Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma



Yüklə 0,84 Mb.
səhifə5/134
tarix24.02.2022
ölçüsü0,84 Mb.
#84075
1   2   3   4   5   6   7   8   9   ...   134
layihe menecmenti (1)

ön söz
Dünya praktikasından məlumdur ki, layihələrin idarə edilməsi sisteminin düzgün qurulması ölkədə iqtisadiyyatm inkişaf dinamikasına bö)dik təsir göstərir. Ölkədə iqtisadiyya- tın inkişafı həmin ölkədə yerinə yetirilən layihələrin nəticələri ilə sıx bağlıdır. Layihələrin həyata keçirilməsi və uğurlu olması onun düzgün idarə edilməsindən asılıdır. Müstəqil Respublikamızda layihələri uğurla həyata keçirməklə sosial, iqtisadi və ictimai həyatımızda bö)mk nəticələr əldə etmiş oluruq. Bu gün layihələrin idarə edilməsi prosesi müasir idarəetmə vasitələri və texnologiyalan tələb edir. Biz bu gün yeni bir mərhələyə: təşkilatların layihələr əsasında idarə edilməsi mərhələsinə qədəm qoyuruq.

Layihələri idarə etmək və onlan uğurla başa çatdırmaq üçün bilikli, təcrübəli və yüksək şəxsi keyfiyyətlərə malik olan mütəxəssislər tələb olunur. Bu şəxs, layihə rəhbəri və ya layihə meneceri ola bilər. Layihə rəhbərləri öz bilik və təcrübələrindən istifadə edərək layihələri beynəlxalq standartlar əsasında həyata keçirməlidirlər.

Layihələrin idarə edilməsi yeni bir elmi istiqamət olduğunu nəzərə alaraq mütəxəssislər çoxlu problemlər ilə rastlaşır. Regional layihələrin idarə edilməsində beynəlxalq təcrübədən istifadə etməklə, elmi araşdırmalar nəticəsində əldə olıman müsbət nəticələri infrastruktur layihələrdə tətbiq etməklə bir çox problemləri həll etmiş oluruq.

Mən əminəm ki, bu kitab layihələrin idarə edilməsində elmi araşdırmalan daha da dərindən öyrənməyə kömək edəcək, layihə rəhbərlərinin bilik və təcrübələrinin artırılmasına xidmət edəcəkdir.

Mən səmimi qəlbdən Layihələrin İdarə Edilməsi Azerbaycan Assosiasiyasınm kollektivinə, rəyçi alimlər akademik T.A.Əliyevə professor R.T.Hümbətova verdiyi dəyərli məsləhətlər və köməyə görə öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu kitab AVRASİYA fondunun Azərbaycan nümayəndəliyinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə həyata keçirilən «Azərbaycanda layihələrin idarə edilməsi standartlannm tətbiqi və layihələrin idarə edilməsi üzrə peşəkar mütəxəssislərin hazırlanması» layihəsinin tərkib hissəsidir və bu səbəbdən fonda Öz minnətdarlığımı bildirirəm.

Təkliflər və məlumatlar üçün Layihələrin İdarə Edilməsi Azerbaycan Assosiyasiyasına ve ya Azerbaycan Milli Elmlər Akademiyası akademik Ə.Hüseynov adma Kibernetika İnstitutuna müraciət etməyinizi Sizdən xahiş edirəm. Sizin təkliflər hörmətlə qarşılanaraq növbəti nəşrlərdə öz əksini tapacaqdır.



Qäw£@cfzpma, mt

İqbal Babayev


ölkəmizin ictimai və iqtisadi həyatmda dəyişikliklər baş verir. Təbii ki, bu dəyişikliklər ölkəmizin keçid iqtisadi dövrü yaşaması ilə bağlıdır. Dünya dəyişir, həyatımız dəyişir, təsəvvürlərimiz və dünyaya baxışlarımız ildən ilə fərqlənir. Məsələn, “layihə” sözünü eşidərkən biz, sovet dövründə ali təhsil almış şəxslər, mühəndis qurğulann, binalann, maşın və avadanlıqların “çertyojunu” gözümüzün önünə gətiririk. Çünki biz “çertyojlar” çəkməklə “layihələr” həyata keçirmişik. Bu gün “layihə” sözü mühəndislər arasında deyil, hətta maliyyəçilər, iqtisadçılar, elm və təhsil işçiləri, mədəniyyət və kino işçiləri, sahibkarlar arasında tez-tez eşidilir.

İctimaiyyətin bu yaradıcı təbəqəsi hər hansı bir məqsədə çatmaq üçün vəsait axtanr. Bu günün termini ilə söyləsək “sponsor” tapılandan sonra məqsədə çatmaq üçün müəyyən vaxt tələb olunur, İcraçı bəzi risklərə getməklə, məqsədə çatmaq istiqamətində keyfiyyətli işlər həyata keçirir. Materiallar alınır, işçi qüvvələri səfərbər edilir, vəzifələr və məsuliyyətlər bölüşdürülür, danışıqlar apanlır, müqavilələr imzalanır və işlərin icrasma nəzarət edilir. Bütün bu işlər çoxluğu hər hansı bir layihənin yerinə yetirilmiş olduğundan xəbər verir.

10

Beləliklə, bu gun biz “layihə” sözünü başqa müstəvidə görürük. Bu artıq hər hansı bir obyektin “çertyoju” deyildir, bu obyektin məqsədi, büdcəsi, işlər çoxluğu və s. onun fəlsəfəsi və missiyasıdir. Belə çıxır ki, biz adi heyatımızda demək olar ki, hər gün hər hansı bir layihəni yerinə yetirmiş oluruq. Məsələn, kitab yazmaq, mənzil təmir etmək, ad günü keçirtmək, toy mərasimi təşkil etmək, yeni vergi sisteminin tətbiq etmək, yeni informasiya texnologiyalanndan istifadə etmək, kosmosa uçmaq və sairə digər fəaliyyətlər. Bu fəaliyyət növləri təbiətcə müxtəlif olmalanna baxmayaraq onlar bir-birinə oxşardırlar. Bütün bunlan layihə kimi aydın təsəvvür etmək üçün hər birimizin başına gələn hadisələrdən biri olan “ad gününün keçirilməsi” layihəsini nəzərdən keçirək.



Hamıya bəllidir ki, ad gününün keçirilməsi müəyyən məqsəd daşıyır və əsas məqsədimiz anadan olduğumuz günü yad etmək, bu hadisə ilə bağlı dost-tamşlan məlumatlandırmaq və qohum-əqrabanı bir daha sevindirməkdir. Deməli, hər bir fəaliyyət konkret məqsədə malikdir.

Biz məqsədimizə nail olmaq üçün müəyyən vəsait ayırırıq, yəni büdcəni müəyyənləşdiririk. Bu vəsait əsasında şənlik məclisi qururuq, yəni bazarlıq edirik, stol açırıq, qohum-əqra- banı və dost-tanışları dəvət edirik və s. bu kimi bir çox işlər həyata keçirik. Deməli, hər bir fəaliyyət bir-birinə bağlanmış və koordinəedilmiş işlər kompleksidir.

Ad günü şənliyini keçirtmək üçün müəyyən vaxt ayırırıq. Hər bir işin nə zaman görülməsini müəyyənləşdiririk. Məclisin nə zaman başlanmasını və bitməsini planlaşdırırıq. Məsələn, ad günün saat 18-də başlanmasını və 22-də başa çatmasım düşünürük, yəni 4 saat davam etməsini planlaşdırırıq. Beləliklə, hər bir fəaliyyətin başlanğıcı sonu olmaqla davam etmə müddəti vardır.


II

Təbii ki, bir gündə hamı üçün ad günü şənliyinin keçirilməsi mümkün olmadığı kimi, bir adam üçün de müxtəlif illərdə və ya kiminsə ad günü məclisinə eyni olan məclis keçirmək qeyri mümkündür. Bu onunla izah edilir ki, hər bir şənlik mərasimi təkraredilməzdir. Heç bir zaman keçirilən ad günü əvvəlkilər kimi ola bilməz ve təkrar edilə bilməz. Ən azı fərqləndirən cəhətlər stolun üzərində müxtəlif yeməklərin olması, şənlikdə müxtəlif insanlarm iştirakı, məclisin davametmə müddətinin müxtəlif olması və s. bu kimi fərqləndirici parametrlər ilə izah edilir. Deməli, hər bir fəaliyyət nadirdir tə- kraredilməzdir

Məhz bu dörd:


faktorlan müxtəlif təbiətli fəaliyyət növlərini bir-birinə bağlayır və layihələri həyatın digər fəaliyyət növlərindən fərqləndirir.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə