Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 317,63 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix11.04.2018
ölçüsü317,63 Kb.
#37880
1   2   3   4   5   6   7   8   9   10

 

12 


 

daim  yenilənir;  müəssisə  və  təşkilatlara  hədiyyə  üçün  ayrılan  kitabların  siyahısı  sayta  yerləşdirilir  və 

daim 

yenilənir;  Akademiklərin  zalında  Azərbaycan  Respublikasında  akkreditə  olunmuş  və 



Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  çalışan  diplomatik  missiyalarının  güşələri  yaradılıb  və 

yeni  sənədlərlə  zənginləşdirilir;  istifadəçilər  auditoriyasından  könüllü  tərəfdaşlar  –  vikipediyaçılar 

formalaşdırılıb;  xarici  kitabxanalardan  MEK  istifadəçilərinin  sorğusuna  əsasən  beynəlxalq  mübadilə 

nəticəsində  sənədlər  əldə  edilir  və istifadəçilərə  çatdırılır.   

 

ÇƏTİNLİKLƏR   

1.  MEK  köçmə  prosesini  nəzərdə  tutulan  2  il  müddətinə  yox,  cəmi  7  aya  başa  çatdırmış,  bu 

səbəbdən 

kataloqların  nizamlanması  kitabxana  xidmətlərinin  göstərilməsinə  paralel  olaraq 

aparılmışdır,  bu  isə  öz  növbəsində,  xidmətlərin  göstərilməsi  zamanı  oxucu  sifarişlərinin 

araşdırılması  və cavablandırılması  prosesini  ləngidir.   

2.MEK-də  informasiya  mənbələrinin  mühafizəsi  çiplənmiş  kitab  və  jurnallar,  yaddaşına  “kitab  borcu 

var”  qeydi  olan  RFİD-kartlara  açılmayan  eyni  tezlikdə  çalışan  elektron  qapılar,  informasiya 

sənədlərinin  yalnız  MEK  ərazisində  istifadəsinin  mümkünlüyü,  müşahidə  kameraları,  self-çek 

avadanlığı  vasitəsilə  həyata  keçirilir.  Lakin,  proqram  və  avadanlıq  təminatının  çatışmazlığı  mühafizə 

işinin  sistem  şəklində  qurulmasına  maneə  yaradır.   

3.Brayel  əlifbası  və  audio  disklərin  olmasına  baxmayaraq,  görmə  qabiliyyəti  zəif  olan  insanlar  üçün 

xidmətlər  hələ  ki avadanlığın  çatışmazlığı  səbəbindən  tam  həcmdə  göstərilə  bilmir.   

4.  “Borclu  oxucuların  veto  siyahısı”nın  və  müvafiq 

prosedurların 

olmasına 

baxmayaraq, 

istifadəçilər 

tərəfindən  2014-cü  ilə  qədər  götürülmüş  əksər 

sənədlərin 

heç 

də 


hamısı 

kitabxanaya 

təhvil 

verilməmişdir.  Bu,  öz  növbəsində  cavablandırılmamış 



sorğuların  siyahısını  açıq  saxlayır.   

5.  Vikipediya  üzrə  təlimdən  sonra  iştirakçıların  Vikipediyadakı  istifadəçi  adlarını  (hesab  ünvanları) 

dəyişməsi,  öz  istifadəçi  səhifəsini  silməsi  və  yaxud  Vikipediyadakı  “Fəaliyyətim”  bölməsində 

yaratdığı  məqalələrin  adlarını  qeyd  etməməsi  səbəbindən  hər  iştirakçının  fəaliyyətini  qeydə  almaq 

və təlimlərin  effektivliyini  tam  şəkildə  müşahidə  etməyə  imkan  vermir.   

 

 

 

 

 

 

“Kitablarınızı heç kimə verməyin - əks 

halda siz onları heç vaxt 

görməyəcəksiniz. Mənim  kitabxanamda 

yalnız mənim kimdənsə götürdüyüm 

kitablar qalıb”.   

Anatol  Frans 

 



 

13 


 

PERSPEKTİVDƏ  NƏZƏRDƏ TUTULAN  İŞLƏR 

 



Üçnövbəli  xidmətə  keçid. 

 



Media  ilə  gündəlik  kommunikasiyanın  onlayn  avtomat  rejimə  keçirilməsi. 

 



VİS-in  müəyyən  komponentlərinin  sayt  ilə  sinxronlaşdırılması. 

 



Kitabxana  həyatından  MEK-in  saytına  canlı  yayımlanma. 

 



Elekron  kataloqun  saytda  yerləşdirilməsi  və on-line  rejimdə  yenilənməsi. 

 



Rəqəmsal  bazanın  MEK üzvlərinin  şəxsi  və  ya ofis  kabinetlərindən  əlçatanlığının  təmin 

edilməsi. 

 

Kommunikasiyanın  daha əlçatan  və sürətli  olması.   



 

VİS-DOC (Document)  elektron  sənəd dövriyyəsi  üçün  nəzərdə  tutulan  platformanın 



hazırlanması. 

 



VİS-FİN (Finance)  müəssisənin  maliyyə  fəaliyyətini  idarə  etmək  və nəzarət  üçün  nəzərdə 

tutulan  platformanın  hazırlanması. 

 

VİS-RES (Resource)  müəssisənin  inventar  qeydiyyatı  və hərəkətinin  izlənməsi  platformanın 



hazırlanması. 

 



VİS-SCA (SCAN) müəssisənin  rəqəmsallaşma  proseslərini  idarə  etmək  üçün  nəzərdə  tutulan 

platformanın  hazırlanması. 

 

VİS-SCED (Təqvim)  müəssisədə  planlaşdırılan  bütün  tədbirləri  idarə  etmək  üçün  nəzərdə 



tutulan  platformanın  hazırlanması. 

 



VİS-STOK (Anbar)  müəssisənin  anbarında  mal  və materiallara  nəzarət  etmək  üçün 

platformanın  hazırlanması. 

 

“C”  mərhələsinə  keçid: 



 

MEK 


inkişafının 

“A”  mərhələsində  kitab  fondlarını 

əhəmiyyətli 

dərəcədə 

zənginləşdirdi 

(1.411.469). 

Məlumdur  ki,  müəllif  və  nəşriyyatlar  tərəfindən  MEK-ə 

məcburi  nüsxələrin  təqdim  olunması  müntəzəm  olaraq  baş 

vermir.  Bu  işi  gücləndirmək  üçün  MEK  hesabat  dövrünün 

əvvəlində 

nəşriyyatlara 

“Nəşriyyat 

işi 


haqqında” 

Qanundan  çıxarış  ilə  birlikdə  məktublar    göndərdi  və 

danışıqlar 

apardı. 


Nəticədə 

məcburi 


nüsxələrin 

kitabxanaya  daxil  olması  əhəmiyyətli  dərəcədə  artdı. 

Düzgün  qurulmuş  ictimai  əlaqələrə  görə  MEK-ə  hədiyyə 

olunan  ayrı-ayrı  kitabların  və  kolleksiyaların  sayı  artıb. 

Bütün  daxil  olan  mənbələr  təhvil-təslim  aktı  ilə 

sənədləşdirilir.  Təqdim  olunmuş  və  müxtəlif  formatlı 

resurslar  və  xidmətlər  nəticəsində  cəmi  bir  ilə  elektron 

qeydiyyatdan  keçmiş  oxucuların  sayı  2210-yə  çatdı.  Elektron  kartlar  vasitəsilə  oxucular  məlumat 

bazasında  bütün  sənəd sorğusu  gedişatları  haqqında  məlumatlarla  təchiz  olundu.   



Yüklə 317,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə