
Humus, t/ha 
Azot, t/ha 
UƏC, mq.ekv/ 
100 q 
Orta bal 
Yekun 
Balı 
0-20 
0-50 
0-100 
0-20 
0-50 
0-20 
0-50 
0-20 
0-50 
0-100 
 
Çimli dağ-çəmən( etalon )  
100 
298,23 
100 
516,54 
100 
681,48 
100 
14,16 
100 
27,02 
100 
45,16 
100 
41,89 
100 
100 
100 
100 
Çimli-torflu dağ-çəmən          
82 
248,49 
85 
438,15 
90 
609,24 
90 
12,73 
88 
23,7 
82 
37,08 
92 
38,53 
85 
88 
90 
87 
İbtidai dağ-çəmən 
26 
96,35 
33 
201,3 


43 
6,8 
48 
14,6 
49 
26,83 
52 
23,83 
39 
44 

42 
Dağ-meşə-çəmən 
86 
258,68 
83 
431,39 
81 
553,31 
92 
12,97 
86 
23,40 
76 
34,56 
74 
30,59 
85 
81 
81 
82 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tipik dağ-meşə qonur      
(etalon) 
100 
158,5 
100 
231,2 
100 
273,9 
100 
8,03 
100 
12,5 
100 
32,53 
100 
29,55 
100 
100 
100 
100 
Qalıq-karbonatlı dağ-meşə qonur 
94 
148,99 
95 
219,64 
99 
271,16 
94 
7,55 
90 
11,25 
90 
29,27 
95 
28,07 
92 
93 
99 
95 
Yuyulmuş dağ-meşə qəhvəyi 
86 
137,2 
88 
203,95 
93 
254,0 
89 
7,12 
105 
13,5 
95 
30,9 
83 
24,52 
90 
92 
93 
92 
Tipik dağ-meşə qəhvəyi 
83 
131,55 
85 
196,52 
88 
241,03 
91 
7,31 
95 
11,87 
88 
28,63 
93 
27,48 
87 
91 
88 
89 


 
 
 
Ən  yüksək  bal  (100)  çimli  dağ-çəmən  torpaqlara  aiddir.  Etalon  torpağın  göstə-riciləri  ilə 
müqayisədə, torflu-çimli dağ-çəmən torpaqlar-87, dağ-meşə-çəmən-82, ibtidai dağ-çəmən-42 bal 
almışdır. Orta dağlıq zona üzrə isə ən yüksək bal ( 100) tipik dağ-meşə qonur torpaqlar müəyyən 
edilmişdir. Cədvəldən göründüyü kimi etalon torpaqlarla müqayisədə karbonat qalıqlı dağ-meşə 
qonur-95,  yuyulmuş  dağ-meşə  qəhvəyi-92  və  tipik  dağ-meşə  qəhvəyi  torpaqlar  isə  89  balla 
qiymət-ləndirilmişdir. 
TÖS-nin  qiymətləndirilməsinin  həlledici  mərhələsi  TÖS  tipləri  üzrə  ortaçəkili  bonitet 
ballarının hesablanmasından ibarətdir: 
1 1
2 2
...
n n
or
a b
a b
a b
B
n

 

 
Burada,    B
or
  –verilən  struktur  tipinin  ortaçəkili  bonitet  balı;  a
1
,  a
2
  …  a
n   
–ayrı  ayrı 
torpaqların  sahəsi;b
1
,  b
2
  …  b
n
  –ayrı-ayrı  torpaqların  bonitet  balları;  n  –  torpaq  vahidlərinin 
sayıdır. 
Beləliklə, Göy-Göl Milli Parkı şəraitində müstəqil torpaq tiplərinin birliyinə görə TÖS-nin 
4 tipi ayırd edilir (Cədvəl 2) . Torpaq örtüyünün vəziyyətinin təyini  
                                                                                                      Cədvəl  2. 
Göy-Göl Milli Parkı TÖS tiplərinin bonitet balları 
 
 
Torpaq örtüyünün struktur tipləri 
Bonitet 
balları 
Dalavari-zolaqlı tipi ( alp qurşağının yalçın qayalıqlı suayırıcı hissələri ) 
38 
Yelpikvari-zolaqlı tipi ( subalp qurşağın dayaz dərəli yamacları ) 
85 
Simmetriyalı-ağacşəkilli tip (orta dağlıq qurşağın çay dərələri, su-ayırıcıları 
və müxtəlif baxarlı yamacları) 
92 
Bordyur tip (orta dağlıq qurşağın hamar və az meylli yamacları) 
79 
 
bizə ayrı-ayrılıqda hər tipin fərqli cəhətlərini tapmağa imkan verir. Alınan nəticə-lər göstərir ki, 
ən  çox  əlverişli  tip  simmetiyalı-ağacşəkilli  (92  bal)  və  yelpikvari-zolaqlı  tip  (85  bal)  struktur 
hesab olunur. Relyefin plastikası üsulu ilə tərtib olunmuş müxtəlif xəritələrdə bu aydın görünür. 
Həmçinin  təbii-ekoloji  landşaft  xüsusiy-yətlərinə  və  optimal  diaqnostik  göstəricili  elementar 
torpaq areallarına malik yelpikvari-zolaqlı tip ( 85 bal ) və bordyur tip ( 79 bal ) TÖS-nin kifayət 
qədər  yüksək  bal  almışdır.  Yalçın  qayalıqlı  dağ  silsilələri  və  suayırıcıları  vasitəsilə  kəskin 
parçalanmış relyefə, kəskin soyuq bioiqlim şəraiti və aşağı keyfiyyətli torpaq örtüyü ilə seçilən 
alp qurşağının dalğavari-zolaqlı strukturu ən az (38) balla qiymətləndirilmişdir. 
 Alınan  ballar  göstərir  ki,  hər  bir  təşkil  səviyyəsi  üçün  əsaslı  fərqlər  mövcuddur, 
baxmayaraq ki, onlar bir vahid tama bağlıdırlar.  
 
 İŞ 
AZƏRBAYCAN  PREZİDENTİ  YANINDA  EİF  DƏSTƏYİ  İLƏ  YERİNƏ 
YETİRİLMİŞDİR: QRANT № EİF/GAM-1-2011-2(4)-26/ 08/2-M-19 
 
 
ƏDƏBİYYAT  
 
1.  Həsənov  V.H.,  Aslanova  R.H.,  Xəlilova  A.Ə.  Relyefin  plastikası  metodu  əsa-sında 
Qanıx  vadisinin  alternativ  torpaq  xəritəsinin  hazırlanması  və  torpaq  örtüyü  strukturlarının 
səciyyəsi.//AMEA-nın Xəb-i,“biol.elm.ser.”, 2007, № 1-2, s. 71-81 
2.  Vəsənov  V.H.,  Nuriyev  E.R.  Göy-Göl  Milli  Parkının  dağ-meşə  qəhvəyi  tor-paqlarının 
diaqnostikası və torpaq-ekoloji səciyyəsi // ATC-nin əsər., XI cild, I hissə, Bakı: “Elm”, 2010, s. 
318-329 
3.  Məmmədov  Q.Ş.,  Hacıyev  H.M.,  Cəfərov  A.B.  Relyef  nəzərə  alınmaqla  tor-paq 
xəritələrinin tərtibi ( metodik tövsiyyə ). Bakı, 1993, 24 s. 


 
 
 
4.  Məmmədov  Q.Ş.  Azərbaycan  torpaqlarının  ekoloji  qiymətləndirilməsi.  Bakı:  “Elm”, 
1998, 281 s.  
5. Məmmədov Q.Ş., Məmmədova S.Z., Xəlilov M.Y. Azərbaycan Respublika-sının ekoloji 
atlası. Bakı, 2010  
6.  Məmmədova  S.Z.    Azərbaycanın  Lənkəran  vilayəti  torpaqlarının  ekoloji  qiy-
mətləndirilməsi //Biol. elm. dokt. diss. avtoref., Bakı, 2005, 38 s. 
7.  Xəlilova  A.Ə.  Alazan  vadisi  torpaq  örtüyünün  strukturları  və  onların  ekoloji 
qiymətləndirilməsi //k. t. e. n. avtoref. Bakı, 2004, 19 s. 
8. Волобуев  В.Р. Устройство поверхности Мильской степи.// Докл. АН  Азерб. ССР, 
Т.4, 1948, №3, с. 33-37 
9. Волобуев В.Р. Экология почв. Баку: “Элм”, 1963, 260 с. 
10. Манафова Ф.А. Экологическая оценка структур почвенного покрова Апшерона // 
Автореф. канд. биол. наук, Баку, 2006, 19 с. 
11. Салаев М.Э. Почвы Малого Кавказа. Баку: “Элм”, 1966, 329 с. 
12. Степанов И.Н. Выявление по топокартам и аэпофотоснимкам форм естественных 
почвенно-геоморфологических тел. // Клеточная структура зем-ной поверхности. Пущино: 
ОНТИ НЦБИ АН СССР, 1983, 75 с. 
13. Фридланд В.М. Структура почвенного покрова. М.: Мысль, 1972, 423 с.   
 
Э. Р. Нуриев 
 
ЭКОЛОГИЧЕСКАЯ ОЦЕНКА СТРУКТУРЫ ПОЧВЕННОГО ПОКРОВА 
НАЦИОНАЛЬНОГО ПАРКА ГЕК-ГОЛЬ 
 
Институт Почвоведения и Агрохимии НАНА 
 
На  основании  геоморфологического  строения,  характера  почвообразо-вательных 
процессов,  диагностических  показателей  почв,  почвенных  карт  и  карт  пластики  рельефа 
проведены  экологическая  классификация  и  оценка  структур  почвенного  покрова 
Национального Парка Гек-Голь. Разработана бонитировка почв объекта исследований. 
 
Ключевые слова: пластика рельефа, бонитировка почв, экологическая оценка почв, 
почвенная карта, структура почвенного покрова 
 
E.E.Nuriyev 
 
ECOLOGICAL ESTIMATING OF SOIL COVER STRUCTURE OF THE GHOY-GHOL 
NATIONAL PARK 
 
Institute of Soil Science and Agrochemstry ANAS 
Soil  cover  structure  classification  has  been  prepared  in the  basis  of  newly  prepared  soil 
and  relief  plastically  maps,  the  character  of  the  soil  forming  process,  soil  diagnostics, 
geomorphological  structure,  landscape  elements  of  the  Ghoy-Ghol  National  Parks.  In  the 
National  Park  4  types  of  soil  cover  structure  were  determined  and  evaluated:  wave-like-stripy 
(38 points), fan-like-stripy (85 points), tree-shaped-symmetrical (92 points), border (79 points). 
 
 Key words: Plastically relief, bonitet soil, soil ecological estimating, soil maps, soil cover 
structure 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə