Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   152   153   154   155   156   157   158   159   ...   163

 
 
 
 
Göründüyü kimi fərq o qədər də böyük   deyil, %-ə çevirildikdə isə  fərqin böyüklüyü aydın 
olur.  Gübrəsiz  varianta  nisbətən  üzvi  gübrənin  tətbiqi  nəticəsində  hər  hektardan  aparılan  azotun 
miqdarı 27%, N
90
P
60
K
60
  və N
150
P
60
K
60
  gübrə normasında isə bu fərq müvafiq olaraq 47 və 75%-ə 
çatır (qrafik 1 kollanma fazasının sonu). 
Qida  maddələrinin  norma  və  nisbətlərindən  asılı  olaraq  payızlıq  buğda  əsas  qida 
maddələrindən birincisi olan azotun 61-78%-ni boruya çıxmanın sonuna kimi mənimsəyir. Bir çox 
tədqiqatçının  məlumatına  görə  dəndə  azotun  70%-dən  çoxu  bitkinin  çiçəkləmə  fazasına  qədər 
toplanmış  biokütlədən  axım  hesabına,  30%-dən  azı  isə  torpaq  azotu  hesabına  əmələ  gəlir.  Digər 
tərəfdən  müxtəlif  bitkilərin  mənimsədiyi  bütün  makro  və  mikro  elementlərin  bitkilər  arasında 
paylanma  dinamikası  tamamilə  müxtəlif  olur  [16].  Müəlliflərin  məlumatına  görə  yazlıq  buğdada 
bütün mineral maddələrin 27,3%, qarğıdalıda 21,5%-ni, noxudda isə 33%-ni azot təşkil edir. Digər 
tərəfdən yazlıq buğdanın mənimsədiyi əsas qida maddələrindən (NPK) isə 60,4%-i azotun, 33,3% 
kaliumun, 6,3%-i fosforun payına düşür. 
Ümumiyyətlə, boruyaçıxma fazasının sonunda aparılan analizlər göstərdi ki, tək biohumus və 
biohumus  (ECO)  +  N
45
  variantlarında  yerüstü  quru  biokütlə  məhsulu  ilə  aparılan  azotun  miqdarı 
ECO + N
45
P
30
K
30
 variantından müvafiq olaraq 23 və 10 kq/ha və ya 34-13% az olmuşdur. Suvarılan 
boz-qonur  torpaqlar  üçün  tövsiyə  olunmuş  variant  (N
120
P
60
K
60
)  və  N
150
P
60
K
60
  variantları 
boruyaçıxmanın sonunda yerüstü quru biokütlə ilə apardıqları azotun miqdarı ECO + N
45
 variantına 
nisbətən 41 və 52 kq/ha və ya 51 və 65% yüksək olmuşdur. Bu bir daha onu göstərir ki, fosforla çox 
zəif,  kaliumla  zəif  təmin  olunmuş  boz-qonur  torpaqlarda  fosfor,  kalium  gübrələri  verilmədikdə 
yerüstü  quru  biokütlə  məhsulunun  əmələ  gəlməsi  və  azotun  toplanması  kəskin  azalır.  Bu  isə  öz 
növbəsində məhsuldarlığın azalmasında özünü göstərir. Bu başqa tədqiqatçıların işlərində [17] əks 
olunmuşdur.  Müəllif  göstərir  ki,  fosfor  və  kalium  gübrələrinin  verilməməsi  məhsuldarlığın 
azalmasına  səbəb  olmaqla  həm  də  1  ton  dən  məhsulunun  əmələ  gəlməsinə,  qida  sərfinin  də 
azalmasına  səbəb  olur.  Belə  ki,  mineral  gübrələr  verilmədikdə  1  ton  məhsulun  əmələ  gəlməsinə 
13,4-27 kq K
2
O sərf olunduğu halda gübrəli variantlarda bu 16,3-30,3 kq təşkil edir [17]. 
Boz-qonur torpaqlarda apardığımız tədqiqatlar göstərdi ki. “Qobustan” yumşaq buğda sortu 
boruyaçıxmanın sonundan mum yetişməyə kimi illik azot normasının qida rejimindən asılı olaraq 
17-30%-ni mənimsəyir. Gübrəsiz və biohumus + N
45
 variantları istisna olmaqla boruyaçıxmanın 
sonundan  mum  yetişməyə  kimi  yerüstü  biokütlədə  olan  azot  vegetasiyanın  sonuna  kimi 
mənimsənilənin  17-21%  həddində  dəyişir.  N
150
P
60
K
60
  istisna  olmaqla  bütün  variantlarda 
mənimsənilən azot 4,5-8% arasında dəyişir, N
90
 və N
150
P
60
K
60
 variantlarında isə bu göstərici 13,6 
və 11,4 % təşkil edir. Bunun səbəbi birincidə fosfor və kaliumun çatışmaması, 2-cidə isə NPK-ın 
nisbətlərinin azotun hesabına artması və yetişmənin gecikməsidir. 
Tədqiqat  nəticəsində  gübrələrin  formalarından  asılı  olaraq    “Qobustan”  payızlıq  buğda 
sortunun  inkişaf  fazalarından  asılı  olaraq  yerüstü  quru  biokütlə  məhsulunun  toplanmasında  və 
azotun  mənimsənilməsində  çox  maraqlı  nəticələr  alınmışdır.  Biz  onlardan  yalnız  bir  nəticəni 
gübrəsiz; N
1
,
5
P
1
K
1
;  ECO 1 ton/ha və N
2
P
1
K
1
 nisbətlərində olan variantlarda müqayisə apardıq. 
Təhlil  nəticələri  göstərdi  ki,  bütün  variantlarda  ümumi  yerüstü  biokütlənin  59-68%-i  bitkinin 
boruyaçıxmadan mum yetişmə fazasına kimi olan vaxtda toplanır. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Abşeronun boz-qonur torpaqlarında üzvi və mineral gübrələrin norma və nisbətlərindən 
asılı olaraq  "Qobustan" payızlıq buğda sortunun inkişaf fazalarından asılı olaraq  yerüstü 
quru biokütlə və azotun variantlar arasında paylanma nisbətləri 
                           
                                                                        Kollanmanın sonuna kimi 
 
 
 
     
 
     
 
     
 
     
 
     
 
     
 
     
 
     
                                                       Kollanmadan boruya çıxmanın sonuna kimi 
     
 
 
  
 
 
 
 
        Boruya çıxmadan mum yetişməyə kimi 
                                                             
  
 
 
 
 
 
 
 
 
    Mum yetişmədən tam yetişməyə kimi 
 
 
  
 
 
 
 
 
   
     Şəkil - 2                                             
                                                        1. Nəzarət                         3. ECO 1 ton/ha 
                                                        2 . N
90
P
60
K
60                                 
4. N
120
P
60
K
60
 
1-17% 
2-19% 
3-23% 
4-41% 
N-un mənimsənilməsi 
1
2
3
4
1-17% 
2-27% 
3-22% 
4-34% 
quru yerüstü biokütlə 
1
2
3
4
1-17% 
2-30% 
3-21% 
4-32% 
quru yerüstü biokütlə 
1
2
3
4
1-18% 
2-29% 
3-18% 
4-35% 
N-un mənimsənilməsi 
1
2
3
4
1-17% 
2-30% 
3-21% 
4-32% 
N-un mənimsənilməsi 
1
2
3
4
1-17% 
2-31% 
3-20% 
4-32% 
quru yerüstü biokütlə 
1
2
3
4
1-19% 
2-27% 
3-24% 
4-30% 
N-un mənimsənilməsi 
1
2
3
4
1-20% 
2-27% 
3-24% 
4-29% 
quru yerüstü biokütlə 
1
2
3
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə