Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

-  kənd  təsərrüfatının  dövlət  tənzimlənməsi  üzrə  institusional  potensialın 
gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi. 
Göründüyü  kimi,  müasir  mərhələdə  aqrar  islahatların,  iqtisadi  ədəbiyyatlarda 
"rəqabətqabiliyyətliyin  determinantları"  adlandırılan  faktorlar  tam  şəkildə  nəzərə 
alınmaqla,  sistemli  şəkildə  həyata  keçirilməsi  müəyyən  edilmişdir.  Təbii  olaraq  bu 
yanaşma  bütövlükdə  ölkə  iqtisadiyyatının  dünyanın  yüksək  rəqabətqabiliyyətliyə 
malik  olan  iqtisadiyyatları  qrupuna  yüksəldilməsi  ilə  bağlı  müəyyən  edilmiş 
strategiyaya əsaslanır. 
Fermerlərin  müvafiq  dövlət  dəstəyi  tədbirlərindən  bəhrələnmək  imkanlarını 
daha  da  genişləndirmək  məqsədilə  Nazirlər  Kabinetinin  müvafiq  qərarına  əsasən 
kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  satılan  gübrəyə  görə  verilən  güzəştin 
həcmi  50  faizdən  70  faizə  yüksəlmiş  və  hər  hektara  büdcə  vəsaiti  hesabına  verilən 
güzəştin  yuxarı  həddi   50  manatdan  80  manata  çatdırılmışdır.  Həmçinin  Nazirlər 
Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş yeni qaydalara əsasən, kənd təsərrüfatı 
məhsulları istehsalçılarına "Aqrolizinq" ASC tərəfindən lizinqə verilən və lizinq yolu 
ilə satılan texnikaların dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilmişdir. 
Kənd təsərrüfatının texnika parkının gücləndirilməsi ilə yanaşı, kənd təsərrüfatı 
məhsulları  istehsalçılarının  yüksək  kondisiyalı  toxum  və  ting  materialları  ilə 
təminatının  yaxşılaşdırılması  da  diqqət  mərkəzindədir.  Cari ilin  9 ayında  məhsuldar 
toxum  sortlarının  yetişdirilməsi  ilə  məşğul  olmaq  məqsədilə  yeni  yaradılmış  71 
toxumçuluq  təsərrüfatı  qeydiyyatdan  keçmiş  və  şəhadətnamə  almışdır.  Bununla  da 
mövcud toxumçuluq təsərrüfatlarının sayı 353-ə çatmışdır. 
Ölkədə  kənd  təsərrüfatının  rəqabətqabiliyyətliyinin  artırılması  siyasətinin 
zəruri  elementlərindən  biri  kimi  heyvandarlığın  cins  tərkibinin  yaxşılaşdırılması 
tədbirləri də kompleks şəkildə davam edir. Cari ilin ötən dövrü ərzində "Aqrolizinq" 
ASC  tərəfindən  7106  baş  cins  damazlıq  qara  malın  və  5200  baş  davarın  ölkəyə 
gətirilərək  dəyərinin  50  faiz  həcmində  güzəştlə  kənd  təsərrüfatı  məhsulları 
istehsalçılarına  lizinqə  verilməsi  üçün  müvafiq  prosedurların  icrası  təmin 
olunmuşdur. 


Aqrar  islahatların  müasir  mərhələsində  dövlət  başçısı  tərəfindən  qarşıya 
qoyulan əsas vəzifələrdən biri də ölkədə kənd təsərrüfatı məhsulları bazarının daha da 
təkmilləşdirilməsi  və  bazar  şərtlərinin  fermerlər  üçün  daha  əlverişli  səviyyədə 
qərarlaşmasının təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə müəyyən edilmiş strateji 
prioritetlər aşağıdakılardan ibarətdir: 
- Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının 
daha  səmərəli  təşkili,  onların  fəaliyyətinə  normal  şəraitin  yaradılması,  əhali  və 
fermerlər  üçün  əlverişli  ticarət  mühitinin  formalaşdırılması,  yarmarkalarda  sui-
istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi, kənd 
təsərrüfatı  məhsulları  istehsalçılarının  topdan  və  pərakəndə  satış  bazarlarına  çıxış 
imkanlarının  genişləndirilməsi  məqsədilə  şəhərlərdə  və  rayon  mərkəzlərində 
yarmarkaların təşkili;  
-  özəl  tədarük-satış  bazalarının,  ticarət  (treyder)  şirkətlərinin,  logistik 
mərkəzlərin,  qablaşdırma  və  tara  təsərrüfatının,  kənd  təsərrüfatı  və  ərzaq 
məhsullarının  daşınmasına  xidmət  edən  xüsusi  nəqliyyat  vasitələri,  o  cümlədən 
avtorefrijerator parkının yaradılmasının dövlət tərəfindən dəstəklənməsi;  
-  Bakı  şəhərinin  rayonlarında  və  iri  şəhərlərdə  daimi  fəaliyyət  göstərən 
ixtisaslaşdırılmış  "fermer  mağazaları"  və  "yaşıl  marketlər"  şəbəkəsinin 
yaradılmasının dəstəklənməsi; 
-  baytarlıq-sanitariya  və  sanitariya-epidemioloji  tələblərə  uyğun  ət  kəsimi  və 
satışı mərkəzlərinin yaradılması üçün tədbirlərin görülməsi;  
- kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahəsində mövcud vəziyyət 
ə
traflı  şəkildə  təhlil  olunmaqla  müşahidə  edilən  problemlərin  aradan  qaldırılması 
üçün əlavə tədbirlərin görülməsi; 
-  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  bazarında,  tədarük  prosesində  haqsız 
rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirlərin və antiinhisar nəzarətinin 
gücləndirilməsi;  
-  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  ölkə  daxilində  daşınması  üçün 
ə
lverişli  şəraitin  yaradılması  sahəsində  aidiyyəti  qurumlar  tərəfindən  müvafiq 
tədbirlərin görülməsi;  


-  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  ixracının  artırılması  və  bu  sahədə 
prosedurların sadələşdirilməsi. 
Göründüyü  kimi,  müvafiq  strateji  prioritetlər  həm  daxili  bazar,  həm  də  ixrac 
bazarları  nəzərdə  tutulmaqla  müəyyən  olunmuşdur.  Eyni  zamanda,  kənd  təsərrüfatı 
bazarının  inkişaf  etdirilməsi  siyasəti  çərçivəsində  bir  tərəfdən  müvafiq 
infrastrukturun  gücləndirilməsi,  digər  tərəfdən  isə  müvafiq  institusional 
mexanizmlərin təkmilləşdirilməsi məsələləri kompleks şəkildə əhatə edilmişdir. 
Hər  bir  inkişaf  mərhələsinə  uyğun  olaraq  kənd  təsərrüfatında  struktur 
dəyişikliklərinin  həyata  keçirilməsi  bu  sahə  üzrə  rəqabətqabiliyyətliyin 
yüksəldilməsinin  zəruri  vasitələrindən  biri  kimi  çıxış  edir.  Bu  baxımdan  hazırda 
Azərbaycanda  kənd  təsərrüfatı  istehsalının  həm  sahəvi  strukturunun,  həm  də 
institusional  strukturunun  yeni  tələblərə  uyğun  olaraq  optimallaşdırılması  aqrar 
islahatların müasir mərhələsində əsas vəzifələrdən biridir. 
Hazırda  Azərbaycanda  Avropa  ölkələrində  olduğu  kimi,  qabaqcıl  aqrotexniki 
metodları  tətbiq  etmək  və  iri  taxılçılıq  təsərrüfatları  yaratmaqla  məhsuldarlığın 
yüksəldilməsi  hesabına  taxıl  istehsalının  artırılması  istiqamətində  tədbirlər  həyata 
keçirilir.  Hazırda  12  rayonun  ərazisində  ümumilikdə  30  min  hektaradək  sahədə  15 
sahibkarlıq  subyektinə  məxsus  19  iri  fermer  təsərrüfatının  yaradılması  və  zəruri 
infrastrukturla  təmin  olunması  istiqamətində  işlər  davam  etdirilir.  Həmçinin  təbii 
otlaq  sahələrinin  məhdudluğu  nəzərə  alınaraq  birbaşa  dövlət  dəstəyi  hesabına 
məhsuldar  cinslər  əsasında  həm  iri  heyvandarlıq  komplekslərinin,  həm  də  süd 
istehsalı ilə məşğul olan ailə təsərrüfatlarının yaradılmasına başlanılmışdır. 
XXI  əsrin  əvvəllərindən  başlayaraq  aqroərzaq  məhsulları  istehsalı  sistemində 
tətbiq  edilən  yeni  biznes  texnologiyalarından  biri  kimi  çıxış  edən  aqroparkların 
ölkəmizdə  yaradılması  aqrar  islahatların  müasir  mərhələsində  müəyyən  edilən 
vəzifələrdəndir. Belə ki, qlobal səviyyədə yüksək sürətlə gedən urbanizasiya prosesi 
nəticəsində şəhər əhalisinin ərzaq məhsulları üzrə istehlak göstəricisinin həcmi böyük 
miqyasda,  həm  də  müvafiq  keyfiyyət  tələblərinin  yüksəlməsi  şərtilə  artır.  Bu  isə 
ə
nənəvi  kənd  təsərrüfatı  istehsalı  modelinin  "şəhər  tələbatına  yönəlik  kənd 
təsərrüfatı"  yanaşması  ilə  əvəzlənməsini  şərtləndirmiş,  yəni  aqroparkların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə