istiqamətlərinin, həmçinin forma və metodlarının tədqiqi;
4. Dövlətin aqrar siyasətininəsas istiqamətlərinin və vəzifələrinin
müəyyənləşdirilməsi;
5. Aqrar sektorda həyata keçirilən iqtisadi islahatlar strategiyasinin əsas
xüsusiyyətlərininmüəyyənləşdirilməsi;
6. Aqrar sahənin davamlı inkişafının iqtisadi tənzimlənmə mexanizminin
mövcud vəziyyətinin kompleks təhlili;
7. Azərbaycan Respublikasında aqrar sektorun inkişafının müasir
vəziyyətinin kompleks təhlili həyata keçirilməsi və Azərbaycandaaqrar sektorun
davamlı inkişafın tənzimlənməsinin əsas istiqamətlərinin tədqiqi
8. Aqrar sektorun davamlı inkişafının tənzimlənməsi mexanizminin hüquqi
təminatının mövcud vəziyyətinin tədqiqi və qiymətləndirilməsi, Azərbaycan
Respublikasında reallaşdırılan aqrar islahatların hüquqi təminatının təkmilləşdirilməsi
istiqamətlərinin tədqiqi
Tədqiqatın informasiya bazasını mövzu ilə əlaqədar ekspertlərin araşdırmaları,
dövlət hakimiyyəti və idarəetmə orqanlarının, xüsusilə də Dövlət Statistika
Komitəsinin aqrar sektorun vəziyyətinin təhlilini həyata keçirmək üçün geniş
statistikməlumatları, Azərbaycan Respublikası qtisadi nkişaf Nazirliyinin və Kənd
Təsərrüfatı Nazirliyinin, həmçinin aqrar sahədə fəaliyyət göstərən qeyri-hökumət
təşkilatlarının məlumatları, tədqiqat mövzusu üzrə elmi araşdırmalar və digər elmi
ə
dəbiyyatlar, beynəlxalq təşkilatların işçi materialları və sənədləri və normativ
materiallar, bir sıra konfransların sənədləri təşkil etmişdir.
Qarşıya qoyulan məsələlərin həllinə nail olmaq üçün müqayisəli təhlil,
statistik, səbəb – nəticə, funksional, məntiqi, struktur, qruplaşdırma və
müşahidə,həmçininölkənin aqrar sahəsinin davamlı inkişafının tənzimlənməsinin
hüquqi mexanizminin tədqiqi ilə bağlı digər metodları istifadə edilmişdir. şin nəzəri
– metodoloji bazasını keçid şəraitində dövlətin iqtisadiyyata müdaxiləsinin
transformasiyası,ölkə iqtisadiyyatında aqrar sektorla bağlı reallaşdırılan iqtisadi
islahatlar, onların xüsusiyyətləri, strategiyası və iqtisadi-hüquqi mexanizmi,aqrar
sahənin davamlı iqtisadi inkişafının təmin edilməsi, onun tənzimlənməsi və hüquqi
təminatı istiqamətlərinin tədqiqi ilə bağlı alimlərin tədqiqatları, elmi yanaşmalar və
konseptual aparat, bu sahədə yerli və xarici iqtisadçı ekspertlərin əldə etdikləri
nəticələr, beynəlxalq təşkilatların aparıcı mütəxəssislərinin tədqiqatları təşkil
etmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti onun aqrar sahənin tənzimlənməsi və aqrar
islahatların reallaşdırılmasıprosesində, həmçininaqrar sektorun davamlı inkişafının
təmin edilməsi və onun tənzimlənməsi, həmçinin aqrar sektorun davmlı inkişafının
hüquqi təminatı mexanizminin işlənilməsizamanı, eləcə dəbu proseslərin hüquqi
təminatının təkmilləşdirilməsi ilə bağlı məsələlərdə bəzi müddəaların tətbiqinin
mümkünlüyü ilə, həmçinin müəllif tərəfindən araşdırılan məsələlərin “ qtisadiyyatın
dövlət tənzimlənməsi”, “ qtisadiyyatın hüquqi tənzimlənməsi”, “ qtisadi hüquq”,
“Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi”, “Region iqtisadiyyatının
hüquqi tənzimlənməsi” kimi fənn istiqamətlərinin tədrisində köməkçi material kimi
istifadə edilə bilməsi ilə bağlıdır. Dissertasiyanın materialı həm ölkədə, həm də
kənarda aqrar sektorun tənzimlənməsinin hüquqi təminatı mexanimi və bu sahədə
reallaşdırılan iqtisadi islahatların strategiyasının öyrənilməsi ilə məşğul olan
subyektlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, region iqtisadiyyatı və aqrar
iqtisadiyyat məsələlərinə aidiyyəti olan ali təhsil müəssisələrinin tələbələri üçün
maraq kəsb etməlidir.
Tədqiqatın elmi yeniliyi. Müəllif tərəfindən əldə edilən tədqiqat nəticələri elmi
yeniliyin növbəti elementləri ilə səciyyələnir:
- milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsində aqrar sektorun
rolu əhatəli şəkildə müəyyənləşdirilmişdir;
- ölkə
iqtisadiyyatının
aqrar
sektorunda
bazar
münasibətlərinin
formalaşdırılmasının iqtisadi məzmunu araşdırılmışdır;
- aqrar sektorda formalaşan münasibətlərin dövlət tənizmlənməsinin əsas
istiqamətləri, həmçinin forma və metodları tədqiq edilərək müəyyənləşdirilmişdir;
- dövlətin aqrar siyasətininəsas istiqamətləri və vəzifələri tədqiq edilərək
müəyyənləşdirilmiş və aqrar sahədə həyata keçirilən iqtisadi islahatlar strategiyasinin
ə
sas xüsusiyyətləri müəyyənləşdirilmişdir;
- aqrar
sektorun
davamlı
inkişafının
iqtisadi
tənzimlənmə
mexanizmininnəticələri təhlil edilərək qiymətləndirilməsi aparılmışdır;
- aqrar sahədəformalaşan münasibətlərin tənzimlənməsi mexanizminin
hüquqi təminatı araşdırılmış, qüvvədə olan aqrar qanunvericilik aktlarının reallığı əks
etdirmə səviyyəsi nəzərdən keçirilmişdir;
- aqrar sektorda formalaşan münasibətlərin hüquqi tənzimlənməsinin mövcud
vəziyyətin tələblərinə uyğun təkmilləşdirilməsinin zəruriliyi əsaslandırılmışdır.
Dissertasiyanın strukturu giriş, üç fəsil, nəticə və təklifdən ibarətdir.
Dissertasiyanın birinci fəsli “Aqrar sahənin davamlı inkişafının mahiyyəti və onun
tənzimlənməsinin konseptual əsasları” adlanır. Bu fəsildə“Davamlı inkişaf”
anlayışının mahiyyəti araşdırılmış,aqrar sahənin davamlı inkişafının obyektiv
zəruriliyi və özünəməxsus xüsusiyyətləri göstərilmiş, aqrar sektorda davamlı
inkişafın və aqrar münasibətlərin tənzimlənməsinin forma və metodları öyrənilmiş,
dövlətin aqrar siyasətinin mahiyyəti və vəzifələri geniş tədqiqi edilmişdir.
Dissertasiyanın ikinci fəsli adlanır: “Azərbaycanda aqrar sahənin davamlı
inkişafının tənzimlənməsi mexanizminin mövcud vəziyyəti və aqrar sektorda həyata
keçirilən iqtisadi islahatlar strategiyasının əsas xüsusiyyətləri”. Bu fəsildə
Azərbaycanda aqrar sektorun inkişafının müasir vəziyyətinin kompleks təhlili həyata
keçirilmiş, aqrar sahənin davamlı inkişafının iqtisadi vasitələrlə tənzimlənməsinin
mövcud vəziyyətinin təhlili aparılmış və aqrar sektorda həyata keçirilən iqtisadi
islahatlar strategiyasinin əsas xüsusiyyətləri müəyyənləşdirilimişdir.
Dissertasiyanın “Azərbaycan Respublikasında aqrar sektorun davamlı
inkişafının tənzimlənməsi mexanizminin hüquqi təminatı və onun təkmilləşdirilməsi
istiqamətləri” adlı üçüncü fəslində aqrar sektorda formalaşan münasibətlərin və aqrar
sektorun davamlı inkişafının tənzimlənməsi mexanizminin hüquqi təminatı
məsələlərinin təhlili həyata keçirilmiş, Azərbaycan Respublikasında aqrar sektorun
davamlı inkişafın tənzimlənməsinin və reallaşdırılan aqrar islahatların hüquqi
təminatının təkmilləşdirilməsi istiqamətləri geniş şəkildə tədqiq edilmişdir.
Tədqiqatın sonunda nəticə və təkliflər çıxarılmış, istifadə olunan ədəbiyyat
siyahısı və resurslar geniş təqdim edilmişdir.
Dostları ilə paylaş: |