AZƏRBAYCAN UNİVERSİTETİ
Azərbaycan filologiyası və jurnalistika kafedrası
tərəfindən tədris olunan fənlərin təsviri
İPF-B01 Dilçiliyə giriş (5 kredit, 150 saat) fənni tələbələrə dil ilə bağlı əsas
anlayışları və konsepsiyaları təqdim edir. Fənn dilin sistemini və dil strukturu, dil
vahidlərinin funksiyaları, danışıq səslərinin fiziki-akustik xüsusiyyətləri, fonetik
qanunları, seqment və superseqment vahidləri, qrammatik mənanın ifadə vasitələri,
nitq hissələri və onların təsnif prinsipləri, cümlənin əsas əlamətləri, dillərin
genealoji və tipoloji təsnifi kimi mövzuları öyrədir. Kursu başa vuran tələbələr dil
konsepsiyalarına dair ilkin təsəvvürlər əldə edirlər.
İPF-B02 Ədəbiyyatşünaslığa giriş (5 kredit, 150 saat) fənni tələbələrə
ədəbiyyatşünaslıqla bağlı əsas anlayışları və konsepsiyaları təqdim edir.
Ədəbiyyatşünasliq elminin klassik ədəbiyyatın tədqiqində, müasir ədəbi prosesin və
ədəbi tənqidin inkişafında, formalaşmasında rolunu, bədii ədəbiyyatın inkişaf ta-
rixini və tarixi mərhələlərdəki özünəməxsusluğunu, qanunauyğunluğunu, bədii
ədəbiyyatın əsas nəzəri problemlərini, bədii ədəbiyyatın fəlsəfi-estetik mahiyyətini
və başqa bədii yaradıcılıq formaları ilə əlaqəsini öyrənir. Kursu başa vuran tələbələr
ədəbiyyatşünaslığa dair ilkin anlayışlara sahib olurlar.
İPF-B03 Müasir Azərbaycan dili (Fonetika- 5 kredit, 150 saat) fənni dilin səs
quruluşu, fonematik sistemi, vurğu, heca, ahəng qanunu və sözün həqiqi səslənməsi,
seqment və superseqment vahidləri, nitq axınının hecalara parçalanmasının xüsusiy-
yətləri, sözün təbiəti haqqında məlumatı öyrədir. Kursu başa vuran tələbələr
Azərbaycan dilinin səs sistemi, səs haqqında qanun və prinsipləri, dilin səs
sisteminin akustik və fizioloji xüsusiyyətləri haqqında məlumatı əldə edəcəklər.
İPF-B04 Müasir Azərbaycan dili (Leksikologiya- 6 kredit, 180 saat) fənni leksik
mənaların növlərini, sözün üslubi qatlarını, semantik qruplarını, etimologiyasını,
leksik vahidlərin kateqoriya əlaqələrini, çoxmənalılıq, omonimiya, sinonimiya,
antonimiyanı, terminoloji leksikanın formalaşmasında alınmaların yerini, dilin lüqət
tərkibi və lüğət fondu haqqında məlumatı öyrədir. Kursu başa vuran tələbələr dilin
leksik quruluşu, söz və məfhum, sözün struktur və semantik bağlılığı haqqında
sistemli məlumatı əldə edəcəklər.
İPF-B05 Müasir Azərbaycan dili (Morfologiya- 7 kredit, 210 saat) fənni morfoloji
kateqoriyaları, dildə nitq hissələrinin leksik-qrammatik xüsusiyyətlərini və
qrammatik formalarını, söz birləşmələrini, kök və budaq morfem məsələlərini,
sözlərin formaca dəyişməsi xüsusiyyətlərini öyrənir. Kursu başa vuran tələbələr
dilin morfoloji xüsusiyyətləri haqqında sistemli məlumatı əldə edəcəklər.
İPF-B06 Müasir Azərbaycan dili (Sintaksis- 7 kredit, 210 saat) fənni dildə söz
birləşməsi, cümlə və mətnin quruluşu, mikro və makro mətnlər, cümlədə tabeli və
tabesizlik əlaqələri, paradiqmatikvə sintaqmatik əlaqələr, semiotika elmi haqqında
məlumatı öyrənir. Kursu başa vuran tələbələr mətndə cümlə və söz birləşməsinin
struktur semantik fərqlərini, mürəkkəb cümlə konstruksiyaları haqqında sistemli
bilikləri əldə edəcəklər.
İPF-B07 Müasir Azərbaycan dili (Tədqiq tarixi- 4 kredit, 120 saat) fənni
monogenez problemi, ulu dilin təşəkkülü, protodillərə ayrılması, protoazərbaycan
dilinin inkişaf yolu, Azərbaycan dilinin etnik tərkib məsələləri, Şifahi Azərbaycan
ədəbi dilini şərtləndirən amillər, “Kitabi Dədə Qorqud”un sintaktik-struktur
xüsusiyyətləri kimi mövzuları əhatə edir. Kursu başa vuran tələbələr yazılı
Azərbaycan ədəbi dilinin formalaşmasına qədərki dövrün xüsusiyyətləri haqqında
sistemli bilikləri əldə edəcəklər.
İPF-B08 Müasir Azərbaycan dili (Onomologiya- 6 kredit, 180 saat) fənninin
tədrisində tələbələrə dilin xüsusi ad sistemi, antrponomik, toponomik,
ktematonomik, zoonomik, hidronomik səviyyələrdə, etnonomik səviyyəsinin
formalaşmasına etnos təsirinin xüsusiyyətləri haqqında məlumat veriləcəkdir.
Kursu başa vuran tələbələr yazılı Azərbaycan dilinin ad sisteminin xüsusiyyətləri
haqqında sistemli bilikləri əldə edəcəklər.
İPF-B09 Azərbaycan ədəbiyyatı tarixi (Azərbaycan şifahi xalq ədəbiyyatı – 4
kredit, 120 saat) fənni tələbələrə folklorşünaslıq elminin mahiyyətini, şifahi xalq
ədəbiyyatının xüsusiyyətlərini, xalqın yazıya qədərki dövrdə yaratdığı və sonrakı
mərhələlərdə inkişaf etdirdiyi bədii söz sənətinin üslub və janr xüsusiyyətlərini,
yaradıcılıq ənənələrini, xalq ədəbiyyatının kiçik janrlardan başlayaraq əmək
nəğmələri, mərasim folkloru, qəhrəmanlıq eposu, aşıq yaradıcılığı və sonrakı
dövrlərin şifahi ənənələrini öyrədir. Kursu başa vuran tələbələr Azərbaycan
folkloru və folklorşünaslığı haqqında sistemli məlumatı əldə edəcəklər.
İPF-B10 Azərbaycan ədəbiyyatı tarixi-1 (Qədim dövr- 4 kredit, 120 saat) fənni
Qədim Azərbaycan ədəbiyyatının əsas ideya istiqaməti, poetik forma və janrları, ən
qədim çağlarda Azərbaycan ədəbiyyatının xüsusiyyətləri, “Avesta” Midiya dövrü
ədəbiyyatı, “Tomris”, “Astiaq” əfsanələri, erkən orta əsrlər Azərbaycan
ədəbiyyatı, VII-X yüzilliklərdə Azərbaycan ədəbiyyatı, Xətib Təbrizi
Azərbaycanda ədəbiyyatşünaslığın banisi kimi, XII yüzillikdə Azərbaycan
ədəbiyyatı: Xaqani, Məhsəti və b., Nizami Gəncəvi, yaradıcılığı, Nizami və xalq
qaynaqları kimi mövzuları öyrədir. Kursu başa vuran tələbələr Qədim Azərbaycan
ədəbiyyatının xüsusiyyətləri haqqında sistemli bilikləri əldə edəcəklər.
İPF-B11 Azərbaycan ədəbiyyatı tarixi-2 (Orta əsrlər- 8 kredit, 240 saat) fənni
XIII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatının xüsusiyyətləri, orta əsrlər
Azərbaycan ədəbiyyatında bədii metod, üslub və poetik vəzn problemi, XIII-XIV
əsrlərdə Azərbaycan ədəbiyyatı, “Dastani-Əhməd Hərami” əsərinin xüsusiyyətləri,
Seyid Zülfüqar Şirvani, Nəsirəddin Tusi, Azərbaycan ədəbiyyatında sufizm, XV-
XVI əsrlərdə Azərbaycan ədəbiyyatı, Məhəmməd Füzuli, XV əsrdə xalq
ədəbiyyatının inkişafı, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatı, XVII əsr Azərbaycan ədəbiyyatı, XVII-XVIII əsrlərdə xalq ədə-
biyyatının inkişafı, “Koroğlu” dastanı, XVIII əsrdə Azərbaycan ədəbiyyatı kimi
mövzuları öyrədir. Kursu başa vuran tələbələr XIII-XVIII əsrlərdə Azərbaycan
ədəbiyyatının xüsusiyyətləri haqqında sistemli bilikləri əldə edəcəklər.
İPF-B12 Azərbaycan ədəbiyyatı tarixi-3 ( XIX əsr – 5 kredit, 150 saat) fənni
yeni, original mərhələ kimi, XIX əsr Azərbaycan ədəbiyyatının birinci inkişaf
mərhələsi (Heyran xanım, Əndəlib Qaracadaği, Seyid Əbülqasım Nəbati), ikinci
inkişaf mərhələsi ( A.Bakıxanov Qüdsi, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh),
satirik şeirin təşəkkülü və inkişafı (Baba bəy Şakir, Mirzə Baxış Nadim, Molla
Fətulla - Fazil xan Şeyda, Qasım bəy Zakir), XX əsr Azərbaycan ədəbiyyatının
üçüncü inkişaf mərhələsi (Mirzə Fətəli Axundov), dördüncü inkişaf mərhələsi
(Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir), bu dövrdə yaranan
poetik məclislər (Xurşidbanu Natəvan, Məhəmməd Bağır ağa Xalxali, Mirzə
Mehdi Şükuhi, Mirzə ağa Təbrizi, Nəcəf bəy Vəzirov), XIX əsrə aid ədəbi – bədii
məxəzlər, əsrin ikinci yarısında poeziya kimi mövzuları əhatə edir. Kursu başa
vuran tələbələr XIX əsr Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri haqqında
sistemli biliklər əldə edəcəklər.
İPF-B13 Azərbaycan ədəbiyyatı tarixi – 4 (XX əsr- 6 kredit 180 saat) fənni XIX
əsrin sonu, XX əsrin əvvəllərində (1890-1917) Azərbaycanda siyasi-ictimai
vəziyyət, mədəni hərəkat və bunların ədəbi prosesin yüksəlişində rolu, bu
mərhələdə ədəbiyyatın spesifik inkişaf xüsusiyyətləri, əsas janrları və problemləri,
maarifçi realizm və onun nümayəndələrinin (Ə.Haqverdiyev, C.Məmədquluzadə,
N.Nərimanov, R.Əfəndizadə, S.S.Axundov, M.S.Axundov və b.) epik və dramatik
növlərin inkişafında rolu, maarifçi publisistika, ədəbi tənqid və ədəbiyyatşünaslığın
inkişafında F.Köçərli, M.T.Sidqinin xidmətləri, “köhnə” və “təzə” şeir problemi,
tənqidi realist ədəbiyyat, metodun nəzəri-estetik prinsiplərinin formalaşmasında
“Molla Nəsrəddin” jurnalının rolu, C.Məmmədquluzadə, M.Ə.Sabir tənqidi
realizmin banisi kimi, romantik ədəbiyyat, milli romantizmin genezisi, romantiz-
min nəzəri-estetik prinsiplərinin müəyyənləşməsində “Füyuzat” jurnalının rolu,
Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət, S.Səlmasi, H.Cavid, A.Şaiq, A.Divanbəyoğlu
Azərbaycan romantizminin əsas nümayəndələri kimi mövzuları əhatə edir. Kursu
başa vuran tələbələr XX əsr Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri
haqqında sistemli biliklər əldə edəcəklər.
İPF-B14 Azərbaycan ədəbiyyatı tarixi – 5 (Müasir dövr- 5 kredit 150 saat) fənni
XX əsrin 20-30-cu illərində Azərbaycan ədəbiyyatında yazıb yaradan sənətkarların
yaradıcılıq xüsusiyyətləri, bu dövrdə yeni janrların təşəkkülü, bədii nəsr və lirik-
psixoloji dramaturgiyanın təkamülü, Müasir Azərbaycan ədəbiyyatının 60-cılar
mərhələsi, postmodernizm ədəbi-estetik cərəyanının təsiri ilə Azərbaycan
ədəbiyyatında yeni nəsr tipinin formalaşması kimi mövzuları əhatə edir. Kursu
başa vuran tələbələr Müasir dövr Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri
haqqında sistemli biliklər əldə edəcəklər.
İPF-B15 Ölkəşünaslıq (3 kredit, 90 saat) fənninin məqsədi Azərbaycan xalqının
tarixinin, dilinin və mədəniyyətinin formalaşdığı ərazinin təbii-coğrafi şəraitinin
milli təbii sərvətlərinin qorunması işini, iqtisadiyyatını, əhalisini, maddi mədəniy-
yət abidələrini, dövlət və ictimai təsisatlarını öyrənməkdir. Kursu başa vuran
tələbələr ölkənin inkişaf mərhələləri haqqında sistemli biliklər əldə edəcəklər.
İPF-B16 Qədim türk dili (5 kredit, 150 saat) fənninin məqsədi qədim dilin
yazısını, fonetik quruluşunu, leksika və qrammatikasını tədris etməkdir. Eyni
zamanda dilin səs quruluşunu və sözün həqiqi səslənməsini, seqment və superseq-
ment vahidlərini, nitq axınının hecalara parçalanmasının xüsusiyyətlərini, sözün
təbiətini, leksik mənaların növlərini, leksik vahidlərin kateqoriya əlaqələrini, çox-
mənalılıq, omonimiya, sinonimiya, antonimiyanı, dildə nitq hissələrinin leksik-
qrammatik xüsusiyyətlərini və qrammatik formalarını, söz birləşmələrini, cümləyə
aid olan məsələlərin öyrənilməsinə diqqət yetirilir. Kursu başa vuran tələbələr
qədim türk dilinin işləndiyi tarixi dövrünü, konkret qədim dilin yazısını, fonetik
quruluşunu, leksika və qrammatikasını öyrənəcəkdir.
İPF-B18 Dünya ədəbiyyatı - 1 (6 kredit, 180 saat) fənni Qədim Şərq ədəbiyyatı,
“Avesta” Azərbaycanlıların ən qədim abidəsi kimi, onun yaranması tarixi,
hissələri, məzmunu və təhlili, qədim ikiçay ədəbiyyatı (Şumer-Akkad ədəbiyyatı),
qədim hökmranlıq dövrünün (e.ə.III minillik), orta hökmranlıq dövrünün (e.ə.XVI-
XVIII əsrlər), demotik və kopt dövrü ədəbiyyatları, Xett və Xurrit ədəbiyyatı,
qədim türk ədəbiyyatı, qədim Hind ədəbiyyatı, qədim Çin və İran ədəbiyyatları,
qədim Yəhudi və Ərəb ədəbiyyatları, qədim Yunan ədəbiyyatı, faciə, məzhəkə,
Attika dövründə ədəbiyyatşünaslıq, qədim Roma ədəbiyyatı, imperiyanın təşək-
külü və imperiya dövründə Roma ədəbiyyatı, Aralıq dənizi imperiyası dövründə
Roma ədəbiyyatı, Roma ədəbiyyatının son dövrü kimi mövzuları əhatə edir. Kursu
başa vuran tələbələr qədim şərq ədəbiyyatından başlayaraq qədim Roma
ədəbiyyatının inkişaf mərhələləri də daxil olmaqla Dünya ədəbiyyatı haqqında
sistemli biliklər əldə edəcəklər.
İPF-B19 Dünya ədəbiyyatı -2 (6 kredit, 180 saat) fənni erkən orta əsrlər dövründə
qərb ədəbiyyatı, orta əsrlər eposu, XII-XIII əsrlər cəngavər (kurtuaz) ədəbiyyatı,
orta əsrlər şəhər ədəbiyyatı, İtaliya, Fransa və İngiltərədə intibah dövrünə keçid,
intibah dövrü ədəbiyyatı, İtaliya, Niderland, Almaniya, Fransa, İspaniya,
Portuqaliya və İngiltərədə intibah, XVII əsr Qərb ədəbiyyatı, ədəbi cərəyan və
meyillər, alman, italyan, ispan, fransız və ingilis klassisizmi, XVIII əsr Qərb
ədəbiyyatı, maarifçilik və maarifçi realizm, ingilis, fransız, alman maarifçiliyi,
xüsusiyyətləri və nümayəndələri, şərqi slavyan xalqları ədəbiyyatı, şərqi slavyan
xalqlarının folkloru, qədim və orta əsrlər Şərqi Slavyan xalqları ədəbiyyatı, türk və
şərq xalqları ədəbiyyatı, ümumtürk yazılı ədəbiyyatı, klassik özbək ədəbiyyatı və
nümayəndələri kimi mövzuları öyrədir. Kursu başa vuran tələbələr erkən orta
əsrlərdə Qərb ədəbiyyatından başlayaraq XVIII əsr Qərb ədəbiyyatının inkişaf
mərhələləri də daxil olmaqla Dünya ədəbiyyatı haqqında sistemli biliklər əldə
edəcəklər.
İPF-B20 Dünya ədəbiyyatı - 3 (6 kredit, 180 saat) fənni XIX- XX əsrlərdə Dünya
ədəbiyyatını şərtləndirən prinsiplər, XIX əsr Qərb ədəbiyyatında romantizm, daha
sonra tənqidi realizm ədəbi estetik cərəyanlarının yaranması, modernizm
dövrünün ideya-məzmun xüsusiyyətləri, postmodernizm dövrü, intellektual roman
, absurd teatr, epik teatr və s. kimi ədəbi cərəyan və konsepsiyaların formalaşması
kimi mövzuları əhatə edir. Kursu başa vuran tələbələr XIX-XX əsr Qərb
ədəbiyyatının inkişaf mərhələləri də daxil olmaqla Dünya ədəbiyyatı haqqında
sistemli biliklər əldə edəcəklər.
İPF-B22 Ümumi dilçilik (6 kredit, 180 saat) fənni dilçilik elminin obyektini,
yaranmasını, dilçiliyin başqa elmlər sistemində yeri və başqa elmlərlə əlaqəsini,
dilçilik elminin sahələri, şöbələri haqqında mövzuları əhatə edir. Başlıca ünsiyyət
vasitəsi kimi, ictimai hadisə kimi dilin mahiyyəti, mənşəyi, işarəviliyi, sistemi,
inkişafı, dillər və onların təsnifi, dil və yazı, əlifba problemi, dil və düşüncə, dil və
nitq, dil və norma, dil və üslub, dil və mədəniyyət, dil və cəmiyyət, dil və siyasət,
dil və üniversallıq, dil və kontakt, vahid bəşəri dil problemi, dilçilik tədqiqatlarının
mərhələləri, dilçilik tədqiqatının metodları, müasir dilçiliyin metodları,
transkripsiya və transliterasiya problemləri kimi mövzuları tədris edir. Kursu başa
vuran tələbələr dilçilik elminin obyektini, yaranmasını, dilçiliyin başqa elmlər
sistemində yeri və başqa elmlərlə əlaqəsini, dilçilik elminin sahələri, nəzərivə
tətbiqi prinsipləri, dilçilik məktəbləri haqqında sistemli biliklər əldə edəcəklər
İPF-B23 Ədəbiyyat nəzəriyyəsi (3 kredit, 90 saat) fənninin tədrisində ədəbiyyat
nəzəriyyəsinin predmeti, məqsəd və vəzifələri, yeni milli metodologiya və
ədəbiyyat nəzəriyyəsi, dünya ədəbiyyatının ümumi nəzəri prinsipləri, bədii
ədəbiyyatın strukturu, mühüm sənətkarlıq komponentləri, yaradıcılıq psixologiyası,
nəzəriyyə ilə ədəbi prosesin qarşılıqlı dialektikası, yaradıcılıq prosesi və onun
mərhələləri, bədii əsərlərin dili, üslubu, bədii əksetdirmənin prinsipləri kimi
mövzulara diqqət yetirilir. Kursu başa vuran tələbələr ədəbiyyat nəzəriyyəsinin
yeni metodologiya, dünya ədəbiyyatının ümumi nəzəri prinsipləri, bədii
ədəbiyyatın strukturu, mühüm sənətkarlıq komponentləri, yaradıcılıq psixologiyası,
nəzəriyyə ilə ədəbi prosesin qarşılıqlı dialektikası, yaradıcılıq prosesi və onun
mərhələləri, bədii əsərlərin dili, üslubu haqqında sistemli biliklər əldə edəcəklər.
İPF-B24 Azərbaycan dilinin üslubiyyatı və nitq mədəniyyəti (6 kredit, 180 saat)
fənninin vəzifəsi ədəbi dil normalarının araşdırılması, izahlı omonim, sinonim,
antonim sözlər lüğətinin tərtib olunması kimi problemlərin öyrənilməsidir. Dillərin
geneoloji və morfoloji təsnifindən əlavə, xalqların, millətlərin, dillərin maraq
dairəsini, zəruri problemlərin öyrənilməsinin vacibliyini nəzərə alaraq dillərin
sosioloji təsnifinə də diqqət yetirilir. Kursu başa vuran tələbələr Azərbaycan
dilinin inkişaf səviyyəsini, xidmət dairəsini, eləcə də mövcud imkanlarını üzə
çıxartmağa nail olacaq, eyni zamanda nitq mədəniyyəti fənninin tarixi, digər
elmlərlə əlaqəsi, nitqin növləri, mədəni nitqin əsas xüsusiyyətləri, dil
səviyyələrində mövcud olan aksentoloji, orfoepik, leksik-semantik və qrammatik
normalar, onların tarixi inkişafı və variantlılığını haqqında məlumat əldə edəcəklər.
İPF-B26 Azərbaycan filologiyasına giriş (3 kredit, 90 saat) fənni tələbələrə
filologiya elminin yaranması, təşəkkülüvə inkişaf istiqamətləri haqqında ümumi
məlumatı öyrədir. Azərbaycan filologiyası həm dünya filologiyasının tərkib hissəsi,
həm də özünəməxsus cəhətləri ilə müstəqil elm sahəsi kimi öyrənilir. Kursu başa
vuran tələbələr Filologiyanın iki tərkibdə olması (Dilçilik və ədəbiyyatşünaslıq),
Azərbaycan filologiyasının tarixi və müasir durumu haqqında məlumatı əldə
edəcəklər.
İPFS-B01 Fars dili (6 kredit, 180 saat) Qədim Azərbaycan ədəbiyyat tarixi ilə
bağlı müəlliflərin yazıları bu dildə olduğundan, eyni zamanda Qədim azərbaycan
ədəbiyyatı bütövlükdə fars dilində yazıldığından filologiya ixtisası üzrə təhsil alan
tələbələr bu dildə yazıb-oxuma bacarıqlarına sahib olmalıdırlar. Bu səbəbdən
seçmə fənn kimi təklif olunan “Fars dili” fənninin tədrisində əsas məqsəd əlifbadan
başlamaqla dilin yazı qaydalarının, qramatik xüsusiyyətlərinin mənimsədilməsidir.
Kursu başa vuran tələbələr Qədim Azərbaycan ədəbiyyat tarixi ilə bağlı
müəlliflərin fars dilində yazılan əsərlərini orijinaldan oxuyub tanış ola biləcəklər.
İPFS-B02 Tibbi biliklərin əsasları (4 kredit, 120 saat) fənni tələbələrə insan
orqanizminin quruluşu, xəstəlikləri, xəstəliklər zamanı ilk yardım, dərmanlar,
xəstələrə qulluq, xalq təbabəti haqqında ümumi məlumat verir. Kursu başa vuran
tələbələr Tibb elmi haqqında ümumi məlumatı və ekstremal vəziyyətlərdə
xəstələrə ilk yardım etmək vərdişlərini əldə edirlər.
İPFS-B03 Müqayisəli qrammatika (6 kredit, 180 saat) fənninin məqsədi Türk
dilləri ailəsinə mənsub olan dillərin fonetikası, leksikası, morfologiyası və
sintaksisinin dünya dilləri ilə müqayisəli şəkildə öyrədilməsi, məşhur dilçi
alimlərin dünya dillərinin təsnifatının təhlilidir. Kursu başa vuran tələbələr Türk
dilləri ailəsinə mənsub olan dillərin dünya dilləri ilə müqayisəli şəkildə araşdıraraq
bu haqda sistemli biliklər əldə edirlər.
İPFS-B04 Mühacirat ədəbiyyatı (5kredit, 150 saat) fənni XX əsrdə Azərbaycan
mühacirətiinin tarixi, ictimai-siyasi səbəbləri, Azərbaycan mühacirətinin
yaranmasını şərtləndirən amillər, digər xalqların mühacirət hərəkatı ilə əlaqələri,
mühacirət
ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatının ədəbi-nəzəri
problemlərinin demokratik şərhi, Azərbaycan mühacirət ədəbiyyatının əsas
mərhələləri, mühacirət mətbuatı çağdaş mərhələdə kimi mövzuları öyrədir. Kursu
başa vuran tələbələr ictimai-siyasi səbəblərdən Azərbaycandan kənarda yazıb
yaratmağa məcbur olmuş sənərkarların elmi-bədii yaradıcılıqları haqqında sistemli
biliklər əldə edəcəklər.
İPFS-B05 Bədii mətnin linqvistik təhlili (4 kredit, 120 saat) fənninin tədrisində
bədii mətn (əsər) və onun dili, şeir və nəsr dilinin əlamətdar cəhətləri, linqvistik
təhlil və onun əhəmiyyəti, linqvistik təhlilin konkret prinsipləri, linqvistik təhlilin
üsul və metodları, linqvistik təhlilin texnikası, nitq quruluşunun təhlili, fərdi və
frontal təhlildən istifadə olunması, bədii mətnin linqvistik təhlili, bədii əsərin
müəyyən hissəsinin təhlili, nəzm, nəsr və dram əsərlərinin təhlili kimi problemlər
araşdırılır. Kursu başa vuran tələbələr bədii mətnin linqvistik təhlili, bədii əsərin
müəyyən hissəsinin təhlili, nəzm, nəsr və dram əsərlərinin təhlili kimi problemlər
haqqında sistemli biliklər əldə edəcəklər.
İPFS-B05 Pedaqogika (4 kredit, 120 saat) fənninin məqsədi, şəxsiyyətin
inkişafının ümumi qanunauyğunluqları, müəllim işinin xüsusiyyətləri, pedaqoji
dəyərlər, informasiyalar və texnologiyaların tədrisi və tərbiyəyə kompleks
yanaşma, sinifdən və məktəbdənkənar tərbiyə işləri, şagirdlərin ailə və ictimai
tərbiyəsi problemlərinin tədrisi və məktəbə rəhbərlik, onun formaları, məktəb
rəhbərlərinin hüquqları və vəzifələri, məktəbdaxili nəzarət, onun forma və
metodları, məktəbdə metodik işlər və s. məsələlərin tədrisinin aparılmasıdır. Kursu
başa vuran tələbələr təlimin və tərbiyənin əsasları , tədrisin təşkil olunması
haqqında sistemli biliklər əldə edəcəklər.
İPFS-B06 Sintaksisin aktual problemləri (5 kredit, 150 saat) fənninin məqsədi,
tələbələri müasir Azərbaycan dilinin sintaksisində cümlənin aktual və qrammatik
üzvlənməsi və qrammatik quruluşu ilə tanış etməkdən, onları keçilən digər
türkoloji fənləri yaxşı mənimsəməyə hazırlamaqdan ibarətdir. Təcrübi məşğələlər
müasir Azərbaycan ədəbi dilində olan mətnlərin oxunub təhlil edilməsinə həsr
edilməlidir. Kursu başa vuran tələbələr sintaktik vahidlərin struktur xüsusiyyətləri
haqqında sistemli biliklər əldə edəcəklər.
İPFS-B06 Müasir ədəbi proses (5 kredit, 150 saat) fənni ədəbiyyat və elmi-texniki
tərəqqinin qarşılıqlı təsiri, mənəvi-əxlaqi axtarışlar, ədəbiyyatda insan və cəmiyyət,
ədəbi janrların inkişafı müasir mərhələdə, ədəbi-estetik cərəyanlar və onların ədəbi
əsərlərdə təzahürü, ədəbiyyat və incəsənət arasındakı bağlılıq kimi mövzuları
əhatə edir. Kursu başa vuran tələbələr Dünya ədəbi prosesin bütün müxtəlif
cəhətləri haqqında sistemli biliklər əldə edəcəklər.
İPFS-B07 Azərbaycan ədəbi tənqid tarixi (5 kredit, 150 saat) fənninin məqsədi
ədəbi tənqid haqqında ümumi məlumat, ədəbi tənqid ədəbiyyatşünaslığın bir sahəsi
kimi, ədəbi tənqidin klassik (şərh, poetik risalə, təzkirə, dibaçə və s.) və müasir
(resenziya, esse, açıq məktub, problem məqalə, ədəbi icmal, ədəbi portret, ədəbi
oçerk, ədəbi dialoq, ədəbi müsahibə, monoqrafiya, yol qeydləri və s.) janrları, bu
janrların səciyyəvi xüsusiyyətləri, sosioloji, estetik, strukturalist tənqid və
linqvistik tənqid kimi mövzuların tədrisinin aparılmasıdır. Kursu başa vuran
tələbələr Azərbaycan ədəbi tənqidinin əsas mənbələri və linqvistik tənqid kimi
problemlərin araşdırılması haqqında sistemli biliklər əldə edəcəklər.
İPFS-B08 Multikulturalizm Azərbaycan dünya mədəniyyəti kontekstində
(6 kredit, 180 saat) fənni mədəniyyətlərarası münasibətləri, mədəniyyətlərin bir-
birinə təsirinin spesifikasını öyrədir. Kursu başa vuran tələbələr müxtəlif xalqların
mədəniyyətlərinin xüsusi və ümumi cəhətləri haqqında sistemli biliklər əldə
edəcəklər.
İPFS-B09 Türk xalqları ədəbiyyatı (5 kredit, 150 saat) fənninin əsas məqsədi
qədim dövrdən ortaq türkdilli xalq ədəbiyyatı nümunələri- Manas, Koroğlu,
Goroğlu və s. eposların və eyni zamanda Mahmud Kaşğarinin “Əl-divani-it-türk”,
Yusif Balasuqunun “Qutadqu-bilik”əsərləri haqqında məlumatları, orta sərlər və
müasir dövrdə türk xalqlarının seçilmiş ədəbi nümunələrini tələbələrə
öyrətməkdir. Kursu başa vuran tələbələr türk xalqlarının ədəbiyyatının xüsusi və
ümumi cəhətləri haqqında sistemli biliklər əldə edəcəklər.
İPFS-B09 Qədim Türk yazılı abidələrinin dili (5 kredit, 150 saat) fənni türk
dillərinin inkişaf mərhələlərinin müəyyənləşdirilməsinə, türk xalqları tarixinin
tədqiqinə, müasir türk dillərinin elmi cəhətdən dərk edilməsinə böyük kömək
göstərə bilər. Bu kursun tədrisində əsasən üç əlifba - qədim türk, uyğur və ərəb
əlifbaları ilə yazılmış abidələrin oxunması öz əksini tapmışdır. Kursu başa vuran
tələbələr türk xalqları ədəbiyyatının xüsusi və ümumi cəhətləri haqqında sistemli
biliklər əldə edəcəklər.
İPFS-B02 Akademik yazı, natiqlik və təqdimat bacarıqları (4 kredit, 60 saat)
fənninin tədrisi prosesində yazı növlərinin yazılması, düzgün, dəqiq, aydın nitq
tələblərinin öyrədilməsi, təqdimat üsulları və təşkil olunması əsas amillərdən hesab
olunur. Kursu başa vuran tələbələr düzgün, yığcam, mövzunu tam əhatə edən yazı
yazmaq, nitq tələblərinə yiyələnmək, təqdimat bacarıqları haqqında sistemli
biliklər əldə edəcəklər.
Dostları ilə paylaş: |