- 12 -
Читатели могут ознакомиться с информацией о научных трудах видного литературоведа -
монографиях, учебниках, учебных пособиях, научных и публицистических статьях,
опубликованных на азербайджанском, турецком, русском, английском и других языках, а также
сведениями о художественном творчестве, о книгах, составителем, редактором или научным
консультантом которых он является, о выступлениях, интервью освещающих, отражающих его
общественную и научно-педагогическую деятельность.
Разделы «Академик Иса Габиббейли: жизнь, основные периоды научно-педагогической и
общественной деятельности», «Видные государственные деятели и деятели науки и культуры об
Исе Габиббейли», «Избранные из суждений академика Исы Габиббейли», «Генеалогия рода Исы
Акпер оглу Габиббейли», «Награды полученные Исы Габиббейли» и др. содержат интересную
фактографическую информацию.
Информация о диссертационных работах, научным руководителем или официальным
оппонентом которых он являлся, материалы об опубликованных в зарубежных странах
произведениях, о жизни и творчестве, научно-общественной деятельности помещена в
соответствующих подразделах.
Одной из важнейших задач современной эпохи информационных технологий является
структуризация поставляемой интернет-сетями потока информации, увеличивающегося по мере
развития информационных средств. В разделе «Веблиография» систематизированы и представлены
в алфавитном порядке материалы, информация о произведениях и деятельности Исы Габиббейли -
как на языке оригинала, так и в алфавитном порядке с подачей электронных адресов.
Материалы о страницах жизни Исы Габиббейли, его научно-педагогической, общественно-
культурной деятельности, научно-публицистическом и художественном творчестве, посвященных
ему статьях и книгах представлены в библиографии в хронологическом порядке.
Подобное расположение материалов позволяет проследить жизнь и творчество академика Исы
Габиббейли шаг за шагом с внутренней алфавитной последовательностью и играет роль
незаменимого источника для будущих исследователей научного наследия академика.
В целях облегчить доступ к библиографическим источникам в указателе дан алфавитный
список научных произведений И.Габиббейли и авторов, писавших о нем.
Наше литературоведении на протяжении всей своей истории, продолжая традиции своих
предшественников, изучая научную суть шедевров современной литературной среды, приобщая
к ним мирового читателя, достойно выполняет извечную миссию азербайджанской литературы.
Хочется надеется что данный библиографический справочник посвященный жизни и
деятельности Исы Габиббейли, изданный с учетом предыдущих изданий, дополненный и
представленный в новой оригинальной структуре, послужит образцом служения увековечивания
заслуг корифеев.
Мы с благодарностью готовы учесть предложения и замечания, связанные с
опубликованными в библиографическом справочнике материалами и учесть их в следующих
изданиях.
Закира Алиева
Доктор философии по филологии
- 13 -
BÖYÜK ÖMRÜN İLLƏRİ VƏ ƏSƏRLƏRİ
Akademik İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında
xüsusi yeri olan, özünün orijinal axtarışları ilə elmimizə sanballı töhfələr vermiş görkəmli alim-
lərimizdəndir. Böyük ədəbiyyatşünas alimin, tanınmış ədəbiyyat tarixçisi və nəzəriyyəçinin elmi
araşdırmaları Azərbaycanda ədəbiyyat haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas
problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurla xidmət edir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi İsa Həbibbəyli 1949-cu
il oktyabrın 16-da Şərur rayonunun Danzik kəndində (etimoloji mənası Danyeri) müəllim ailəsində anadan
olmuşdur. Atası Əkbər Əlibəy oğlu Həbibbəyli doğma kəndində 50 ildən artıq müəllimlik etmiş, tanınmış
ziyalılardan biri olmuşdur.
İsa Həbibbəyli ilk təhsilini Şərur rayonundakı Danzik kənd orta məktəbində almış, 1966-cı ildə
Oğlanqala (keçmiş Ulya Noraşen) kənd orta məktəbini bitirmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə
«Pambıqçı uşaqlar» adlı ilk məqaləsi «Azərbaycan pioneri» qəzetində (1964), daha sonra isə məqalə və
şeirləri «Azərbaycan gəncləri», «Şərq qapısı», «İşıqlı yol» qəzetlərində çap olunmuşdur. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir (1971). Ali məktəb illərində Tələbə Elmi Cəmiyyətinin sədri olmuş, Bakıda,
Naxçıvanda və Tbilisidə tələbə elmi konfranslarında maraqlı məruzələrlə çıxış etmişdir. Dövri mətbuatda
məqalə və şeirləri çap olunmuşdur.
Zəhmətsevərlik, nikbinlik, dünyaya bağlılıq gənc İsa Həbibbəylini elm adlı sahilsiz bir ümmanda
yelkənini açmağa sövq etmişdir. Naxçıvanda 1970-ci ildə keçirilmiş «Elm günləri»ndə İsa Həbibbəylinin
Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, dərin zəka sahibi və alicənab şəxsiyyət,
akademik Məmməd Cəfər Cəfərovla yaxından tanış olması onun ömür yolunu qəti şəkildə, birdəfəlik
müəyyənləşdirmişdir. Beləliklə, dövri mətbuatda şeirləri və məqalələri ilə diqqəti cəlb edən İsa Həbibbəyli
hələ tələbə ikən elm yoluna üstünlük verməyi qərara olmuşdur.
Yaddaş dünyasında və mənəvi təkamülündə dərin izlər buraxmış böyük elm nəhəngi Məmməd Cəfər
Cəfərovun şəxsiyyətinə dərin hörmət İsa Həbibbəylinin sonralar yazdığı elmi əsərlərində, xüsusən də böyük
alimə həsr edilmiş məqalələrində qabarıq şəkildə ifadə olunmuşdur.
Akademik Məmməd Cəfər Cəfərov faktoru İsa Həbibbəylini təkcə elmi yaradıcılığa
həvəsləndirməmiş, həm də onun sadəlik və müdrikliyi özündə cəmləşdirən şəxsiyyət kimi formalaşmasına
da nüfuz etmişdir. O, ustadı Məmməd Cəfər Cəfərovu böyük sadəlik nümunəsi kimi qəbul etmişdir. İsa
Həbibbəylinin fikrincə, «sadəliyin nə qədər böyük mənəvi sərvət olduğunu akademik Məmməd Cəfər
Cəfərova məxsus klassik sadəlik isbat etdi. Yalnız özünü dərk etmiş, şəxsiyyət etibarilə kamil olan insanlar
bu qədər sadə ola bilərlər».
İsa Həbibbəyli 1973-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfə-
rovun rəhbərlik etdiyi «Ədəbiyyat nəzəriyyəsi» şöbəsinə aspiranturaya qəbul olur. 1975-ci ildən Naxçıvan
Dövlət Pedaqoji İnstitutunun «Ədəbiyyat» kafedrasında müəllimlik edərkən elmi konfranslarda maraqlı
məruzə və çıxışları ilə diqqəti cəlb edir. Müxtəlif elmi konfranslarda «XX əsr Azərbaycan romantik liri-
kasında Füzuli ənənələri», «Qori seminariyası və Naxçıvan ziyalıları», «Məhəmməd Hadi lirikasının sənət-
karlıq xüsusiyyətləri» mövzularındakı məruzələri onun elmi bacarığı və müşahidələrindən xəbər verirdi.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında
oxuduğu illərdə bu elm məbədində çalışan klassik ədəbiyyatşünaslardan Məmməd Cəfər Cəfərov, Mirzağa
Quluzadə, Yaşar Qarayev, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov və başqaları ilə yaxın
ünsiyyətdə olması gənc tədqiqatçının elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Məhz
Məmməd Cəfər Cəfərova məxsus müdriklik, dərinlik və sadəlik, Abbas Zamanovun vətəndaşlıq mövqeyi,
Əziz Mirəhmədovun dəqiqliyi və məsuliyyəti İsa Həbibbəylinin elmi fəaliyyətində aydın surətdə ifadə